Yuventus onu göndərməyə hazırlaşır
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Yuventus"un niderlandlı yarımmüdafiəçisi Tyon Kopmeyners yay transfer pəncərəsində Turin klubundan ayrıla bilər.
QOL.az xəbər verir ki, "Corriere dello Sport" nəşrinin məlumatına görə, 28 yaşlı futbolçu İtaliya təmsilçisinin gələcək planlarında yer almayıb.Turin rəhbərliyi niderlandlı oyunçunu 30-35 milyon avro qarşılığında satmağa hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Kopmeyners 2024-cü ildə "Atalanta"dan "Yuventus"a 58 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt" portalı təcrübəli yarımmüdafiəçinin bazar dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.
Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir və o, cari mövsümdə meydana çıxdığı 39 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:137
Bu xəbər 25 Mart 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















