Icma.az
close
up
RU
Yüksək komendant pulu narazılıq doğurur: “Milyardlarla manat nəzarətsiz toplanır”

Yüksək komendant pulu narazılıq doğurur: “Milyardlarla manat nəzarətsiz toplanır”

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paytaxt sakinləri Mənzil-Tikinti Kooperativlərinin (MTK) “komendant pulu”, “kommunal pulu” adı altında onlardan pul almalarından narazıdırlar.

Onlar bildirirlər ki, hər ay komendantlar onlara kart göndərərək, 80, hətta 200 manata qədər pul tələb edirlər. Bunu isə “lift təmir edirik”, “həyəti işıqla təmin edirik”, “təmizlik edirik”, və s. bəhanələrlə istəyirlər.

Maraqlısı da budur ki, 1-ci mərtəbədə yaşayan şəxslə, 16-cı mərtəbədəki eyni pulu ödəyir. Liftdən istifadə etsə də, etməsə də.

Bəs görəsən, komendantın mənzil sahibindən, yaxud kirayəşindən istədiyi məbləği təyin edərək pul alması qanunidir? Bu məbləğlər nəyə əsasən müəyyən olunur?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, milyonlarla manatın biznes məqsədilə yığılmasına hökumət tərəfindən  nəzarət edilməlidir:

“Bu məsələ hal-hazırda ciddi problemlərdən biridir. Düşünürəm ki, bu istiqamətdə müəyyən tənzimləmə işləri aparılmalıdır. Özəl sektor olsa belə, proseslərin nəzarətsiz buraxılması vətandaşlar üçün çox ciddi problemlərin yaranmasına səbəb olur. Burada söhbət milyardlarla manat puldan gedir. Bu maliyyənin nəzarətdən kənar və effekti olmayan şəkildə istifadəsi ölkə iqtisadiyyatına zərbədir. Düşünürəm ki, 2026-cı “Kəmərin sıxılması” ili olacaq. Burada vergilərin daha çox olması, xərclərin optimallaşdırılması və qənaət iqtisadiyyatına keçidlə bağlı müəyyən adımlar atılıb. Növbəti il üçün qəbul edilmiş büdcədən də görünür ki, hökumət qarşıdakı çətinliklərə sinə gərmək üçün müəyyən preventiv addımlar atılmasını planlaşdırır. Bu istiqamətdə qeyd olunan məsələ də, kənarda qalmamalıdır. İlk növbədə “kommunal pulu” kimi qeyd olunan ödənişlər həddindən artıq yüksəkdir. İkincisi, onun qarşılığında göstərilən xidmətlər ürəkaçan və peşəkar deyil. Üçüncüsü, bu xidmət haqlarının müəyyən olunması birtərəfli qaydada müəyyən olunur. Bina sakinlərinin bu və ya digər formada mövqeyi, rəyi, münasibəti nəzərə alınmır və istənilən dövrdə komendantlıq inflyasiyanı əsas gətirərək, komunnal haqlarını 10-20% qaldırır. Bunun üçün də hüquqi prosedur olmadığından, sakinlər etiraz edə bilmirlər.

Məsələyə köklü yanaşmaq lazımdır. Bina tikilib, istifadəyə verildikdən sonra sakinlər özləri onun idarə edilməsini təşkil etməlidirlər. Bu, dünya təcrübəsində uğurlu yanaşmadır. Yaxud professional şirkətlərlə sakinlər müqavilə bağlayaraq, bu və ya digər xidmət haqlarının müəyyən olunması, xidmətin səviyyəsi ilə bağlı məsələ olduqda, həmin müqavilə əsasında məsələyə təsir etmə imkanları olsun. Yəni vətəndaşların seçimi önəm kəsb etsin. Məsələnin həlli yalnız bu iki variantda həll oluna bilər.

İndiki halda tərəflərin məsuliyyəti, hüquqları və vəzifələri müəyyən olunmadığına görə məsələ öz həllini tapmayacaq. Bu, müzakirə olunacaq, lakin nəticəsiz qalacaq. Hazırkı ənənədən imtina etmək lazımdır. Qanuna müvafiq dəyişikliklər edilməlidir. Birmənalı şəkildə proses tənzimlənməlidir”.  

Hüquqşünas Şamil Paşayev isə Lent.az-a açıqlamasında bildirib ki, komendant pulu adı ilə yığılan pulların məbləğini sakinlər özləri müəyyən etməlidirlər:

“Mənzil-Tikinti Kooperativləri (MTK), MMC binanı tiktikdən bir ay sonra onu sakinlərə təhvil verib, çıxmalıdırlar. Azərbaycan reallığında isə binanı tikən şirkətlər ona əbədi “pul yeri” kimi baxırlar, ona görə də, tikintidən sonra oranı tərk etmək niyyətində olmurlar. Onlar həm binanı tikməkdən, həm də onu idarə etməkdən pul qazanırlar. Öz MMC-lərini yaradırlar, komendantlarını qoyurlar və ağıllarına gələn miqdarda pulu yığıb, işləyirlər.

Bu problemin qarşısını almaq üçün vətəndaşlar öz yığıncaqlarını çağıraraq, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaratmalıdırlar. Özlərinin yaratdığı bu cəmiyyətlə idarəetməni həyata keçirməlidir. Binada lift və digər kommunal xidmətlərin yerinə yetirilməsində müvafiq formada sakinlərdən müəyyən məbləğdə pulun yığılması təmin edilməlidir.

Azərbaycanda vətəndaşlar əllərini daşın altına qoymaq, binanı idarə etmək, məsuliyyət və öhdəlik götürmək istəmirlər. Eyni zamanda şirkətlər də binanı özləri üçün gəlir yeri gördükləri üçün oradan çıxmır, vətəndaşın “yaxasından düşmürlər”. Bu iki ziddiyyət toqquşduğu üçün 80-100-200 manatlıq komendant pulları dövriyyəyə girir. Pulların bu formada yığılması absurddur”,-deyə fikrini yekunlaşdırıb.

Görünən odur ki, sakinlər məsuliyyəti çiyinlərinə götürmədən, qanunda müəyyən dəyişikliklər edilmədən hələ çox MTK-lar MMC-lər yaradıb, onun da başına öz komendantlarını qoyub, insanları soyub, talayacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri