Icma.az
close
up
RU
Yunanıstan və Fransa Ermənistana yenilənmiş Rusiya silahlarının verilməsi ilə bağlı razılığa gəlib

Yunanıstan və Fransa Ermənistana yenilənmiş Rusiya silahlarının verilməsi ilə bağlı razılığa gəlib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Yunanıstan Ermənistana "S-300", "TOR-M1" və "Osa-AKM" zenit-raket komplekslərini təhvil verəcək.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə "enikos.gr" portalı yazır.

Yunanıstan hakimiyyəti onları İsrail istehsalı sistemlərlə əvəz etməyi planlaşdırır. “Silahlı Qüvvələrin rəhbərliyi köhnə sistemlərin yeni Qərb texnologiyaları ilə köklü şəkildə yenilənməsini davam etdirmək əzmindədir. Milli Müdafiə Baş Qərargahı Ermənistanı Rusiya istehsalı olan silah sistemləri ilə təmin etmək üzrə qabaqcıl mərhələdədir”, - deyə portal xəbər verir.

KİV-in məlumatına görə, bu, təkcə Yunanıstanın təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın nəticəsidir. “Afina üçün Kiyev əvəzinə İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Hər şeydən əvvəl, Yunanıstan bunu çox sıx müttəfiqlik əlaqələri və xüsusən də müasir tarixdəki ümumi tarixi hadisələr, eəcə də ümumi dini inanclar səbəbindən edir. Bundan əlavə, güclü Ermənistan Azərbaycanı birmənalı şəkildə dəstəkləyən Türkiyəyə qarşı güc nümaişidir. Axı Qarabağ hadisələri hələ təzədir”, - deyə nəşr yazır.

Yazıda qeyd edilir ki, Ermənilərin Rusiya silahlarından istifadə təcrübəsi var və onlara xidmət göstərmək üçün lazımi ehtiyat hissələri də var ki, bu da Yunanıstan Silahlı Qüvvələri üçün xüsusən də Ukraynada münaqişənin başlanmasından sonra NATO və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi embarqodan sonra son illərdə ən böyük problemdir.

Eyni zamanda Yunanıstan bu silah sistemlərini pulsuz verməyəcək. Bu silahları əvəz etmək üçün Afina aşağıdakı sistemləri almaq niyyətindədir: "David's Sling" - 300 km-ə qədər mənzilli ballistik raketləri olan "David's Sling", 35-dən 150 km-ə qədər uçuş məsafəsinə malik "Barak MX" və 20-dən 50 km-ə qədər olan "Spyder".

"Xatırladaq ki, 2023-cü ilin dekabrında Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Daha sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias Qarabağdakı münaqişənin dərslərini nəzərə alaraq Yunanıstanın Ermənistanla müdafiə sahəsində əməkdaşlıq edəcəyini bildirib", - deyə portal qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Noyabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri