Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda
Icma.az, Bizim media saytına istinadən bildirir.
Sinqapur hökuməti ölkədə rekord həddə geriləyən doğum səviyyəsini artırmaq və ailələri dəstəkləmək məqsədilə genişmiqyaslı yeni tədbirlər paketi hazırlayıb.
Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, yeni paket çərçivəsində 17 yaşadək hər uşaq üçün ümumilikdə təxminən 70 min ABŞ dollarına qədər birbaşa dövlət dəstəyi nəzərdə tutulur.
Bundan başqa, ailələrə uşaq bağçası və uşağa qulluq xərcləri ilə bağlı subsidiyalar veriləcək, valideyn məzuniyyətinin müddəti artırılacaq. Yeni doğulan hər uşaq üçün isə ailələrə 10 min Sinqapur dolları – təxminən 7 879 ABŞ dolları məbləğində bonus ödəniləcək.
Uşaqlı ailələr dövlət mənzillərinin bölüşdürülməsi zamanı da üstünlük əldə edəcəklər. Hökumətin bu addımları ölkədə doğum səviyyəsinin kəskin azalması fonunda atılır. Sinqapurda ümumi doğum əmsalı hazırda 0,87 səviyyəsindədir ki, bu da əhalinin nəsil artımını təmin etmək üçün tələb olunan göstəricidən xeyli aşağıdır.
Lakin ekspertlər hesab edirlər ki, yalnız maliyyə dəstəyi doğum səviyyəsinin yüksəlməsi üçün kifayət etməyə bilər. Gənclər arasında uşağa çəkilən xərclərlə yanaşı, təhsil sistemindəki yüksək rəqabət, iş mədəniyyəti, sosial təzyiq və şəxsi azadlığın itirilməsi ilə bağlı narahatlıqlar da geniş yayılıb.
Sorğulara əsasən, respondentlərin demək olar ki, üçdə biri bildirir ki, heç bir dövlət siyasəti onların uşaq sahibi olmaq istəyini artırmayacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 25 Avqust 2026 04:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















