Icma.az
close
up
RU
Yüz faiz qalxan parkinq qiymətləri: Kimlərin əməlidir?

Yüz faiz qalxan parkinq qiymətləri: Kimlərin əməlidir?

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bakıda bir sıra mollarda parklanma qiyməti bahalaşıb. Özü də yüz faizlik artım qeydə alınıb. Hazırda molların parkinqində yeni parklanma qiymətləri belədir: 0-1 saat 2 AZN; 1-2 saat 3 AZN; 2-3 saat 6 AZN; 3 -5 saat 8 AZN; 5-7 saat 12 AZN; 7-24 saat 20 AZN. Yüz faizlik qiymət artımı mollara şəxsi avtomobilləri ilə gələn müştərilər, burada fəaliyyət göstərən sahibkarlar və digər işçilər tərəfindən narazılıqla qarşılanır.

Məsələyə münasibət bildirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında vurğulanıb ki, bu kimi iaşə obyektlərinin parklanma ərazisi mülkiyyətçiyə aiddir. Bu səbəbdən mollardakı parkinq zonasındakı qiymətlərə nəzarət mümkün deyil.

“Qiymət artımının iqtisadi əsası yoxdur”

İqtisadçı Altay İsmayılovun sözlərinə görə, qeyd olunan iaşə obyektlərinin yeraltı parklanmasında yüz faizlik qiymət artımının heç bir iqtisadi əsası yoxdur: “Hansı dəyişikliklər qeydə alınıb ki, onlar qiymətləri heç bir səbəb olmadan bu qədər yüksəltmək qərarı veriblər? Həmin yerlərin əməliyyat xərcləri artıb, yoxsa işçilərinin əməkhaqlarında artım olub, kommunal xidmətlərin qiyməti yüksəlibmi? Yaxud belə bir qiymət artımı üçün ölkədə yüz faizə yaxınlaşan inflyasiya olmalıdır ki, bunu kompensasiya etmək üçün bu addımı atmış olsunlar. Əhalinin gəlirlərində də ciddi artım müşahidə edilməlidir ki, qiymət artımını başa düşə bilək. Həmin obyektlər belə addım atdıqda, bunu əsaslandırmalıdırlar”.

İqtisadçı bildirdi ki, həmin obyektlər qiymət artımından öncə vətəndaşları məlumatlandırmalı idilər: “Artımı izah edib, əsaslandırmaq lazım idi. Belə etsəydilər məlum narazılıqlar da meydana gəlməzdi. Vətəndaşlar bilərdilər ki, bu obyektlər məcburiyyətdən bu addımı atmalı olublar”.

“Alternativlər mövcud deyil”

A.İsmayılovun fikrincə, bu qərar həmin obyektlərə gələn vətəndaşların sayına təsir edə bilər: “Ölkəmizdə bir çox iri marketlər mövcuddur. Hansı ki, əksəriyyətinin ətrafında, önündə parkinq yerləri var. Həmin ərazidə vətəndaşlar pulsuz şəkildə maşın saxlaya bilirlər. Pulsuz olmasının əsas səbəbi də vətəndaşları həmin obyektlərə daxil olmağa təşviq etməkdir. Mollarda da parkinqə daxil olan insanlar, istənilən halda oranın xidmətlərindən faydalanırlar. Yəni ya mağazalardan alış-veriş edirlər, yaxud restoranda əyləşir, əyləncə məkanlarında əylənirlər. Hər bir halda həmin obyektlərə fayda vermiş, gəlir gətirmiş olurlar. Həmin ödənişlərlə mollar xərclərini qarşılayır. Müştərilər nə qədər çox gələrsə, o qədər də kirayələnən yerlərin ödənişi artır”.

İqtisadçının sözlərinə görə, mollara gələn insanların maşınlarını saxlaması üçün elə çox alternativi də mövcud deyil: “Çünki yol kənarlarında salınan parkinq yerləri kifayət etmir. Haradasa uzaqda saxlayıb moldan alış-veriş etmək də vətəndaşa sərfəli deyil. Vətəndaş alış-veriş üçün həmin obyekti seçirsə, əvəzində onu rahatlığı üçün parkinqlə təmin etmək lazımdır. Bu şəkildə qiymət artımı ilə təmin edildikdə vətəndaşların büdcəsinə ciddi şəkildə təsir edir”.

A.İsmayılovun fikrincə, əlaqədar qurumların məsələyə müdaxilə etməsi mümkündür. Çünki bir çox hallarda süni qiymət artımı olduğu zaman qiymətlərə müdaxilə edə bilirlər.

“Fürsətdən istifadə edərək qiyməti qaldırırlar”

Nəqliyyat eksperti Adil Nəbiyev isə düşünür ki, mollar dövlət obyekti olmadığından istədikləri qiyməti tətbiq edə bilərlər: “Amma təbii ki, son zamanlar bir çox mollarda qiymətlərin bu cür süni şəkildə qaldırılması vətəndaşları narahat edir. Çox təəssüf ki, parkinq də həmin iaşə obyektlərinin şəxsi ərazisi hesab olunur. Görürlər ki, vətəndaşlar arasında da tələbat var, maşınlar çox gəlir, fürsətdən istifadə edərək qiymətləri qaldırırlar”.

A.Nəbiyevin fikrincə, qeyri-iş günləri, həmçinin bayram günlərində ödənişsiz parkinq tətbiqi vətəndaşlar üçün daha sərfəli olar: “Çünki qanunda da bayram günlərində güzəşt olunması qeyd olunub. Belə olarsa, vətəndaşlar arasında narazılıq az da olsa, səngiyər”.

“Vətəndaşın şikayət hüququ var”

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, qaydalar hər kəs üçün eyni olmalıdır: “Qaraj olmayan özəl parklanma yerləri də dövlətin parklanma ilə bağlı təyin etdiyi qaydalar çərçivəsində fəaliyyət göstərməlidirlər. Qiymətlər də dövlətə məxsus olan parklanma yerlərində tətbiq olunan qiymətlərdən dəfələrlə yüksək olmamalıdır. Həmçinin, qiymətlər vətəndaşlarımız üçün əlçatan həddə təyin edilməlidir. İstirahətə gələn insanların avtomobillərini gün boyu orada saxlamasına şərait yaradılmalıdır”.

E.Cəfərov bildirdi ki, qiymətlərin yüksək olmasından narazı vətəndaşların hüququ var ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etsinlər və şikayətlərini bildirsinlər. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyun 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see308

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see188

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see155

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see154

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see150

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see147

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see142

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see141

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see139

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see137

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see129

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see127

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see124

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri