Icma.az
close
up
RU
Yüksələn bayraq oldun...

Yüksələn bayraq oldun...

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cahanşümul Qələbəmizlə dünyaya səs salan 44 günlük Vətən müharibəsi zamanı misilsiz qəhrəmanlıq və şücaət göstərməklə Şəhidlik zirvəsinə yük-səlmiş daha bir həmyerlim Cavid Mərdan oğlu Kərimovdur.

Cavid 23 fevral 1999-cu ildə axarlı-baxarlı Əlican çayının ləpədöyənində qərar tutmuş Aşağı Bucaq kəndində doğulub. Qayğısız uşaqlıq və yarımçıq gənclik illəri kənddə keçən Cavid Xaldan kənd kompleks tam orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılanadək müxtəlif peşə-sənətə sahiblənmişdi. Kənddə həmişə yaşca özündən böyüklərlə oturub-durar, dostluq edər, hamıya qarşı mehribanlığı və əlindən gələn yaxşılığı göstərməklə fərqlənərdi. Suvaqçı, tənəkəçi, bənna kimi gözəl əl qabiliyyəti vardı. Onun sənətkar əllərinin izi, qəlbinin hərarəti işlətdiyi əmək alətlərinin, həyətlərində tikdiyi, qurduğu, dəmirdən hazırladığı məişət əşyalarının, mişar daşı ilə hördüyü barıların üzərində qalmaqdadır.

Mərdan kişi ilə Alidə xanım Cavidin vətənpərvərliyindən də sonsuz qürur hissi ilə danışırlar. Xüsusilə həqiqi hərbi xidmətini başa vurub qayıtdıqdan sonra tamamilə dəyişdiyini, çox qayğılı göründüyünü dedilər. Bakı şəhərində mühafizəçi kimi işə düzəlsə də könüllü olaraq yenidən Milli Ordumuzun sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmağı üstün tutdu. Hərbi hissədə təcrübəli və peşəkar döyüşçü kimi hücum batalyonunun tərkibində Vətənə xidmətini davam etdirdi.

Müharibə başlanandan cəmi 4 gün keçmiş - oktyabrın 1-də 21 yaşında ikən Cavid Vətənə sevgisini sübut etmək üçün cəbhəyə yollanıb. Düşmən əsarətində qalan doğma torpaqlarımızın azadlığı uğrunda çarpışaraq, Ballıqaya ətrafında gedən döyüşlərə atılaraq, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib və qəhrəmanlıqla həlak olub.

Cavidin mübarək nəşi Yevlaxdakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Pandemiya dövrü olduğu üçün, qaydalara uyğun olaraq, karantin rejimi gözlənilməklə şəhər icra hakimiyyəti rəhbərliyinin, dövlət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Cavid də ana qədər sevdiyi müqəddəs Vətənin qucağına sığındı...

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə Kərimov Cavid Mərdan oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Söhbətimiz zamanı cümlələrinin əvvəlində və axırında “Təki Vətən sağ olsun!” ifadəsini işlədən Mərdan kişi və Alidə xanım Azərbaycan xalqına, böyük Türk Dünyasına başucalığı gətirən cənab İlham Əliyevə şəhid ailələrinə, qazi və muharibə veteranlarına göstərdiyi yüksək diqqət və qayğıya görə qəzet vasitəsilə dərin minnətdarlıqlarını çatdırmağı xahiş etdilər. Onu da dedilər ki, rayon rəhbərliyi, yerli özünüidarəetmə orqanlarının təmsilçiləri, Milli Məclisin deputatları Əli Hüseynli və İlham Məmmədov da müntəzəm olaraq biz şəhid ailələri ilə maraqlanır, köməkliyini əsirgəmirlər.

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Fevral 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see257

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see245

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see232

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see229

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see227

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see188

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see174

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see174

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see168

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see165

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see162

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see161

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see160

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see159

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see158

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see148

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see147

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see146

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see144

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri