Zakir Həsənov Şuşada Yaşar Gülerlə görüşdü Fotolar
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilən görüş zamanı iki ölkə arasında mövcud olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin hərbi sahə də daxil olmaqla, bütün istiqamətlərdə dinamik inkişaf etdiyi qeyd olunub.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın miqyasının genişləndirilməsinin dövlət rəhbərlərinin daimi nəzarətində olduğu xüsusilə diqqətə çatdırılıb.
Müdafiə nazirləri hərbi qulluqçularımızın iştirakı ilə keçirilən "Birliyin Gücü-2026” birgə hərbi təliminin və bu cür görüşlərin əhəmiyyətini vurğulayaraq, tərəfdaşlığımızın gələcəkdə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliklərini bildiriblər.
İkitərəfli görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq məsələləri, eləcə də regional təhlükəsizlik və bölgədə dayanıqlı sülhün təmin olunması yolları müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 02 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















