Icma.az
close
up
RU
Zakir Həsənov Türkiyə nümayəndə heyətini məlumatlandırıb

Zakir Həsənov Türkiyə nümayəndə heyətini məlumatlandırıb

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb. Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən nazir hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişaf etməsinin qürurverici məqam olduğunu bildirib.

Göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Z.C.Kadıoğlu ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Son zamanlar dünyada baş verən münaqişələrin, müasir döyüş üsullarının birgə təhlil olunması və öyrənilməsinin zəruriliyinin xüsusi vurğulandığı görüşdə, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

15 ildir ki, davam edən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının müsbət nəticələrindən danışılıb.
Sonra Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb. Baş Qərargahda keçirilən görüşlər zamanı hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin, qoşunların uyarlılığının təmin olunmasının vacibliyi qeyd edilib.

Səfər çərçivəsində türkiyəli nümayəndələr Hərbi Hava Qüvvələrində olub. Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə rəsmi qarşılanma mərasimindən sonra qonaqlarla görüşüb.

Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, peşəkar kadr hazırlığı məqsədilə hərbi təhsil sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb, eləcə də birgə hərbi əlaqələrin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb.

Türkiyəli nümayəndə heyətinə Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində görülən işlər barədə ətraflı məlumatlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri