Yuventus Mottanı göndərməyə qərar verdi Əvəzləyicisi ilə 4 aylıq müqavilə razılaşdırıldı
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Yuventus" klubu Tiaqo Mottanı baş məşqçi vəzifəsindən azad etmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "Gazzetto dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, artıq Turin klubunu çalışdıracaq məşqçinin kimliyi də bəllidir.
"Qoca sinyora"nın yeni çalışdırıcısı "İnter", "Mançester Siti" və İtaliya millisinin sabiq çalışdırıcısı Roberto Mançini olacaq.
“Cenoa” ilə matç Motta üçün sonuncu oyun olacaq. Görüşün nəticəsindən asılı olmayaraq, mütəxəssis qovulacaq. Mançini ilə qısamüddətli müqavilə imzalanacaq. Təcrübəli məşqçi mövsümü Çempionlar Liqası zonasında başa vura bilsə, klub rəhbərliyi ona yeni tam müqavilə təklif edəcək.
Mançini 2024-cü ilin oktyabr ayının sonunda Səudiyyə Ərəbistanı millisindən qovulub.
"Yuventus" hazırda A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yeri tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Mart 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















