Icma.az
close
up
RU
Yuri Fedrov: “Azərbaycan xalqına aydın oldu ki,Rusiya rəhbərliyi səmimidir və baş verənlərdən peşmanlıq hissi keçirir” KONKRET

Yuri Fedrov: “Azərbaycan xalqına aydın oldu ki,Rusiya rəhbərliyi səmimidir və baş verənlərdən peşmanlıq hissi keçirir” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təyyarə qəzasına görə Rusiya prezidenti Vladimir Putinin telefonla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etməsi və üzr istəməsi Rusiya mətbuatında geniş müzakirə olunur. Rusiyanın bəzi internet kanalları Putinin Azərbaycandan üzr istəməsinə münasibət bildirib və qeyd ediblər ki, Rusiya prezidenti 24 illik hakimiyyəti dövründə ilk dəfədir ki, rəsmən üzr istəyib.

KONKRET.az xəbər verir ki, məsələyə münasibət bildirən rusiyalı hərbi ekspert Yuri Fedrovun fikirincə Putinin üzr istəməsində qeydi-adi bir şey yoxdur: “Baş verənlərin ümumi mənzərəsində yeni bir məsələ görmürəm. Kremlin mətbuat xidmətinin məlumatını diqqətlə oxusanız görərsiniz ki, orada yazılıb: “Təyyarə cədvələ uyğun hərəkət edib və bir neçə dəfə Qroznıya enməyə cəhd edib. Bu zaman hava limanına PUA-ların hücumu haqqında məlumat daxil olub. Bundan sonra orada faciə baş verib”. Anlamaq lazımdır ki, təyyarə vurulub. Artıq Putin etiraf edib ki, Rusiya Hava Hücumundan Müdafiə Sistemini idarə edən hərbçilər buna görə məsuliyyət daşıyırlar. Yaxşı, bunlardan başqa təyyarəni kim vura bilərdi? Əvvəlcə Rusiyanın bəzi səlahiyyətli orqanları bildirdilər ki, guya təyyarə quş sürüsü ilə toqquşub. Amma bu, mümkün deyildi. Bəzi məsələlərə aydınlıq gətirmək lazımdır. Xalça rejimi planı olub, olmayıb? Görünür bu, baş verib, çünki Rusiya rəsmiləri belə deyirlər. Onda belə bir sual yaranır. Bəs o zaman təyyarə niyə əvvəlcədən xəbərdar edilməyib? Hava Hücumundan Müdafiə Sistemləri ilə aeroportdakı personal arasında əlaqə çox güman ki, ümumiyyətlə olmayıb. Olubsa da çox zəif rabitə qurublar. Nəticədə təyyarə vurulub. Növbəti sual: Təyyarə niyə yaxınlıqdakı hava limanlarına istiqamətləndirilməyib? Niyə məhz təyyarə Aktauya göndərilib? Halbuki Mahaçqala və Minvod aeroportları daha yaxındır. Hətta zədələnən təyyarəni hərbi aerodromlara da salmaq olardı. Əgər təyyarə zədələnibsə onların borcu zədəli təyyarəni yaxınlıqdakı aeroportlara endirməkdir. Amma

Rusiya hava limanlarının qəbul etmədiyi təyyarə istiqamətini Qazaxıstana tərəf götürüb. Qroznıyla Aktau arasındakı məsafə 400 km-dir, təsəvvür edirsiniz, pilot hansı çətinliklə onu Xəzər dənizinin üzərindən keçirib.

Daha sonra aparıcı xanımın Putin niyə açıq-aşkar üzr istədi? sualına hərbi ekspertin cavabı belə olub: “Ona görə ki, hər kis kimi Putin də bilir ki, hadisəni Rusiya hərbçiləri törədib. Eyni zamanda Azərbaycan xalqına da aydın oldu ki,Rusiya rəhbərliyi səmimidir və baş verənlərdən peşmanlıq hissi keçirir. Putin bildirib ki, biz hadisənin necə baş verməsini araşadıracağıq və günahkarlar cəzalandırılacaq. Məğlub durumu Putin də anlayır və ona görə üzr istədi. Yeganə seçim bu vəziyyətdə ağlabatan davranışdır. Üzr istəmək məsələni yumşaldır”.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Dekabr 2024 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri