Icma.az
close
up
RU
Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Bir müddət əvvəl Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən yazılmış məktub elektron mediada geniş yayılmışdı. Məktubda qeyd edilir ki,  “Məlum olduğu kimi, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov rüşvətxor əməllərinə görə Təhsil Naziri Emin Əmrullayev tərəfindən arzuolunmaz şəxs hesab olunur. Bu barədə mətbuatda dəfələrlə yazılıb. Lakin edilən şikayətlərə baxmayaraq rektor istədiyi özbaşınalıqlara imza atmaqda davam edir”.

Müəllimlər daha sonra yazır ki, Gəncə Dövlət Universitetinin rektoru öz qardaşı, Maliyyə Nazirliyinin Aparat rəhbəri olmuş (red.) Cavanşir Yusibovun köməkliyi ilə Gəncə Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun torbasını tikdi və onun işdən azad olunmasına nail oldu. Yusif Yusibov dərhal təqdimat verib İlqar Kubışevi həmin kollecə direktor təyin etdirdi. Yenə də Musiqi Kollecində olduğu kimi Gəncə Regional Kollecdə də kollektiv bu adamın əleyhinə qalxdı. Nəticədə korrupsiya əməllərinə görə Təhsil Naziri Emin Əmrullayevin əmri ilə yenidən İlqar Kubışev vəzifədən qovuldu.”

Maraqlıdır, İlqar Kubışevin işindəki ciddi korrupsiya faktları nələrdən ibarət olub ki, Elm və Təhsil naziri Emin Əmrullayev ona töhmət verərək işindən qovub. Amma sözügedən şəxs cinayət məsuiyyətinə cəlb edilməyib?

Aktualinfo.org “Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec” publik hüquqi şəxs tərəfindən keçirilmiş kotirovka sorğusu prosedurları ətrafında araşdırma aparıb. Dövlət satınalmalarınnın portalında “Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec”i tərəfindən 13.10.2023-cü il tarixində 2024-cü il üzrə zəruri malların və xidmətlərin satınalma planları açıqlanmışdır.Satınalma planlarına 3 açıq tender, 6 kotirovka sorğusu daxil edilmişdir. Lakin 2024-cü ildə “Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec”i satınalmalarının internet portalında nəzərdə tutulan kotirovkalarda iştirak etmək üçün iddiaçılara heç bir elektron dəvət elanı verməmişdir.

Amma “Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec”in Satınalma Komissiyası tərəfindən 2024-cü il ərzində keçirilmiş 5 satınalma üzrə müqavilələrinin bağlanıldığı açıqlamışdır.

Abadlıq işlərinin satınalınması üzrə “VEDİBASAR İNŞAAT” MMC ilə 43.851,16  manat məbləğində satınalma müqaviləsi 03.09.2024 -cü il tarixdə bağlanmışdır.

Cari təmir işlərinin satınalınması üzrə “QARABAĞ İNŞAAT QRUPU” MMC ilə 43.648,45  manat məbləğində satınalma müqaviləsi 19.09.2024-cü il tarixdə bağlanmışdır.

İstilik sisteminin çəkilməsi işlərinin satınalınması üzrə “M-HOUSE CONSTRUCTİON”  MMC ilə 238.719,65  manat məbləğində satınalma müqaviləsi 22.11.2024-cü il tarixdə bağlanmışdır.

Bizim əldə etdiyimiz məlumatlara görə ötən il Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecində abadlıq və cari təmir işləri çox səthi aparılmış, istilik sisteminin çəkilməsi işlərinə ayrılmış vəsaitin çoxu isə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tərəfindən mənimsənilmişdir.

Qeyd edək ki, satınalmalarda Gəncə Dövlət Universitetinin özündə də kifayət qədər ciddi məbləğlərdə dövlət vəsaiti qanun pozuntuları ilə müşaiət olunan tender və kotirovka sorğuları vasitəsi ilə təyinatından kənarlaşdırılıb. Məsələn Gəncə Dövlət Universiteti 2024-cü il üzrə açıqladığı satınalma planlarına 30 lottda kotirovka sorğusu və açıq tender daxil edib. Lakin ötən il sözügedən universitet cəmi 13 satınalmanın nəticələrini açıqlayıb.

Qeyd edək ki, Gəncə Dövlət Universiteti ötən il əsaslı təmir işlərinin, abadlıq işlərinin, cari təmir işlərinin satın alınmasına 150 min manatdan artıq vəsait və üç müqavilə bağlayıb. Universitetdəki məlumatlı şəxslərin sözlərinə görə burada işlər kosmetik xarakterli olub və heç əlli min manat xərclənməyib.

Həmçinin Gəncə Dövlət Universiteti tərfindən inventarların satınalınması üzrə bağlanmış 292.972,76 manat dəyərində, laboratoriya avadanlıqlarının satınalınması üzrə bağlanmış 130.390 manat dəyərində, dəftərxana və təsərrüfat mallarının satınalınması üzrə bağlanmış 178.000,29 manat dəyərində müqavilələrin qiymətlərinin süni şəkildə şişirdildiyi də ehtimal edilir.

Bunlarla yanaşı ötən il Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov özünə 117.300 manat dəyərində ili 2024, Mühərrik 2450-2550 kub sm hibrid, Ban növü sedan, Nuluxe derili oturacaqlar, Səs ilə idarə olunan,  Kruiz idarəçilik sistemli, Drive paketli “LEXUS” markalı avtomobil almağıda unutmayıb.

Elə buna görə də Universitetinin bir qrup müəllimi tərəfindən yazılmış məktubda da qeyd edilir ki, hal-hazırda rektor Yusif Yusibovun 5 prorektoru, 2 köməkçisi və 3 müşaviri var. Heç nazirlikdə bu qədər mənasız ştatlar yoxdur. Rektor isə açıq-aşkar təhsil naziri Emin Əmrullayevə meydan oxuyur.

Amma himayədarı Maliyyə Nazirliyinin Aparat rəhbəri olmuş qardaşı Cavanşir Yusifov artıq mart ayından tutduğu vəzifədən azad edilib. Bu o deməkditr ki,  Yusif Yusibovun Gəncə Dövlət Universitetindəki hegemonluğunun da vaxtı çatıb. Belə çıxır ki, rektor artıq son akkordlarını vurur.

Aktualinfo.org

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 İyul 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri