Yunanıstanda baş verən meşə yanğını səbəbilə yüzlərlə insan təxliyə edilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Yunanıstanın Salamis adasında meşə yanğını səbəbilə təxminən 600 nəfər təxliyə edilib.
APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Kathimerini" qəzeti məlumat verib.
Qəzet əvvəllər adada baş verən yanğın nəticəsində iki nəfərin öldüyünü, 10 nəfərin isə yaralandığını bildirmişdi.
"Peristeriyanın qərbindəki Saterli çimərliyindən ümumilikdə 593 nəfər təxliyə edilib", - qəzet bildirib.
Hazırda yanğının iki aktiv cəbhəsi var: adanın cənubundakı Peristeriya və şərqdəki Seliniya kəndləri yaxınlığında. Təxminən 260 yanğınsöndürən, 58 nəqliyyat vasitəsi, 10 təyyarə və yeddi vertolyot alovla mübarizə aparır.
"Kathimerini" yanğının yaşayış binalarına yayıldığını və nəqliyyat vasitələrini məhv etdiyini bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 17 Avqust 2026 04:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















