“Yunus Oğuz dövlətçilik və ictimai fikir tariximizin salnaməsini yazır” Zahid Oruc
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Yunus Oğuzun zəngin və çoxşaxəli fəaliyyəti təkcə yaradıcılıq nümunəsi deyil, həm də dövlətçilik və ictimai fikir tariximizin mühüm mərhələlərinə şahidlik edən bir salnamədir".
Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dövlət İdarəçilik Akademiyasının rektoru Zahid Oruc Yunus Oğuza təbrikində deyib:
"Yunus bəy müəllifi olduğu tarixi romanlar, publisistik məqalələr və qurucusu olduğu "Olaylar" mediası sayəsində informasiya cəmiyyətində möhkəm söz sahibinə çevrilib. Yaradıcılığında milli dəyərlərin qorunması, tarixə və şəxsiyyətlərə obyektiv baxış, ictimai fikrə yön verən təhlillər həmişə xüsusi yer tutur. Yunus Oğuz sözün həm yazılı, həm də ictimai yükünü daşıyan, düşüncənin və ifadənin məsuliyyətini çiynində daşıyan yazıçı və ziyalıdır.
Hörmətli Yunus bəyi 65 illik yubileyi və doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əlamətdar gündə Yunus Oğuza möhkəm can sağlığı, davamlı yaradıcılıq enerjisi və yeni-yeni nailiyyətlər arzulayıram. Əminəm ki, onun fəaliyyəti bundan sonra da Azərbaycan mədəniyyətinə və ictimai düşüncəsinə dəyər qatmağa davam edəcək".
Milli.Az
Baxış sayı:41
Bu xəbər 22 İyul 2025 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















