Icma.az
close
up
RU
Yuxu Sənan İsmayılovun yeni hekayəsi

Yuxu Sənan İsmayılovun yeni hekayəsi

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az "Hekayə günü" layihəsindən Sənan İsmayılovun "Yuxu" adlı yeni hekayəsini təqdim edir.
Payızın ortalarıdır – xatirələr mövsümü... Göy üzünü buludlar bürüyüb, hərçənd ordan nadir hallarda bir damla yağış düşür. Amma ot yaşdır, deməli, gecə yağıb. O isə yağışın səsini belə xatırlamırdı.

– Bax indi belə havanı necə adlandırasan axı? Tutqun? – ata soruşdu.

– Əşşi nə fərqi var ki? – oğlan suala sualla cavab verdi və sözünə davam etdi: – Mənə elə gəlir ki, günəş artıq səmanın bağrını yarıb çıxmaq istəyir.

– Havanın necə olduğunu müəyyənləşdirmək çox vacibdir. Ən azından, onu qısaca təsvir etmək lazımdır. Heç olmasa, uçuş tarixçəsi üçün, – atası cavab verdi.

Oğlan bir az özündən çıxdı:

– Hava şəraitini qeyd etmək üçün bizim heç nəyimiz yoxdur axı. Heç vaxt da bunu eləməmişik. Yaxşısı budur, uçuş zolağı olmadan bu təyyarələrin necə havaya qalxacağı haqqında fikirləşək. Amm...

Oğlanın dili topuq vurdu. Sonra da o, çox astadan, sanki kiminsə eşidəcəyindən qorxurmuş kimi dedi:

– Əgər havaya qalxa bilsələr belə, uçuş zolağı olmadan onlar necə yerə enəcəklər? Əsas bax bu barədə düşünmək lazımdır.

Bağın ətrafına alçaq divar hörülmüşdü. Səliqəli daş hörgü illərin təsirindən qapqara qaralmışdı. Daşların arasını, çox böyük olmasa da, sıx kollar basmışdı. Onlar hələ də yamyaşıl idi.

Ata ilə oğul doqqazın qabağında dayanmışdılar. Əslində, qapının özü yox idi – sadəcə, yerindəki boşluq qalmışdı. Bu yerlərdə doqqazı dəmir millərdən hörür, ya da taxtadan düzəldirdilər. Yerə bir neçə taxta parçası atılıb qalmışdı. Ola bilsin ki, qapınınkı idi.

– Hansı uçuş zolağından danışırsan belə? Təyyarələr bu boşlıuqdan keçib havaya qalxacaq, eyni şəkildə də geri dönəcəklər də, – ata bu sözləri deyərkən yaş otun üstünə düşüb qalmış dörd alabəzək təyyarəni göstərdi.

– Onların necə də qəribə rəngləri var! Elə bil üstlərinə üz şəkli çəkilib... Hamısının da ifadəsi fərqlidir.

Sonra oğlana ala-bula təyyarəni göstərdi:

– Bu təyyarədən açıq hava yarışlarını yayımlayırlar.

– Nədir, zarafat edirsən?! Stadionda gedən oyunu çəksinlər deyə təyyarə heç vaxt havadan asılı qala bilməz, – oğlan bərk özündən çıxdı.

– Bəlkə də, haqlısan. Amma dəqiq bilirəm ki, o, idman yarışlarına xidmət etmək üçün nəzərdə tutulub. Ola bilsin, idmançıları müxtəlif şəhərlərə daşıyır, – ata dedi və oğlu cavabında başqa bir nöqsan tapmasın deyə tez üstündə dünya xəritəsi çəkilmiş başqa bir təyyarəni göstərdi: – Bəs bunun nə iş gördüyünü bilirsən?

– Əlbəttə. Ondan müxtəlif şəhərlərə və ölkələrə poçt daşımaq üçün istifadə edirlər. Bəs bu əcaib qarınlı təyyarə nədir belə? Elə bil ki, balinadır, özü də nəhəng bir yeşik udub.

– Onu meşə yanğınlarını söndürmək üçün düzəldiliblər. Qarnı da həmişə su ilə dolu olur.

– Mavi təpəli o təyyarə isə beynəlxalq səyahətlər üçündür. Bunu bilirəm. O biriləri ilə müqayisədə o mənim daha çox xoşuma gəlir. Elə istəyərdim ki, bu təyyarənin pilotu olub, onunla birlikdə bütün dünyanı dolaşım… Görəsən, ona minmək olar?

– Hə, düz deyirsən, o, həqiqətən də, uzun məsafəli səyahətlər üçün nəzərdə tutulub, – ata cavab verdi. – Amma bortunda sənə yer tapılacağını düşünmürəm. Axı o çox balacadır.

Elə bu an mühərriklərin səsi eşidildi. Ata xəfifcə gülümsədi. Həyəcandan, az qala, nəfəsi kəsiləcəkdi. İdman yarışlarına xidmət edən təyyarənin mühərriki yarış maşınlarının mühərriki kimi bərkdən guruldayırdı. Kişi təyyarələri diqqətlə nəzərdən keçirməyə fürsət tapmamışdı ki, onlar çətinlik çəkmədən maneələri aşmağa alışmış əməksevər, zirək quşlar kimi bir zamanlar qapı olan boşluqdan keçərək bir-birinin arxasınca sürətlə havaya qalxdılar.

– Hə, neyləmək olar ki? Geri dönmələrini gözləyəcəyik, – kişi hasardakı qapı boşluğuna baxa-baxa dalğın halda dilləndi. Sonra cönüb ətrafına göz gəzdirdiyi zaman oğlanın yanında olmadığını gördü. “Sən bir işə bax ha! Mavi təpəli təyyarəyə minib uçub, mənsə heç fərqinə belə varmamışam”, – o, həyəcanla düşündü.

Təyyarələrin geri qayıtmasını çox gözləmək lazım gəlmədi. Hamısından əvvəl yorulub əldən düşmüş poçt təyyarəsi qayıtdı. O, çətinliklə uçur, qanadları gah sola, gah da sağa əyilirdi. Hasardakı qapı yerindən birtəhər sivişib keçərək sərt şəkildə yaş torpağın üstünə endi.

Bir neçə dəqiqədən sonra idman yarışlarına xidmət edən ikinci təyyarə peyda oldu. Deyəsən, poçt təyyarəsi ilə müqayisədə onun gücü daha çox idi. Özü də qapı boşluğundan sürətlə keçmək fikrinə düşmüşdü.

Amma sol qanadı divara çırpıldı və daş qırıntıları hasardan qopub havaya uçuşdu. Təyyarənin qanadı salamat qalsa da, o özünü bir qədər itirdi. Görünür, diqqətsizliyindən utandığı üçün poçt təyyarəsindən bir az aralıda yerə endi.

Sonra üfüqdə yanğınsöndürən təyyarə peyda oldu. Aşağıdan baxdıqda onun qarnı, doğrudan da, nəhəng bir yeşiyə bənzəyirdi. Özü də sanki havası çatışmırmış kimi ağır-ağır uçurdu. Təyyarə divardakı qapı oyuğuna qədər özünü güclə yetirdi və düz onun qarşısındaca yerə endi. Deyəsən, qanadlarının divara toxuna biləcəyindən qorxmuşdu.

“Hə, nə demək olar? Düzgün qərardır. Onu sonra sürüyüb içəri apararıq”, – deyə kişi düşündü. O, böyük səbirsizliklə mavi təpəli təyyarəni gözləyirdi – axı oğlu onun içində olmalıydı.
Amma beynəlxalq səyahətlər üçün nəzərdə tutulan təyyarə gəlib çıxmadı. Aradan yarım saat keçdi… Sonra bir saat… Üç saat ötdü... Kişini fikir götürdü. Elə bu zaman bəm bir kişi səsi onu düşüncələrdən ayırdı:

– Ata, bəs anam haradadır?

Səs əvvəlcə kişini qorxutdu, amma sonra təəccübləndirdi. Doğma tembri tanıyan kişi bərk sevindi və fikirləşdi: “Bunu gözləməyə dəyərdi. Gör bir olmadığı müddət ərzində səsi necə dəyişib!”

Sonra kişi ətrafına boylansa da, heç kimi görmədi. Amma ürəyindəki sevinc hissi də ötüb keçmədi.

– Evdə olmalıdır. İndi gedib baxaram, – o, həyəcanlanmış halda, mavi təpəli təyyarənin gəlib çıxmasını gözləmədən sevincək evə girdi və arvadını axtara-axtara otaqları dolaşmağa başladı. Arvadı isə heç yerdə yox idi. Belə olduqda kişi qonaq otağının pəncərəsindən evin arxa həyətinə boylandı və arvadının orada olduğunu gördü.

Baş-başa vermiş sıx ağacların dibini saralmış yarpaqlar örtmüşdü. Əlində uzun çubuq tutmuş qadın rütubətdən bir-birinə yapışmış qalın yarpaq laylarını eşələyir və aradabir əyilərək əlinə nəsə götürür, eynəyinin altından baxaraq gözdən keçirir, sonra da bir kənara qoyurdu. Onun əynində yüngül, qısaqol bir don vardı. “Heç payıza uyğun geyinməyib... Vaxt keçdikcə əlindəki çubuq uzanır, eynəyinin şüşələri isə daha qalınlaşır. O elə uzun müddətdir axtarır ki... Elə bilir, oğlu mavi təpəli təyyarə ilə geri dönüb… və o təyyarə qalın yarpaq laylarının altına düşüb. Amma… Qayıtsaydı, mən mütləq görərdim… Gör bir nə vaxtdır qapı oyuğunun yanında gözləyirəm. Təyyarələrsə mütləq o oyuqdan keçib uçurlar”, – kişi düşündü.

Yaxınlıqda dayanmış balaca bir qızla oğlan qadını müşahidə edirdilər. Onlar sanki mane olmaqan qorxduqları üçün qımıldanmadan dayanmışdılar və qadının hərəkətlərini çaşqın baxışlarla izləyirdilər. Uşaqların yaxınlığında – otların üstündə üstünün boyası çoxdan qopmuş üç balaca təyyarə var idi.

Aradabir gördüyü işdən yorulan qadın ikiəlli çubuğun ucundan yapışaraq ağarmış başını uşaqlara tərəf çevirir, onlara baxıb yorğun-yorğun gülümsəyirdi. Qarşılığında isə hələ də çaşqın halda olan uşaqların üzündə də yüngül bir təbəssüm peyda olurdu.

“Mən axı bir səs eşitdim”, – ata ağlından keçirdi və məyus-məyus divardaqkı oyuğa yaxınlaşaraq bərkdən dedi:

– Anan hələ də mavi təpəli təyyarəni axtarır.

Сavab eşidilmədi.

***

Kişi arvadının anlaşılmaz halda, yuxulu-yuxulu deyinməsini eşidib güclə gözlərini aça bildi. Yatağından qalxaraq asta addımlarla nəvələrinin otağının yanından keçdi, elə gecə köynəyindəcə payız bağçasının sərin qaranlığına çıxdı. Bir zamanlar qapı asılan, amma bağça həmişə açıq qalsın deyə bir neçə il əvvəl özünün dartıb çıxardığı, yerindəsə, sadəcə, boşluq qalan divar dəliyinə doğru addımladı. “O yenə də işığı yandırmağı yaddan çıxarıb”, – deyə kişi ağlından keçirdi və elektrik açarını çıqqıldatdı.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür "Ulduz müharibələri"ndə dünya rekordu FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 İyul 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri