Icma.az
close
up
RU
“Yolumuz Qarabağa” portalı Kəlbəcər üçün də aktivləşdirilsin

“Yolumuz Qarabağa” portalı Kəlbəcər üçün də aktivləşdirilsin

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

 “Yolumuz Qarabağa” portalı işğaldan azad olunmuş rayonlara səfərlərin təşkili üçün vacib və rahat bir tətbiqdir. Bu gün həmin portal vasitəsilə Qarabağın bir çox bölgəsinə və Şərqi Zəngəzur torpaqlarına getmək mümkündür. Lakin təəssüf doğuran məqam ondan ibarətdir ki, Kəlbəcər rayonu bu siyahıya hələ də daxil edilməyib.

Məsələ dəfələrlə gündəmə gətirilib və aidiyyəti qurumlar bunu Kəlbəcərə hələlik köçün baş verməməsi ilə əlaqələndiriblər. Bildirilib ki, köç prosesi başladıqdan sonra portal üzərindən bu istiqamət də aktiv olacaq. Artıq gözlənilən gün gəlib çatıb: cənab Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda ilk yaşayış kompleksinin açılışı gerçəkləşdi və soydaşlarımız doğma yurda dönüş etdilər.

Kəlbəcərin əbədi sakinləri artıq öz doğma torpaqlarına qayıdırlar. Lakin çox təəssüf ki, hələ də “Yolumuz Qarabağa” portalı vasitəsilə Kəlbəcərə səfər etmək mümkün deyil. Bu isə ora köçən ailələrin yaxın qohum-əqrəbalarının, doğma insanların ziyarət imkanlarını xeyli məhdudlaşdırır.

Bu səbəbdən aidiyyəti qurumlara müraciət edirik: Kəlbəcərə köçən soydaşlarımızın qohumları, əzizləri və doğmaları ilə ünsiyyət imkanlarını asanlaşdırmaq üçün “Yolumuz Qarabağa” portalı Kəlbəcər istiqaməti üzrə də keçərli olsun. Əks halda, yenicə yurda dönən Kəlbəcərlilər sanki qohum əqrabadan təcrid olunmuş vəziyyətdə qalacaqlar.

Bu məsələnin tezliklə həll olunacağına, Kəlbəcərin də digər azad olunmuş bölgələr kimi portala daxil ediləcəyinə inanırıq. Çünki doğma yurda qayıdış təkcə sakinlərin deyil, bütün xalqın sevincidir və bu sevincin bölüşülməsi üçün hər kəsin Kəlbəcərə rahat səfər imkanı olmalıdır.

Rövşən Hüseynli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:409
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2025 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri