Icma.az
close
up
RU
“YÜKSƏK TEMPERATUR, BOĞAZ AĞRISI, SƏSİN TUTULMASI...” “Xəstəlik ona görə 20 25 gün davam edir ki...”

“YÜKSƏK TEMPERATUR, BOĞAZ AĞRISI, SƏSİN TUTULMASI...” “Xəstəlik ona görə 20 25 gün davam edir ki...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Professor Musa Qəniyev: “Hazırda müşahidə olunan virus infeksiyası ilə bağlı ciddi narahatlığa əsas yoxdur”

“Hazırda müşahidə olunan virus infeksiyası ilə bağlı əhali arasında yaranan narahatlığa ciddi əsas yoxdur”.

“AzPolitika” xəbər ki, bu barədə tibb elmləri doktoru, professor Musa Qəniyev son vaxtlar yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

Professor qeyd edib ki, son dövrlər yüksək temperatur, boğaz ağrısı, səsin tutulması, əzələ və oynaqlarda ağrı, ümumi əzginlik kimi klinik əlamətlərlə müşayiət olunan virus infeksiyalarında sıçrayışlı artım müşahidə olunur. Onun sözlərinə görə, koronavirus qorxusunun cəmiyyətdə hələ də qalması bəzi insanların bu vəziyyəti yeni və təhlükəli virus ştammı ilə əlaqələndirməsinə səbəb olur.

Musa Qəniyev qeyd edib ki, əslində aqressiv aktivliyə malik heç bir yeni virus ştammı yaranmayıb və yaxın 7–10 il ərzində belə bir virusun meydana çıxması ehtimalı da yoxdur. O bildirib ki, dekabr ayında virus infeksiyalarının kəskin artmasının əsas səbəbi iqlim şəraitində müşahidə olunan kəskin disbalans, yəni temperatur fərqlərinin sürətlə dəyişməsi nəticəsində fəsli infeksiyaların hiperaktivləşməsidir.

Professorun sözlərinə görə, hazırda nuklein ardıcıllığını qismən dəyişərək potensial aktivlik qazanan və 90–95 faiz hallarda məlum klinik əlamətlər törədən cəmi iki virus ştammı mövcuddur. Bunlardan birinin qripin A/H3N2 ştammı, digərinin isə koronavirusun Stratus (XFG) ştammı olduğunu deyib.

O vurğulayıb ki, hər iki virus ştammında müşahidə olunan mutasiyalar əsasən virusun hüceyrəyə bağlanma sahəsində – spayk zülalında baş verdiyindən, yalnız yoluxma riskini artırır. Bu mutasiyaların virusun aqressivliyi və ya letallığına, yəni ölüm törətmə qabiliyyətinə birbaşa təsiri yoxdur.

Mütəxəssislərin “Honkonq qripi” adlandırdıqları A/H3N2 ştammında yüksək temperatur, kəskin boğaz ağrısı, quru və tutmaşəkilli davamlı öskürək müşahidə olunduğunu deyən Musa Qəniyev bildirib ki, bu ştammda əvvəlkilərdən fərqli olaraq bir sıra nöqtə mutasiyaları baş verib. Onun sözlərinə görə, HA (hemaqlütinin) zülalında 156-cı sırada serin histidinlə, 190-cı mövqedə asparagin turşusu asparaginlə əvəz olunub, 160-cı sahədə isə şəkərlə yüklənmə müşahidə edilib.


Professor əlavə edib ki, NA (neyrominidaza) zülalı genində 122V və S247N nukleotid dəyişiklikləri baş verib ki, bu da infeksiyadan sağalma dövrünün uzanmasının əsas səbəblərindən biridir. Bundan başqa, virusdaxili polimeraza PB2 kompleksində E627K mutasiyası – qlutamin turşusunun lizinlə əvəz olunması qeydə alınıb. O bildirib ki, bu dəyişikliklər virusun pirogen hiperaktivliyini gücləndirdiyindən, infeksiya bədənə daxil olduqdan ilk saatlarda belə temperaturun 39–40 dərəcəyədək yüksəlməsinə səbəb olur.

Musa Qəniyev koronavirusun Stratus (XFG) ştammının A/H3N2-dən fərqli olaraq tədricən başladığını, ilkin mərhələdə boğazda “qaşınma” hissi verən ağrı, qripəbənzər əlamətlər, əksər hallarda xırıltılı səs və ya səsin tam tutulması ilə müşayiət olunduğunu bildirib. Onun sözlərinə görə, sonrakı günlərdə isə yüksək bədən temperaturu müşahidə edilir.

Professor qeyd edib ki, bu ştammda baş verən bütün nöqtə mutasiyaları S-spayk zülalında, yəni virusun hüceyrənin ACE2 reseptoruna bağlanan sahəsində formalaşıb və qorxulu heç nə vəd etmir. O, antitellərdən yayınmaya xidmət edən T478K və N487D, virusun dözümlülüyünü artıran R346 və F456L, spayk zülalının stabilliyini və qırtlaq epitelisinə keçidini təmin edən S31P və K182R mutasiyalarının mövcud olduğunu deyib. Son iki mutasiyanın virusun qırtlaq və səs telləri epitelisinə sürətlə keçidini təmin etdiyini bildirən Musa Qəniyev vurğulayıb ki, bu səbəbdən xəstələrin 70 faizdən çoxunda ilkin klinik əlamət kimi səs tutulması müşahidə olunur.

Professor əlavə edib ki, Stratus (XFG) ştammı Omikronun LF.7 və LP.8.1.2 yarımvariantlarının hibridi olduğundan “bədbəxt mutantlar” sinfinə aiddir və potensial letallıq səviyyəsi sıfıra bərabərdir. O, həmçinin qeyd edib ki, uşaqlarda ACE2 reseptorları tam formalaşmadığı üçün onların bu virusa yoluxma ehtimalı yoxdur.

Musa Qəniyev bildirib ki, həm A/H3N2 qripinə, həm də XFG koronavirusuna yoluxma zamanı sağalmanın 20–25 gün çəkməsinin əsas səbəbi antiviral interferon fəallığının formalaşmasında yaranan ləngimədir. Bu isə hüceyrələrin uzun müddət özünü təmizləmə rejiminə keçə bilməməsi ilə əlaqədardır. Professor vurğulayıb ki, Stratus ştammı digər koronavirus ştammlarından fərqli olaraq ağciyər alveollarına deyil, yalnız yuxarı tənəffüs yollarının – burun-udlaq və qırtlaq epitelisinin hüceyrələrinə tropluq göstərir. Buna görə də ağciyərlərin zədələnməsi və pnevmoniya kimi ağırlaşmaların yaranma ehtimalı demək olar ki, yoxdur.

Hazırda insanları ən çox narahat edən əsas amilin klinik əlamətlərin 7 gün deyil, 20–25 gün, bəzən isə daha uzun müddət davam etməsi olduğunu deyən professor bunun səbəblərini də açıqlayıb. O bildirib ki, mutasiya spesifikliyinə görə orqanizm virusu gec tanıyır, uzunmüddətli pandemiya fonunda immun sistem “yorulub”, yuxarı tənəffüs yollarında davamlı iltihab qalır və virus orqanizmdən xaric olduqdan sonra belə ödem və öskürək saxlanılır. Bundan əlavə, uzunmüddətli yüksək temperatur neyromediator ehtiyatını tükəndirir və 2–4 həftə davam edən “virussonu asteniyası” yaranır.

Musa Qəniyev vurğulayıb ki, mövcud virus infeksiyası zamanı yüksək bədən temperaturunun 7 günədək, əzginlik və öskürəyin isə 14–21 gün, hətta daha uzun müddət davam etməsi arzuolunmaz olsa da, tamamilə normal haldır və xüsusi narahatlığa əsas vermir.

Professor sonda bildirib ki, yoluxma baş verdiyi halda yalnız bədən temperaturuna və su itkisinə nəzarət edilməli, simptomatik müalicə aparılmalıdır. Onun sözlərinə görə, hazırkı virus infeksiyası ilə bağlı qorxu və təşviş üçün heç bir əsas yoxdur və insanlara yeni ili rahatlıqla qarşılamaq tövsiyə olunur.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Dekabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri