Icma.az
close
up
RU
Yüz yaş Allah lütfüdür

Yüz yaş Allah lütfüdür

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məhbub xanımın 100 yaşı münasibətilə

Bəlkə, bu yazı səndən çox özümə, səni tanıyanlara, adını çəkəndə sənə “ana”, “nənə”,  “bibi”,  “ xala”, “bacı” deyənlərə daha çox həsr olunur. Çünki sən əvəz gözləmədən, mükafat ummadan ömrün zirvəsinə-100 yaşa çatanacan bizlərə həyatı şərəflə necə yaşamaq, başını necə dik tutmaq yolunu göstərmisən. Mən də bu bütöv əsrin yarıdan çoxuna səninlə divar-divara qonşum kimi, ağbirçəyim-bibim kimi, əmimin sevgili Məhbubu kimi şahidlik etmişəm.  İndi də vicdanımın səsinə qulaq asa-asa, yaddaşımı vərəqləyə-vərəqləyə birəsrlik ömrünün səhifələrini çevirməyə, gələcək nəsillərə ibrət dərsi verməyə layiq bir möhtəşəm xanım ömrünü tanıtmağa çalışacağam.

Yəqin Siz də görmüsünüz, dağın sərt yamacında özünə yer eləmiş bir daşı yerindən oynadanda adamın nəzərləri dərənin dibinə zillənir. Elə bilirsən ki, by sərt yamacdan qopub sürətini get-gedə artıran bu daşı heç bir qüvvə yolundan saxlaya bilməz. Ancaq qəflətən onun çırpıldığı başqa bir qaya parçasının təsiri ilə həmin daş gözləndiyindən çox-çox uzaqlarda dayanmalı olur. Müşahidə edən olubmu?

Bax insan taleyi də belədir. Məhbub xanımın 100 illik ömrünə işıq tuta-tuta dediklərimi əsaslandırmaq istəyirəm…

Hələ kiçik yaşlarından atası Cəfər kişinin gözünün ağı-qarası bircə qızı olan Məhbub uşaqlığın ən yaddaqalan, qayğısız, şıltaq günlərini Kəlbəcərin hər tərəfi yamyaşıl çəmənliklərlə əhatə olunmuş füsunkar Taxtabaşı kəndində keçirmişdir.Taxtabaşı kəndində əhalinin məskunlaşması, kompakt halda yaşaması kolxozlaşmadan sonraya təsadüf edir. Doğrudur, camaat buraya- yaylaq kimi lap çoxdan gəlib-gedirdi. Lakin zaman keçdikcə Xallanlı kəndindən köçənlərin sayəsində əhali ildən-ilə artmışdı. Belə ki, mal-qaranı, qoyun-quzunu Taxtabaşı adlanan yaylaqlarda bəsləmək üçün gələnlər buranın  çox əlverişli olduğunu gördükdən sonra burada yaşamağı qarara alırırdılar. Beləliklə, köçənlərin tədricən məskunlaşdığı kənd rahat yaşayış məntəqəsinə çevrilir, müvəqqəti gələn ailələr isə yurd salır, ev-eşik tikirdilər. Xallanlı kəndi faktiki olaraq iki yerə bölünməli olmuşdu. 

Məhbub xanımın babası Kərbəlayı Salman kəndin varlı-hallı kişilərindən olmuşdur. Sovet hökuməti qurulanda onun da xeyli mal-qarasını, sürülərini əlindən alıb kolxoza qatmışdılar. Ancaq deyilənə görə, minbir zillətlə qazandıqlarından övladları üçün az miqdarda olsa da, qır-qızıl saxlaya bilmişdi. 

Müdrik və sanballı kişi imiş. Erməni işğalına kimi  ağsaqqal-ağbirçəklər söhbətlərində Kərbəlayi Salmanın deyimlərindən məsəl  kimi istifadə edirdilər. 

Dövrün çətinlikləri ailəni müharibə illərində Ağdamda yaşamağa məcbur etmiş, Cəfər kişi beş nəfərlik ailəsi ilə bir müddət burada yaşamalı olmuşdu. Ancaq yay aylarında Taxtabaşıya gəlir, qar yağana kimi yaylaqda yaşayır, kənddə təsərrüfat işlərində çalışardı. Cəfər kişi də, həyat yoldaşı Şamama xanım  da elmə, savada hörmət qoyan adamlar idilər. Uşaqların yaxşı təhsil almasına çalışırdılar. Bu da öz müsbət nəticəsini vermişdi.  Böyük oğlu İbrahim müəllim ikiillik Müəllimlər İnstitutunu qurtarmışdı, müəllim işləyirdi. O biri qardaşları Rəşid və Xanış yaşca ondan kiçik idilər. O dövrdə qızların oxuması üçün məktəb və şərait yox idi, Ona görə də Məhbub  da kənddəki o biri qızlar kimi ibtidai təhsillə kifayətlənməli olmuşdu.

Bibimin dediklərindən: “Oxumağa şərait nə gəzirdi? Çətin dövr idi, uğağın əlindən bir iş görmək gələndə valideynlə bərabər çalışırdı. Fermaya gedirdik, sağıcılara kömək edirdik, kolxozçularla bərabər çöl işlərində çalışırdıq. Evdə olanda da qardaşlarıma baxırdım, ev işləri görürdüm. Heç bilirdim ki, gün necə axşam oldu…”.
Ömür-gün yoldaşı Məhəmməd müəllim Kəlbəcər məktəblərində- Tirkeşəvənd və Taxtabaşı kənd səkkizillik məktəblərində və Başlıbeldə kənd orta məktəbində direktor, Başlıbel kənd sovetində sədr vəzifələrində işlədiyi üçün ailə təsərrüfatının əksər qayğıları da Məhbub xanımın üzərinə düşürdü. Hələ Məhəmməd müəllimin çoxsaylı qonaqlarına tədarük görmək…Bir sözlə, qayğısı başından aşan kənd qadını…

Mal-qara, qoyun-quzu, yun daramaq, xalça-palaz toxumaq…İndi, illər sonra bu qədər çoxşaxəli işləri fədakarlıqla yerinə yetirmiş bütün o nəsil qadınlara heyranlığımı gizlədə bilmirəm, Məhbub xanıma cansağlığı, vəfat edənlərə Allahdan rəhmət diləyirəm! 

Məhbubun gözəllər çeşməsindən su içən çağlarında onu o zaman Laçındak müəllimlər hazırlayan ikiillik məktəbi qurtarıb müəllim işləyən gənc Şahbəndəyev Məhəmməd Hüseyn oğlu görür. Ailələrin razılığı ilə evlənirlər və 1993-cü ildə mənfur ermənilərin işğalınacan Başlıbeldə yaşayırlar. 

Əslən kürd qızıdır Məhbub xanım. Anası Şamama xanım Başlıbelə gələndə hərdən öz dillərində danışıb-gülüşərdilər. Ancaq “yad” gəlin olsa da, Başlıbel kəndində ona hörmət etməyən, xətrini doğma ana-bacıları kimi istəməyən bir nəfər də tapa bilməzdin. İndi də istiqanlılığı, xeyirxahlığı, insansevərliyi sayəsində Başlıbellilər arasında böyük hörmət-izzət sahibidir.Yeganə qızı Həqiqətlə onu çoxları ana-bala deyil, bacı sayır. 

Maşallah olsun, çox qıvraqdır: Yüz yaşı olmasına baxmayaraq, yenə nəvə-nəticələrinə qayğı göstərir, xırda -para işlər görür…

Yadımdadır, Başlıbeldəki evlərimizi yalnız divarlar ayırırdı. Ailələrimizin kənddə bir-biri ilə ən mehriban iki qardaşın ailəsi kimi hörmət qazanmasında  rəhmətlik anamla yanaşı, Məhbub xanımın da payı var. Rəhmətlik anamla (Məhlədə hamı ona “Güllü bacı” deyirdi), eltisi Zeynəb bibimlə həmişə çox mehriban dolanardılar. Qonşularımız Firuzə, Xeyransa, Salatın, Sənəm, Tavat, Bənövşə…(biz onların hamısına “xala”,-deyə müraciət edərdik) o qədər mehriban idilər ki, adam indi bu münasibətin həsrətini çəkir. Xüsusilə xeyir-şərdə bu mehribanlıq və birlik çox qabarıq görünərdi.

Çox şən, kənddə deyildiyi kimi, aynaq-oynaq təbiətli Məhbub xanımla tay-tuşları, indi kəndin ağbirçəyi olan Bagdat xala, rəhmətlik Qızbəs xala bir yerdə olanda məclisdəki çoşğu, səmimiyyət hamıda xoş ovqat yaradırdı. Necə deyərlər, Allahın “uşaqla uşaq, böyüklə böyük” kamil münasibəti Məhbub xanımda cəm olunmuşdu.
Məhbub xanım hazırda Bərdə rayonunun Qaraqoyunlu kəndində yaşayır. 100 yaşın fərəhini çoxsaylı ailədə kürəkəni Əhəd müəllim və Həqiqət xanım, nəvələri Saməddin və Nizaməddin müəllim,  gəlinləri Tamella və Ziyafət müəllim, nəticələri ilə bir evdə - çox mehriban bir şəraitdə qarşılayır… Kəlbəcərin erməni işğalından azad olunmasından sonra Başlıbeli iki il yay aylarında ziyarət etmək də nəsibi olub.

Məhbub xanımın dediklərindən: “Torpaqlarımızı ermənilərin tapdağından azad edən qəhrəman ordumuz, Ali Baş Komandan sağ olsunlar. Allah şəhidlərimizə rəhmət eləsin!

Öz nəticəm Elsevər də daxil olmaqla bütün qazilərə can sağlığı arzulaylram!

Başlıbeldə quruculuğun tez başlanmasını, ömrümün qalan hissəsini doğma yurdlarımızda başa vurmağı Allahdan arzu edirəm!”.

Allah ağzından eşitsin, Məhbub nənə!

100 yaş Allahın lütfüdür.

Biz də 100 yaş münasibətilə Sizi təbrik edir və möhkəm cansağlığı arzu edirik!

Övladlıq borcu ilə:
Hüseyn Şahbəndəyev, 
Əməkdar müəllim.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 İyul 2026 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see366

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see255

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see205

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see203

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see197

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see183

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see173

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see173

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see172

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see170

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see168

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see166

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see165

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see165

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see164

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see163

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see163

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see157

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see156

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri