Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Paris, 5 oktyabr, AZƏRTAC
Fransanın Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb. Hücum nəticəsində region adından şəxsi məlumatlara icazəsiz girişin əldə edildiyi bildirilir. Məlumat sızmasının dəqiq miqyası isə hələ müəyyənləşdirilməyib.
AZƏRTAC xəbər verir ki, regionun iki xidmət təminatçısı – “Atexo” və “Docaposte” də kiberhücumun hədəfi olub. Nəticədə bu şirkətlər tərəfindən emal edilən şəxsi məlumatlara icazəsiz giriş mümkün olub.
İlkin araşdırmalar göstərib ki, sızmış ola biləcək məlumatlar arasında ad, soyad və elektron poçt ünvanları, həmçinin potensial olaraq, bank hesabı rekvizitləri və digər identifikasiya məlumatları yer alır.
Yuxarı Fransa regionu hazırda hadisənin neçə nəfərə təsir göstərdiyini dəqiq müəyyən edə bilmədiyini açıqlayıb. Digər məlumat kateqoriyalarına da giriş əldə edilib-edilmədiyi və ya onların çıxarıldığı barədə də hələlik dəqiq məlumat yoxdur.
Region kiberhücumdan təsirlənən platformaları bağladığını və potensial olaraq, zərər çəkmiş istifadəçiləri məlumatlandırmağa başladığını bildirib.
Həmçinin hadisə ilə bağlı səlahiyyətli orqanlara rəsmi şikayət ərizəsi təqdim edilib.
Fransanın kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “FrenchBreaches” platformasının məlumatına görə, internetdə bir istifadəçi hücuma görə məsuliyyəti üzərinə götürdüyünü və 700 mindən çox şəxsin şəxsi məlumatlarına sahib olduğunu iddia edib. Lakin bu rəqəm hələ təsdiqlənməyib.
İddia olunan məlumatların region tərəfindən göstərilən sosial yardımlarla əlaqəli olduğu bildirilir.
Yuxarı Fransa regionu hadisənin dəqiq miqyasını müəyyənləşdirmək və təsirə məruz qalan şəxsləri məlumatlandırmaq üçün araşdırmaları davam etdirdiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 05 Oktyabr 2026 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















