Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qadın futbolu üzrə Yüksək Qızlar Liqasının 2026/2027-ci illər mövsümündə iştirak etmək istəyən yeni klublar üçün müraciət qəbulu başlayıb.
İdman.Biz-ə AFFA mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın bayrağı altında keçiriləcək yarışa qoşulmaq istəyən klubların müraciətləri 20-29 may tarixləri arasında qəbul olunacaq.
Komandalar rəsmi müraciətlərini AFFA-nın Qadın Futbolu Departamentinin elektron poçt ünvanına göndərməlidirlər. Müraciətlər [email protected] ünvanı vasitəsilə qəbul ediləcək.
Yüksək Qızlar Liqasında iştirak üçün müraciət edən yeni komandalar üçün 1-22 iyun tarixlərini əhatə edən xüsusi lisenziyalaşdırma dövrü də tətbiq olunacaq. Bu prosesi uğurla tamamlayan klublar 2026/2027-ci illər mövsümündə yarışda iştirak hüququ qazanacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 May 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















