Yük avtomobili dəmir səddə çırpıldı ANBAAN VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünən, saat 16:00 radələrində Bakı-Qazax avtomobil yolunun 243-cü kilometrində Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yol çiynində quraşdırılmış dəmir səddə çırpılıb və sonradan yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları iş və istirahət rejiminə əməl etməyə, səhhətində problem olduğu, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır.
Unutmayaq, yolda məsuliyyət təkcə özümüzün deyil, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün vacib şərtdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 27 Fevral 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















