Icma.az
close
up
RU
Yücel Karauz: Antaliyada Şuşa Bəyannaməsinin ruhu var

Yücel Karauz: Antaliyada Şuşa Bəyannaməsinin ruhu var

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"Ermənistanla  sülh danışıqlarında Azərbaycanla Türkiyə  koordinasiyalı hərəkət edir"


Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub, əlaqələrimizin perspektivləri müzakirə edilib. Dövlət başçısı Antalya Diplomatik Forumuna dəvətə görə, Türkiyə Prezidentinə təşəkkürünü bildirərək, bu tədbirin beynəlxalq gündəlikdə duran vacib məsələlərin müzakirəsi üçün dünyanın aparıcı platformalarından biri olduğunu deyib. 

Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətlər, Cənubi Qafqaz və Yaxın Şərq bölgələrində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Azərbaycan və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlər bu gün hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə çatıb. Bu münasibətlər təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu birliyin davamlılığını və gücünü təmin edən əsas amillərdəndir. Antalyada keçiriləcək görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım olacaq. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər. Onların regiondakı fəallığı, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Türkiyə-Azərbaycan münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından nümunəvi model kimi çıxış edir. Heç şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq.


Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz "Sherg.az"a deyib ki, IV Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Türkiyə liderləri bir ay ərzində ikinci dəfə bir araya gəldilər. Ekspert vurğulayıb ki, bu, önəmli bir məqamdır: "Dünya çox sürətli şəkildə dəyişməkdədir. Reallıq odur ki, bəzi istiqamətlərdə dəyişikliklər proqnozlara uyğun olsa da, bir sıra olaylarda dəyişiklik heç də gözlənilən şəkildə baş verir. Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə strateji müttəfiq və qardaş ölkələrdir. Dünyanın heç bir dövlətləri arasında bənzər münasibətlərə rast gəlmək mümkün deyil. Forum çərçivəsində bir çox ölkələrin rəhbərləri ilə, nümayəndə heyətləri ilə təmaslar qurulacaq, görüşlər keçiriləcək. O səbəbdən Azərbaycan və Türkiyə liderlərinin öncədən təkbətək görüşü çox önəmlidir. Azərbaycan və Türkiyə prezidentlərinin görüşündə müzakirə olunan əsas məsələlərdən biri Ermənistanla sülh danışıqlarıdır. Xüsusən, son günlər Ermənistan tərəfinin təxribatları, atəşkəsi intensiv pozması, qurduğu oyunlara İranın verdiyi dəstək və s. məsələlər müzakirə predmetidir. Azərbaycan və Türkiyə bu məsələlərdə kordinasiyalı hərəkət etməkdədir". 


Y.Karaüz bəyan edib ki, digər önəmli məsələ Yaxın Şərqdə yaşanan proseslərlə bağlıdır: 

"Suriyaya humanitar yardımların verilməsi, Türkiyə-İsrail əlaqələrinin normallaşması yönündə Azərbaycanın dəstəyi çox önəmlidir. O cümlədən, Cənubi Qafqazda cərəyan edən olaylar, ABŞ, Avropa və Rusiyanın həm bu bölgəyə, həm də Orta Asiyaya yönəlik siyasətləri müzakirə olunur. Eyni zamanda enerji təhlükəsizliyi, Avropaya enerji nəqli mövzuları da danışıqlar predmetidir. Bununla yanaşı, liderlərin görüşündə Quzey Kıbrıs Türk Cümhuriyyətinin mövcud durumu, Türk Dövlətləri Təşkilatındakı vəziyyət, Şuşada keçiriləcək Zirvə görüşünə hazırlıqlar və Orta Asiya ölkələrinin Cənubi Kiprlə əlaqələri də müzakirə olunub. Qeyd edim ki, Türkiyə və Azərbaycan arasındakı əlaqələr bütün sahələr üzrə Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq qurulur. O baxımdan Azərbaycan və Türkiyə rəhbərlərinin görüşündə ikitərəfli münasibətlərdən daha çox regional və qlobal məsələlərin müzakirə edildiyini zənn edirəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri