Icma.az
close
up
RU
Zabrat yollarından ŞİKAYƏT: Maşınlar küçəyə girməkdən imtina edirlər

Zabrat yollarından ŞİKAYƏT: Maşınlar küçəyə girməkdən imtina edirlər

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan sakinlər yolların keçilməz vəziyyətdə olmasından şikayətçi olublar.

Bununla bağlı Oxu.Az-a müraciət daxil olub.

Qeyd edilib ki, qəsəbə ərazisində olan 307 nömrəli məktəbə gedən, "Dağüstü" deyilən ərazidə, yolların vəziyyəti çox acınacaqlıdır.

Zabrat yollarından ŞİKAYƏT: "Maşınlar küçəyə girməkdən imtina edirlər"

"Uşaqları məktəbə apara bilmirik. Məhəlləmizə gələn iki yol var, hər ikisi də bir-birindən betər vəziyyətdə.

Yağıntı olanda bu yollarla hərəkət olduqca çətin olur. Axar sular hamısı yığılır küçəyə. Maşınlar belə bu küçəyə girməkdən imtina edirlər, çünki o qədər çala-çuxur var ki, maşın dağılır. Bu ərazidə bu qədər sakin yaşayır, amma yollara bir əncam edən yoxdur.

Bundan əlavə, qəsəbə ərazisində sahibsiz itlər də ciddi problem yaradır. Xüsusən günün qaranlıq saatlarında rahat hərəkət etmək mümkün deyil", - deyə müraciətdə bildirilib.

Sabunçu Rayon İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirilib.

"Zabrat qəsəbəsinin Aşıq Ələsgər və Murad Mirzəyev küçələrində yolların təmir edilməsi ilə bağlı sakinlərin müraciətinə əsasən bildiririk ki, Aşıq Ələsgər küçəsində ötən ilin yay aylarında su xəttinin çəkilməsi ilə əlaqədar yolun kənarında qazıntı işləri aparılıb, sonradan həmin hissədə asfalt örtüyü bərpa edilib. Murad Mirzəyev küçəsində isə, ümumiyyətlə, asfalt örtüyü olmayıb.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, qəsəbədaxili yolların asfaltlanması aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Dövlət İnvestisiya Proqramları çərçivəsində həyata keçirilir. Murad Mirzəyev və Aşıq Ələsgər küçələrində də yolların asfaltlanması ilə bağlı tədbirlərin Dövlət İnvestisiya Proqramına əlavə edilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Eyni zamanda, sakinlərin sahibsiz heyvanlarla bağlı şikayətinə əsasən, icra hakimiyyəti tərəfindən Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə məlumat verilib", - deyə məlumatda qeyd olunub.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Oktyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri