“Yunanıstanı təhlükəli addımlardan çəkinməyə çağırırıq”
Icma.az, Bakupost saytına istinadən bildirir.
Bakupost.az bəyanatı təqdim edir:
“Mətbuatda Yunanıstan tərəfindən Ermənistana müasir silah sistemlərinin verilməsi ilə bağlı xəbərlər yayılıb.
Bütün bunlar regiondankənar aktorların Ermənistanı silahlandırmaq, Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək siyasətinin tərkib hissəsidir. Biz Qərbi azərbaycanlıları öz dədə-baba yurdlarımızdan didərgin salmış, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, hələ də Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiasını davam etdirən təcavüzkar bir ölkənin silahlandırılması yolverilməzdir.
Qərbi Azərbaycan İcması Yunanıstanı məsələlərə etnik və dini təəssübkeşlik prizmasından baxmamağa, regionda vəziyyəti gərginləşdirən təhlükəli addımlardan çəkinməyə çağırır”.
Baxış sayı:105
Bu xəbər 28 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















