Yubileyini qeyd edən AKTYOR: “Bundan böyük xoşbəxtlik ola bilməz” Yeni Çağ Media
Icma.az bildirir, Yenicag portalına istinadən.
“Doğum günlərimi qeyd etməyi heç sevmirəm. Xoşbəxtlikdən, doğum günümü çəkiliş meydançasında keçirirəm. Aktyor üçün bundan böyük sevinc ola bilməz”.
Bu sözləri 70 illik yubileyini qeyd edən Əməkdar artist, sevilən aktyor Ayşad Məmmədovun doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən deyib.
Rəqəmlərin onun üçün heç bir əhəmiyyət daşımadığını deyən aktyor ən böyük arzusunun sənəti və ailəsi bağlı olduğunu da dilə gətirib:
“Yaşın artması, sadəcə, rəqəmlərin üstünə yeni bir rəqəm gəlməsi deməkdir. Əsas odur ki, aktyor hər zaman ayaq üstə durmağı bacarsın və hər zaman səhnədə olsun. Aktyor dünyadan köçəndə də səhnədən köçməlidir. Arzularım, əlbəttə ki, çoxdur. Doğmalarım sağ-salamat olsun, yanımda olsunlar, hər zaman səhnədə, çəkiliş meydançalarında olum. Çünki teatr mənim həyatımdır”.
Sənətçi “bu günə qədər arzuladığınız, amma oynaya bilmədiyiniz rollar olubmu” sualını da cavablandırıb:
“Hər bir aktyorun arzuladığı rollar olur. Qismət olub gənclik dönəmində Romeonu, Aydını oynamışam. “Don Kixot”u oynamaq arzusunda olmuşam. Oynayacağıma da söz veriblər. Əsas odur, istək olsun”.
Cəvahir
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Dekabr 2024 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















