Icma.az
close
up
RU
Yunan qabağı vitamin və minerallar anbarı

Yunan qabağı vitamin və minerallar anbarı

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Təəssüf ki, bu olduqca xeyirli tərəvəz bizim mətbəxdə az-az istifadə olunur.

Xarici ölkələrdə isə (xüsusilə Avropa və Amerikada) yunan qabağı ən populyar tərəvəzlərdən biridir. Orada daha tez-tez tünd yaşıl rəngdə olan sukkini sortu istifadə olunur.

Çox dadlı, asan mənimsənilən bu tərəvəz həmçinin çox faydalıdır. Bir çox xəstəliklər və pozulmalar zamanı yunan qabağı dietik məhsul kimi istifadə olunur.

Yunan qabağının tərkibində zülallar, karbohidratlar, karotin, C, B qrupu vitaminləri, pektinlər, maqnezium, kalium, kalsium, dəmir var.

Yunan qabağı təbii antioksidant maddələrlə zəngindir ki, bu maddələr orqanizmdə qocalma proseslərlə mübarizə aparır, orqanizmi cavanlaşdırır.

Uzunluğu 20-25 sam olan təzə tam dəyməmiş yunan qabağı ən faydalı sayılır. Bişirilmə zamanı tərəvəzin qabığını soymaq lazım deyil (tərəvəzin qabığında çoxlu faydalı maddələr var). Yunan qabağını pürtlədirlər, qızardırlar, salatlarda, ət və balıq xörəklərdə qarnir kimi istifadə edirlər.

Yunan qabağı kiçik yaşlı uşaqların ilk əlavə qidalanmasına daxil etmək olar. Tərəvəz həm çox faydalıdır, həm asan mənimsənilir, həm də allergik reaksiyalara səbəb olmur. Uşaqlar üçün yunan qabağından püre hazırlamaq olar. Püreyə digər tərəvəzləri də əlavə etmək olar.

Yunan qabağı həmçinin xəstə, əməliyyat və ya ağır xəstəlik keçirmiş, mədə-bağırsaq sistemində problemləri olan insanların qidalanmasına daxil edilir.

Yunan qabağı azkalorili məhsuldur və bu səbəbdən müxtəlif arıqlamaq üçün olan pəhrizlər zamanı geniş istifadə oluna bilər.

Yunan qabağı orqanizmə artıq mayedən və duzlardan azad olmağa kömək edir, qanı təmizləyir, "pis" xolesterinin səviyyəsini aşağı salır. Bu səbəbdən yunan qabağı hipertoniya, ateroskleroz, böyrək xəstəlikləri, podaqra, artrir zamanı çox xeyirlidir.

Kalium və maqneziumla zəngin olan yunan qabağı ürək əzələsini qidalandırır, ödemlərlə mübarizə aparır.

Yunan qabağının əsas hissəsini su təşkil edir. Lakin bu adi su detil - bu bioloji aktiv sudur. Belə su orqanizmi ziyanlı maddələrdən (toksinlər, şlaklar, sərbəst radikallar) yaxşı təmizləyir, dərinin vəziyyətini yaxşılaşdırır.

Yunan qabağı qara ciyərin və ödün fəaliyyətinə müsbət təsir edir.

Yunan qabağı dərimiz üçün də çox xeyirlidir. Bu tərəvəz dərini ağardır və cavanlaşdırır. Yunan qabağından bu kimi maska etmək olar. 1-2 tikə yunan qabağı, 1 yumurta sarısı, 1 xörək qaşığı yulaf yarması, 1 çay qaşığı badam yağı blenderdən keçirin və təmiz üz dərisinə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri