Icma.az
close
up
RU
Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (VII YAZI)

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (VII YAZI)

Ses qazeti-dan verilən məlumata görə, Icma.az məlumatı açıqlayır Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (VII YAZI).

Elçin Bayramlı

əvvəli burada

https://sesqazeti.az/news/mia/1232287.html

VII YAZI Həyat necə yaradıldı? Mikrodünyada baş verənlər adamı heyrətə gətirir

Biz göyləri, yeri və onların arasında olanları oyun və əyləncə üçün yaratmadıq. Biz onları ancaq haqq olaraq yaratdıq. Lakin onların çoxu bilmir. (Quran, Duxan surəsi, 38-39)

Əvvəlki hissələrdə “Böyük Partlayış”dan sonra kaninatın necə formalaşdığı, maddələrin necə əmələ gədliyi haqda danışmışıq. Bu yazıda isə həyatı təşkil edən mövücəzi elementlərin dünyasından danışacağıq.

Həyatın əsasını təşkil edən “karbon” elementi yalnız ağır kütləli ulduzların mərkəzlərində çox xüsusi və möcüzəvi reaksiyalar nəticəsində əmələ gəlir. Əgər bu möcüzəvi reaksiyalar baş verməsəydi, bu gün kainatda karbon adlı heç bir element, başqa sözlə, həyat anlayışı da olmayacaqdı. Biz buna "möcüzəli" deyirik, çünki bu reaksiyalar normalda qeyri-mümkün şərtlərin eyni vaxtda bir araya gəldiyi zaman baş verir...

İndi gəlin bu prosesi araşdıraq. Karbon atomları iki mərhələli bir proses vasitəsilə ağır ulduzların nüvələrində əmələ gəlir. Birincisi, 2 helium atomu birləşərək 4 proton və 4 neytrondan ibarət “ara element” əmələ gətirir. Bu ara element “berillium” adlanır. Berilliuma 3-cü bir helium atomu əlavə edildikdə, 6 proton və 6 neytronlu 1 karbon atomu əmələ gəlir.

Birinci mərhələdə ortaya çıxan berillium Yerdə tapılan berilliumun normal quruluşundan fərqlidir. Elementlərin dövri cədvəlindəki normal berilliumda əlavə neytron var. Qırmızı nəhənglərin içərisində əmələ gələn berillium fərqli bir versiyadır. Buna kimyada “izotop” deyilir. Mövzunu uzun müddətdir araşdıran fizikləri çaşdıran məqam qırmızı nəhənglərin içərisində əmələ gələn bu berillium izotopunun qeyri-sabit olmasıdır. O qədər qeyri-stabildir ki, əmələ gəldiyindən düz 0,000000000000001 saniyə sonra çox qısa müddətdə parçalanır!

Bəs əmələ gələn kimi məhv olan bu berillium izotopu necə karbona çevrilir? Berillium izotopu karbona çevirəcək helium atomuna təsadüfən birləşir? Təbii ki, belə bir şey mümkün deyil.

Paul Davyes də bu möcüzəvi hadisəni belə izah edir:

“Yer üzündəki həyat üçün həyati əhəmiyyət kəsb edən bir element olan karbon kainatda yalnız “xoşbəxt bir təsadüf” nəticəsində böyük miqdarda mövcuddur. Kütləvi ulduzların mərkəzlərində 3 helium nüvəsi bir-biri ilə çox dəqiq ardıcıllıqla toqquşduqda karbon nüvələri əmələ gəlir. 3 nüvənin görüşməsinin nadir olması səbəbindən bu reaksiya yalnız “rezonanslar” adlanan dəqiq müəyyən edilmiş enerji səviyyələrində məhsuldar sürətlə baş verə bilər. Bu səviyyələrdə reaksiya kvant effektləri ilə xeyli sürətlənir. Bu rezonanslardan biri helium nüvələrinin nəhəng ulduzlarda malik olduğu enerji növünə uyğun gəlmək üçün “uğurlu bir zərbə ilə” tənzimlənir”. Paul Davies, “The Unreasonable Effectiveness of Science”, Evidence of Purpose, redaktoru Con Marks Templeton, 1994, The Cotinuum Publishing Company, New York, s.49.

Kimyəvi dildə “ikiqat rezonans” deyilən möcüzə qırmızı nəhənglərdə baş verir. 2 helium atomu rezonans yaratdıqda və birləşdikdə, yaranan berillium 3-cü helium atomu ilə 0,000000000000001 saniyə ərzində karbon əmələ gətirir. Bu, normal şəraitdə baş verməsi tamamilə mümkün olmayan bir hadisədir.

Corc Qrenşteyn bu “ikili rezonans”ın niyə belə diqqətəlayiq mexanizm olduğunu belə izah edir:

“Bu prosesdə 3 çox fərqli struktur (helium, berillium və karbon) və 2 çox fərqli rezonans var. Bu atom nüvələrinin niyə belə harmoniya içində işlədiyini anlamaq çox çətindir... Heç bir nüvə reaksiyası bu qədər fövqəladə şanslı təsadüflər zənciri ilə işləmir... Bu, velosiped, avtomobil və yük maşını arasında çox dərin və mürəkkəb rezonansları kəşf etməyə bənzəyir. Niyə belə bir-biri ilə əlaqəsi olmayan strukturlar bir-biri ilə uyğunlaşır? Bizim və kainatdakı bütün canlıların varlığı bu qeyri-adi proses sayəsində mümkün olur”. George Greenstein, The Symbiotic Universe, səh. 43-44.

Sonrakı illərdə oksigen kimi bəzi digər elementlərin də belə qeyri-adi rezonanslarla əmələ gəldiyi ortaya çıxdı. Bu “qeyri-adi prosesləri” ilk dəfə kəşf edən Fred Hoyl “Qalaktikalar, Nüvələr və Kvazarlar” kitabında bunun təsadüf ola bilməyəcək planlı bir proses olduğu qənaətinə gəlmiş və qatı materialist olmasına baxmayaraq, kəşf etdiyi ikili rezonansın “planlı bir əməliyyat” olduğunu qəbul etmişdir.

Yer üzündəki bütün canlıların əsas tikinti materialı karbon elementidir. Canlıların bədənlərini təşkil edən üzvi molekullar, yəni zülallar, yağlar və karbohidratlar, hamısı karbon atomlarının müxtəlif birləşmələrindən ibarətdir. Maraqlısı odur ki, bu yazını oxuduğunuz anda bədəninizdəki karbon atomları əslində milyardlarla il əvvəl kosmosun dərinliklərində baş vermiş fövqəlnova partlayışından qalan və sonra Yerimizə çatan karbon atomlarıdır.

Başqa bir məqaləsində Fred Hoyl yazır:

“Ulduz nüvə sintezi (atom nüvələrinin birləşməsi) vasitəsilə karbon və ya oksigen istehsal etmək istəyirsinizsə, təyin etməli olduğunuz 2 ayrı səviyyə var. Bu tənzimləmə isə hazırda ulduzlarda mövcud olan tənzimləmədir... Faktların ağıl süzgəcindən keçirərək şərh edilməsi, üstün bir Zəkanın fizikaya, kimyaya və biologiyaya müdaxilə etdiyini və təbiətdə şüursuz qüvvələrin olmadığını ortaya qoyur. Faktların hesablanması ilə əldə edilən rəqəmlər o qədər inanılmazdır ki, məni bu nəticəni sualsız qəbul etməyə vadar edir”.

Hoyl bu möcüzəvi hadisədən o qədər təsirləndi ki, digər alimlərin də bu açıq həqiqət qarşısında özünü görməməzliyə vura bilməyəcəyini vurğuladı:

“Dəlilləri araşdıran hər hansı bir alim, nüvə fizikasının qanunlarının ulduzların içərisində yaratdığı nəticələr nəzərə alınmaqla, bunun məqsədli şəkildə hazırlanmış olduğu qənaətinə gəlməyə bilməz”. Fred Hoyl, Din və Alimlər, London: SCM, 1959; M. A. Corey, The Natural History of Creation, Merilend: University Press of America, 1995, səh. 341.

Atom tərkibinə endikdə mikrodünyanın möhtəşəmliyi və mükəmməlliyi adamı heyrətə gətirir. Atomik dünyada inanılmaz möcüzələr müşahidə olunur. Atomu təşkil edin proton, elektron və neytronların atomun ümumi həcmi ilə müqayisədə az qala mövcud olmadığı və bir birindən ağlagəlməz məsafədə uzaq olduqları görünür.

Proton həcm və kütlə baxımından elektrondan xeyli böyükdür. Protonun kütləsi elektronun kütləsindən düz 1836 dəfə böyükdür. Əgər konkret müqayisə aparılacaqsa, aralarındakı fərq insanla fındıq arasındakı fərq kimidir. Başqa sözlə, elektronların və protonların oxşar fiziki quruluşu yoxdur.

Amma maraqlısı odur ki, bu iki fərqli hissəciyin elektrik yükləri tam olaraq eyni ölçüdədir! Birində müsbət elektrik yükü, digərində mənfi elektrik yükü var, lakin bu yüklərin güclü tərəfləri tam bərabərdir. Bu şəkildə atomun elektrik yükü balanslaşdırılmış olur. Lakin bu bərabərliyi mövcud olmağa məcbur edən heç bir səbəb yoxdur. Əksinə, fiziki olaraq gözlənilən odur ki, elektronun elektrik yükü kütləsi ilə mütənasib olaraq protonun elektrik yükündən çox az olsun.

Yaxşı, belə olsaydı, yəni proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə olardı? Gəlin baxaq. Bu halda kainatdakı bütün atomlar protonda artıq müsbət elektrik olduğuna görə müsbət elektrik yüklü olacaqdı. Nəticədə kainatdakı hər atom bir-birini itələyərdi.

Kainatdakı atomlar bir-birini itələsəydi nə olardı? Baş verəcək şeylər çox qeyri-adidir. Əvvəlcə bədəninizdə baş verəcək dəyişikliklərdən başlayaq. Atomlarda bu dəyişiklik baş verdiyi anda gövdəniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, bir sözlə, bədəninizin hər yeri bir anda parçalanar və havaya uçar. Yer üzündəki bütün dənizlər və dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda sonsuz parçalara bölünüb yox olardı. Kainat dediyimiz şey, davamlı olaraq bir-birini itələyən atomların xaosu olardı.

Bəs bu mütləq fəlakətin baş verməsi üçün elektronların və protonların elektrik yüklərində nə qədər balanssızlıq yaranmalıdır? Bir faiz fərq olsaydı, bu fəlakət yenə də baş verərdimi? Yoxsa kritik hədd mində birdir?

Professor Corc Qrenşteyn “The Symbiotic Universe” kitabında bu mövzuda belə izah edir:

“İki elektrik yükü 100 milyardda 1 hissə belə fərqlənsəydi, bu, insan və qaya kimi kiçik obyektləri məhv etmək üçün kifayət edərdi. Yer və Günəş kimi daha böyük obyektlər üçün bu tarazlıq daha incədir. Səma cisimlərinin ehtiyac duyacağı tarazlıq 1 milyardda 1 hissədir”.

Kainatdakı proton və elektronların sayı da çox dəqiq ölçmələrlə hesablanmışdır. Hər iki hissəcik cüzi fərqlə bərabər saydadır. Bu bərabərlik kainatdakı elektromaqnit tarazlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Kainatın yaşı hələ bir saniyədən də az olanda antiprotonlar bərabər sayda həmkarlarını, protonları məhv edərək, indiki kainatın tikinti blokları olan müəyyən sayda qalan protonu “sağ buraxdılar”. Eyni hadisə elektronlar və pozitronlar (antielektronlar) arasında da baş verir. Təəccüblüdür ki, “sağ qalan” protonlar və elektronlar hər 1037 saya görə cəmi 1 ədədlik fərq kimi inanılmaz kiçik fərqlə bərabər saydadır.

Bu nisbətdə cüzi fərq olsaydı, bu fərq kainatdakı atomaltı hissəciklərin bir-birləri ilə birləşərək atomları, maddəni və bütün göy cisimlərini əmələ gətirməsinə mane olacaqdı. Nəticədə qalaktikalar, ulduzlar və planetlər heç vaxt mövcud olmayacaqdı. Təbii ki, həyat üçün ən uyğun planet olan dünyamız da…

Kosmoloqlar və nəzəri fiziklər kainatın insan həyatının ortaya çıxması üçün bu heyrətamiz xüsusi tənzimlənməyə “İncə Tuninq” adını veriblər. Bu alimlərin qənaətlərini ifadə edən heyrət və heyranlıq ifadələrindən burada bir neçə misal çəkmək yerinə düşərdi:

NASA-nın astronomiya üzrə mütəxəssisi professor Con O'Kif: “Biz, astronomik standartlara görə, çox incə qayğı ilə yaradılmış məxluqlar qrupuyıq... Əgər kainat indiki son dərəcə dəqiqliklə qurulmasaydı, biz heç vaxt mövcud olmazdıq. Mənim fikrimcə, indiki şərtlər kainatın insanın yaşaması üçün yaradıldığını deməyə əsas verir". Heeren, F. 1995. Mənə Allahı göstər. Wheeling, IL, Searchlight Publications, səh. 200.

İngilis astrofiziki professor George F. Ellis: “Bu mürəkkəbliyi mümkün edən qanunların heyrətamiz bir nizamlanması var. Bu mürəkkəbliyin kainatda mövcud olması “möcüzə” sözünü istifadə etməməyi çox çətinləşdirir”. Antropik Prinsip: Qanunlar və Mühitlər. Antropik Prinsip, F. Bertola və U. Kuri, red. New York, Cambridge University Press, 1993, səh. 30.

İngilis astrofiziki professor Paul Davies: “Fizika qanunları Ali bir dahinin məhsulu kimi görünür... Kainatın bir məqsədi olmalıdır”. Davies, P. 1984. Superforce: Böyük Vahid Təbiət Nəzəriyyəsinin Axtarışı. (New York: Simon & Schuster, 1984), səh. 243.

Riyaziyyatçı professor Rocer Penrose: “Demək istədiyim odur ki, kainatın bir məqsədi var. Orada heç nə heç də təsadüfən yaranmamışdır”. Heeren, F. 1995. Mənə Allahı göstər. Wheeling, IL, Searchlight Publications, səh. 233.

Bu günə qədər əldə edilən bütün elmi nəticələr kainatın heç bir nöqtəsində təsadüflərə yer olmadığını göstərmişdir. Kainat ilk yarandığı andan son vəziyyətinə qədər, sonsuz qüdrət və elm sahibi olan Uca Yaradan tərəfindən hər cəhətdən mükəmməl dizayn edilmiş və insanın var olması, Yaradanın qüdrətini və sənətini görməsi, düşünməsi və təqdir etməsi üçün yaradılmışdır.

“Qurani-Kərim”də qeyd olunur ki, kainatın yaradılışında hər şey müəyyən edilmiş dəqiq ölçülərdədir. Digər müqəddəs kitablarda da…

ardı olacaq

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see169

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see121

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see118

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see107

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see107

Yük maşınlarının yoxlanılması ilə bağlı yeni qayda

20 Fevral 2025 17:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri