Icma.az
close
up
RU
Yox olmaq ərəfəsində olan şəhərlər

Yox olmaq ərəfəsində olan şəhərlər

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əvvəlcə sel, sonra qum təpələri. Ekstremal hava şəraiti getdikcə insanları evlərini tərk etməyə, bütöv şəhərləri isə yer üzündən yox olmağa məcbur edir. Təhdid altında olan yaşayış məntəqələrinin siyahısı ildən-ilə genişlənir.

Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bütün bunların səbəbi iqlim dəyişikliyidir və bu, artıq milyonlarla insanın infrastrukturuna, iqtisadiyyatına və həyat tərzinə təsir edir.

Mavritaniyada UNESCO-nun abidəsi və İslam təhsilinin keçmiş mərkəzi olan qədim Ualata şəhəri qum qatının altında yavaş-yavaş yoxa çıxır. Güclü yağışlar evləri dağıdıb, sakinlərin 60%-dən çoxu artıq evlərini tərk edib. UNESCO-nun digər şəhəri Şinqetti də məhv olma astanasındadır, çünki Saxara səhrası hər il 48 km genişlənir.

Bəzi şəhərlər qumda boğularkən, digərləri su altında qalır. Nyu-York, İsgəndəriyyə, Laqos, Mayami, Cakarta - bütün bu meqapolislər dəniz səviyyəsinin sürətlə artmasından əziyyət çəkir. Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesablamalarına görə, 2100-cü ilə qədər o ən azı 30 sm yüksələcək.

Həmçinin təbii fəlakətlər də güclənir. Təkcə 2020-ci ildə təbii fəlakətlər səbəbindən 30,7 milyon insan evlərini tərk edib. 2025-ci ildə Alp dağlarındakı Berç buzlağı demək olar ki, İsveçrənin Blatten kəndini tamamilə dağıdıb.

Arktikada vəziyyət xüsusilə narahatedici görünür. Qlobal istiləşmə ilə əlaqədar olaraq, əbədi buzlaqlar əriyir və bununla da qalaqlar üzərində tikilmiş binalar dayanıqlığını itirir. Rusiyanın şimalında onlarla şəhər risk altındadır. Alimlərin fikrincə, əsrin ortalarına qədər daimi donmuş ərazidə bütün yaşayış binalarının 70%-ə qədəri təhlükə altında olacaq. BMT-nin məlumatına görə, 2030-cu ilə qədər dünya hər il 560 təbii fəlakətlə üzləşəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyun 2025 03:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri