Yoluxucu xəstəliklərlə bağlı həyəcan: Mütəxəssislərdən vacib xəbərdarlıq
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Dünyada yoluxucu xəstəliklərin qarşısının alınması məsələsi yenidən diqqət mərkəzinə gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Banqladeşdə qızılca xəstəliyinin geniş yayılması peyvəndlənmə səviyyəsinin aşağı düşməsinin yarada biləcəyi təhlükələri bir daha gündəmə gətirib.
2026-cı ilin mart ayının ortalarından etibarən ölkədə 202 mindən çox şübhəli yoluxma halı və 1 147 ölüm qeydə alınıb. Ölənlərin böyük əksəriyyəti beş yaşdan kiçik uşaqlardır.
Məlumatda bildirilir ki, yoluxma hallarının böyük hissəsi peyvənd olunmayan şəxslər arasında qeydə alınıb. Bu vəziyyət uşaqların vaxtında peyvənd edilməsinin əhəmiyyətini bir daha göstərir.
Qızılca yüksək yoluxuculuğu ilə seçilən virus xəstəliyidir. O, xüsusilə azyaşlı uşaqlarda ağırlaşmalara səbəb ola bilər.
Mütəxəssislər valideynlərə uşaqların peyvənd təqvimini yoxlamağı, peyvəndlə bağlı suallar yarandıqda həkimə müraciət etməyi tövsiyə edirlər.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 19 Oktyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















