Yoxlamalardan əvvəl icra başçısı deputatın qardaşı oğlunu işdən çıxarıbmış
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qaradağ Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən yoxlamalar zamanı həbs edilən Qafar Abdullayev deputatın qardaşı oğlunun vəzifəsini icra edirmiş.
Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, keçirilən yoxlamalardan əvvəl Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun müvafiq əmri ilə rayon təsərrüfat şöbəsinin müdiri Rövşən Səmədzadə vəzifəsindən azad edilib. Onun vəzifəsinin icrası müvəqqəti olaraq həbs edilən Qafar Abdullayevə həvalə edilib.
İcra başçısının Rövşən Səmədzadəni işdən çıxarmasının səbəbi məlum deyil.
Qeyd edək ki, adıçəkilən Rövşən Səmədzadə Milli Məclisin deputatı Ziyad Səmədzadənin qardaşı oğludur.
Milli.Az
Baxış sayı:27
Bu xəbər 04 Noyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















