Yuventusun futbolçusu komandanı tərk edə bilər
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliya təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Duqlas Luis qış "transfer pəncərəsi"ndə komandanı tərk edə bilər.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, "qoca sinyora" 26 yaşlı futbolçunu icarəyə verməyi düşünür.
O, "ağ-qaralar"a cari mövsümün əvvəli İngiltərənin "Aston Villa" klubundan keçib. Bu transfer turinlilərə 51,5 milyon avroya başa gəlmişdi.
Qeyd edək ki, braziliyalı oyunçu cari mövsüm "Yuventus"un heyətində 13 oyunda meydana çıxıb və heç nə ilə yadda qalmayıb. Duqlas Luisin komandası ilə olan müqavilə müddəti 2029-cu ildə başa çatacaq.

Yuventusun futbolçusu İngiltərədə çıxış edə bilər
23 Yanvar 2025 14:56
Yuventusun futbolçusu mükafatlandırıldı
18 Dekabr 2024 13:10
Yuventusun futbolçusu Premyer Liqada oynaya bilər
06 Dekabr 2024 17:32
Yuventusun futbolçusu üçün mövsüm erkən bitdi
15 Noyabr 2024 13:53
Yuventusun oyunçusu ölkəsində ilin futbolçusu oldu
18 Dekabr 2024 17:22

