Icma.az
close
up
RU
“Yumurtanı ucuzlaşdırdım, mühacirləri qovdum” Tramp ilk 100 gününün “nailiyyətlərini” açıqladı

“Yumurtanı ucuzlaşdırdım, mühacirləri qovdum” Tramp ilk 100 gününün “nailiyyətlərini” açıqladı

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentliyinin ilk 100 gününün nəticələri barədə danışıb. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Miçiqan ştatında keçirilən mitinqdə çıxış edən Tramp əsas nailiyyətləri sırasında sərt immiqrasiya siyasətini ilk yerdə qeyd edib.

Ağ Evin rəhbəri ABŞ-nin "həftəbə həftə" qeyri-qanuni immiqrasiyanı necə dayandırdığını və "pislərdən ən pislərini" Salvadordakı həbsxanalara deportasiya etdiyini söyləyib. O, seçki kampaniyası zamanı məhz bu vədləri verdiyini və prezident olan kimi dərhal deportasiyaların sürətləndirilməsi, ABŞ-nin immiqrasiya sistemində islahatların aparılması üçün fərmanlar imzaladığını xatırladıb.

Trampın çıxışı zamanı böyük ekranlarda qeyri-qanuni mühacirlərin deportasiya edildiyini əks etdirən videolar nümayiş etdirilib. Tramp növbəti dəfə ABŞ-nin əvvəlki administrasiyasını günahlandırıb. 

Onun sözlərinə görə, öncəki administrasiya mühacirlərin ölkə vətəndaşlarını “zorlamasına və öldürməsinə” imkan verib: "Bu dəhşətli xəyanət başa çatıb. İşğalçıları qovmaq sadəcə seçki kampaniyası vədi deyil, bu, mənim ali baş komandan kimi təntənəli borcumdur. Mən ölkəmizi xilas etmək üçün bunu etməliyəm".

Tramp əlavə edib ki, onun prezidentliyi dövründə ABŞ administrasiyası qeyri-qanuni sərhəd keçidlərinin sayını azaltmaqda “bütün zamanların rekordunu qırıb”.

Tramp iqtisadi nailiyyətləri ilə də öyünüb, xüsusən də yumurtanın qiymətini aşağı saldığını deyib: "Artıq vəzifədə olduğum ilk həftədə yumurtanın qiymətinə görə tənqid olunmağa başladım, amma Pasxada ABŞ-də yumurtanın qiyməti 87% enib, benzin, ərzaq və dərman qiymətləri də ucuzlaşıb”.

Çıxışında ABŞ-nin digər ölkələrə, xüsusən də Çinə tariflər tətbiq etməsinə toxunan Tramp, çinlilərlə “vicdanlı müqavilə” bağlamağın mümkün olacağına əminliyini ifadə edib: "Biz Çinlə anlaşırıq. Düşünürəm ki, bu, nəticə verəcək. Onlar müqavilə bağlamaq istəyirlər, biz isə ədalətli müqavilə bağlayacağıq".

Lakin qeyd edək ki, Trampın amerikalılar arasında reytinqi onun qərarlarına görə sürətlə aşağı düşür. “Washington Post” qeyd edib ki, Trampın reytinqi cəmi iki ay əvvəlkindən də aşağıdır. Sorğunun nəticələrinə görə, amerikalıların cəmi 39%-i Trampın işindən razıdır. Bununla yanaşı, respondentlərin 55%-i onun fəaliyyətini bəyənmir, 44%-i isə ABŞ Prezidentinin fəaliyyətini “qəti şəkildə bəyənmir”.

Həmçinin, ABŞ Konqresində Trampın impiçmenti təşəbbüsü ilə çıxışlar başlayıb. Nümayəndələr Palatasına Miçiqan ştatından olan konqresmen Şri Tanedar 7 bəndlik impiçment təklifi təqdim edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Aprel 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri