Icma.az
close
up
RU
Yuxarı tüpürürsən, bığdı, aşağı tüpürürsən, saqqal...

Yuxarı tüpürürsən, bığdı, aşağı tüpürürsən, saqqal...

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan yığması bəlkə də tarixində ilk dəfə belə çətin vəziyyətlə üzləşib, sözün həqiqi mənasında dalana dirənib.

Yox, mən bunu deyərkən, Fernando Santuş baş məşqçi postuna gələndən sonra qeydə alınan acınacaqlı nəticələri nəzərdə tutmuram. Yığma son 10 oyunun yalnız ikisində heç-heçə edib, səkkizində uduzub. Amma tarixdə bundan da betər seriyalar olub deyə, başqa məqamın üzərində dayanmaq istəyirəm.
Hə, son iki oyunla bağlı bəzi önəmli epizodları da qeyd etmək olar. Emin Mahmudovun dayaq yarımmüdafiəçisi mövqeyində debütündən (yeri gəlmişkən, macarların 2-ci qolu kapitanın kobud səhvinin nəticəsidi), Bəhlul Mustafazadənin və bütövlükdə müdafiə xəttinin səhvlərindən tutmuş Mahir Emrelinin Xəyal Əliyevlə əvəzlənərkən narazılığını gizlətməməsinə, Rza Cəfərovun son dəqiqələrdə qol ümidi ilə fədakarcasına irəli atılmasına qədər çox nöqtəyə toxuna, geninə-boluna müzakirə aça bilərik. Ancaq niyyətim, məqsədim, hədəfim başqadı...
Yığma son iki oyunda dağılıb-tökülmədi, eksperimental Latviyaya və yetərincə güclü Macarıstana qalib gələ bilməsə də, “qapazaltı uşaq” da olmadı. Bununla da acınacaqlı məğlubiyyətlər qeydə alınacağı təqdirdə portuqaliyalı mütəxəssisi göndərməklə bağlı planlar cızan AFFA-nın müəyyən mənada əli-qolu bağlandı. Mən “dalana dirəndik” deyərkən məhz elə bu məqamı vurğulamaq istəyirdim. Yəni yığma son iki qarşılaşmada elə parlaq oyun göstərmədi ki, biz sentyabrdakı seçmə oyunlarda xala, qələbəyə ümid edək. Amma digər tərəfdən, lap Santuş bu gün getsə də, yeni baş məşqçinin qalan üç ayda vəziyyəti düzəldə biləcəyi ilə bağlı heç bir müsbət zəmin yoxdu.
Bir sözlə, vəziyyət eynən sərlövhədə göstərdiyim kimidi. AFFA-nın indi seçmə turnirin və ilin sonuna qədər gözləməkdən başqa seçim imkanı yoxdu. Yığma isə sentyabr-noyabr aralığında Fransa, Ukrayna və İslandiya ilə bir-birindən çətin 6 oyun keçirməlidi.
Bütün bu dolaşıq düşüncələr fonunda bəlkə də yeganə işıqlı nöqtə var: futbol ictimaiyyətinin bütün təbəqələrinin ardından, nəhayət, futbolçular da anlamağa başlayıb ki, artıq burdan o yana yol yoxdu. Ya silkələnməli, nəticələri yaxşılaşdırmaq yolunda ciddi addımlar atmalıyıq, ya da Cəbəllütariq, Andorra, San Marino, Farer adaları kimi “cırtdan” yığmalardan gücümüzə görə fərqlənmədiyimizi etiraf etməliyik.
Milli komandanın maliyyələşdirilməsi, səfər oyunlarına ən yaxşı şərtlər altında yollanması, futbolçuların təminatı ilə bağlı heç bir problem yoxdu. AFFA nəinki əsas yığmaya, bütün yaş qruplarına yaxşı baxır, onlar üçün müntəzəm toplanışlar, yoxlama oyunları təşkil edir. Təəssüf ki, futbol qurumunun bütün bu cəhdləri nəticə vermir.
İnsafən, futbolçular da bütün ölkənin, azarkeşlərin əsəblərinin tarıma çəkildiyinin fərqindədilər. Hər oyuna son şans, azarkeşlərlə barışmaq imkanı kimi baxırlar. Alınmır ki alınmır. Açığı, sentyabra qədər vəziyyətin radikal şəkildə dəyişəcəyinə, yığmanın keyfiyyət dəyişikliyinə nail olacağına da inam qalmayıb. Guya üç ay ərzində onlarla azərbaycanlı futbolçu Avropaya – legioner həyatı yaşamağa yollanacaq? Ya bəlkə Misli premyer-liqasında oynamaqla yüksək səviyyəyə nail olacaqlar? Heç bir variantla bağlı xəyallar qurmağa dəyməz.
Ümumiyyətlə, futbol xəyallar yox, reallıqlar oyunudu. Reallıq isə acıdı və qorxuncdu. Heç bir yerli məşqçi bu gün çiynini Fransa ilə oyunun ağırlığının altına vermək istəməz. Və onları da anlamaq mümkündü. Santuşun qəddi isə son bir ildə heç vaxt olmadığı qədər əyilib. Sadəcə, qəhrəmanlığa və fədakarlığa ümid etməliyik. Bəzən bütün resurslar tükənəndə adamın “ikinci nəfəsi açılır”. 2025-in çətin payızında yığmamızın hər üzündən məhz belə qeyri-adi bacarıq gözləyirik.
HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 İyun 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri