Yunanlar “Sabah”ın qisasını aldı!
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Dünən həm Avropa Liqasında, həm də Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
“Football-plus.az” hər iki turnirdə qeydə alınan nəticələri təqdim edir. Onu da vurğulayaq ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sabah”ı mübarizədən kənarlaşdıran sonra zəfər yürüşünü davam etdirən, avqustdan bəri Sloveniya (yeri gəlmişkən, bu ölkə Azərbaycandan yuxarıdakı pillədə qərarlaşıb) üçün təkbaşına əmsal yığan “Selye”yə, nəhayət, “dur” deyən tapıldı. Səfərdə bu komandanın qapısından 4 cavabsız qol keçirən Yunanıstan AEK-i cavab görüşünü formallığa çevirdi.
Avropa Liqası, 1/8 final, ilk oyunlar: Lill - Aston Villa 0:1, Ştutqart – Portu 1:2, Bolonya – Roma 1:1, Panatinaikos – Betis 1:0, Ferentsvaroş – Braqa 2:0, Genk – Frayburq 1:0, Selta – Lion 1:1, Nottingem Forest – Midtüllann 0:1.
Konfrans Liqası, 1/8 final, ilk oyunlar: Samsunspor - Rayo Valyekano 1:3, Riyeka - Strasbur 1:2, Alkmaar – Sparta 2:1, Lex - Şaxtyor 1:3, Kristal Pelas - AEK (Cənubi Kipr) 0:0, Fiorentina – Rakuv 2:1, Siqma – Maynts-05 0:0, Selye - AEK (Yunanıstan) 0:4.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















