Icma.az
close
up
RU
Yumurtanın ürək üçün faydası

Yumurtanın ürək üçün faydası

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Yeni araşdırmaya əsasən, müntəzəm olaraq yumurta istehlak etmək insanda ürək-damar xəstəliklərindən ölüm riskini azalda bilər.

News24.az “euronews.com” telekanalına istinadla xəbər verir ki, Avstraliyanın Monaş Universitetinin tədqiqatçıları 70 yaş və yuxarı 8700-dən çox insanı izləyiblər. Araşdırmanın nəticələrinə görə, həftədə bir və ya altı yumurta istehlak edənlərin ayda iki dəfə yaxud da daha az yumurta yeyənlərlə müqayisədə ölüm riski 15 faiz aşağı olub.

Alimlərin fikrincə, yumurta əsas qida maddələrinin — protein, B vitaminləri, fol, doymamış yağ turşuları, yağda həll olunan vitaminlər (E, D, A və K), xolin və müxtəlif mineralların mənbəyidir. Bununla yanaşı, yumurtanın tərkibindəki xolesterol uzun müddətdir ki, yüksək xolesterolu olan insanlar üçün sağlamlıq baxımından riskli hesab edilirdi. Yüksək xolesterol damar tıxanmasına səbəb ola bilər və bu da ürək xəstəlikləri və ya insult ehtimalını artırır. Bu səbəbdən tədqiqat qrupu dislipidemiya (klinik olaraq müəyyən edilmiş yüksək xolesterol) diaqnozu qoyulmuş şəxslər üzərində əlavə araşdırmalar aparıb. Vurğulanıb ki, dislipidemiyası olan və həftədə bir yumurta yeyən iştirakçıların ürək-damar xəstəliklərinə bağlı ölüm riski, nadir hallarda və ya heç yumurta yeməyən insanlarla müqayisədə 27 faiz daha aşağı olub. Bu nəticə göstərir ki, dislipidemiya yumurta istehlakı ilə əlaqəli riski əhəmiyyətli dərəcədə dəyişdirmir.\\Azərtac

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Fevral 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see384

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see319

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see251

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see242

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see242

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see227

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see214

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see210

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see209

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see200

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see199

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see199

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see195

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see194

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see192

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see188

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see188

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see181

Saniyənin katrilyonda birində şarj olan batareya hazırlandı

14 Sentyabr 2026 05:33see180

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri