Icma.az
close
up
RU
Zakir Nuriyev: TDT ölkələrinin bank sektorlarının ümumi aktivlərinin həcmi 15 faizdən çox artıb

Zakir Nuriyev: TDT ölkələrinin bank sektorlarının ümumi aktivlərinin həcmi 15 faizdən çox artıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

Ötən il qlobal ticarətin həcmi 33 trilyon dollara yüksəlib, artımın üçdə ikisi xidmət ixracındakı 7 faizlik sıçrayışın payına düşüb. Lakin proqnozlara görə, 2025-ci ildə qlobal ÜDM artımı 2,3 faizədək yavaşlaya və yeni risklər yarada bilər. Bu isə regional çeviklik və qarşılıqlı dəstək kimi üstünlükləri daha da aktuallaşdırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev II Türk Ticarət Sərgisində çıxışı zamanı deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) üzv və müşahidəçi dövlətləri — Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Şimali Kipr Türk Respublikasında ümumilikdə 178,8 milyon nəfər əhali var və 2,1 trilyon dollar nominal ÜDM formalaşdırır.

“Bununla birlikdə, ümumi xarici ticarət dövriyyəsi 1,18 trilyon dollar həcmindədir. Bu göstəricilər qlobal ÜDM-də 1,8 faiz, dünya ticarətində isə 3,5 faiz pay deməkdir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, 2024-cü ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) ilə daşınan yüklər 4,5 milyon ton olub, əvvəlki ilə nisbətən 62 faiz artım göstərib: “Bu, Avropa-Asiya ticarətində tranzit müddətini 13 günə qədər azaldır və Süveyş marşrutuna ciddi rəqabət yaradır. Eyni zamanda, Trans-Xəzər qaz kəməri üzrə xərclərin optimallaşdırılması maya dəyərini potensial olaraq 40 faiz aşağı salır, bu isə banklarımız üçün layihə maliyyələşdirməsində uzunmüddətli alətlərə tələbi artırır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Şimali Kipr Türk Respublikasının Banklar Assosiasiyaları olaraq, 2022-ci ildə qurulan Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası çərçivəsində sıx və səmərəli fəaliyyət həyata keçiririk. Bank sektorlarımızın ümumi aktivlərinin həcmi 1 trilyon 364 milyard dollara yüksəlib ki, bu da əvvəlki ilə nisbətən 15,1 faiz artım deməkdir”.

Gələcək planlardan bəhs edən Z.Nuriyev qeyd edib ki, şura bu fəaliyyətin davam etdirilməsini, eləcə də yeni tərəfdaşlarla Türk dünyası arasındakı iqtisadi və maliyyə əlaqələrinin daha da dərinləşdirilməsinə töhfə verəcək addımları hədəf alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri