Icma.az
close
up
RU
Zakir Sadatlı nağılı...

Zakir Sadatlı nağılı...

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Nağıl şifahi xalq ədəbiyyatının epik növünün gözəl bir janırıdır. İnsanı tərbiyələndirir, yol göstərir, başa salır. Nağıllar da iki cür olurlar- xalq nağılları və müəllif nağılları. Və hamısı da “biri vardı, biri yox”la başlayıb, “göydən üç alma düşdü” ilə qurtarır. Bu dəfə sizə bir insan haqqında nağıl danışmaq istəyirəm. Biri vardı, biri yox...
Onu cəmi bir dəfə görmüşdüm. AzTv-nin sədr müavini mərhum Vaqif Ağayevin yas mərasimində. Üstündən iki ildən bir az çox vaxt keçirdi ki, özünün də ölüm xəbəri yayıldı. Zakir Sadatlını deyirəm. Sağlığında uzun müddət AzTv-də çalışıb. “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasının redaktoru, böyük redaktoru idi. Sonralar Azərbaycan Radiosunun “Gənclik və idman” redaksiyasında baş redaktor müavini vəzifəsində işləyib...
Deyirdi ki,- “İmzalar və kitablar tünlüyündə adamlara bir az mərhəmət göstərmək lazımdır”...
Çox alicənab, necə deyərlər, istiqanlı adam idi:-“Rəssam gəmi şəkli çəkirsə, bu o demək deyil ki, o, okeanın o tayına üzüb getmək istəyir. Yazıçı da əsərini müsabiqə və mükafat müstəvisində qurmur. Onun bir borcu var: Yaxşı yazmaq! Yazdıqlarının sonradan ona gətirəcəyi divident artıq taleyin işidir. Böyük sənət əsərləri və sənətkarlar olub ki, tale onlarla hüdudsuz ölçüdə sərt və amansız davranıb. Bəzən də əksinə olub. Taleyin nə qəddarlığı, nə də həlimliyi bizimçün izah olunan deyil. Bir şeyi yadda saxlamaq lazımdır – müsabiqələr, mülahizələr, mükafatlar və başqa “…lar”lar və ”…lər”lər zamanın bir köks ötürməyi qədərdir. Hər şey çıxıb gedəcək və gedəndə bizim qazandıqlarımızı da öz yükünə qatıb aparacaq. Yeganə təsəlli budur ki, ümidlərimizi və sevgilərimizi bağladığımız yaradıcılıq Yer üzündə bir ləpir kimi qalacaq.”- söyləyirdi.
Və özü də sonda Azərbaycan jurnalistikasında bir ləpir kimi qaldı. Zakir Sadatlı 15 may 1961-ci ildə Cəlilabad rayonunun Sadatlı kəndində dünyaya gəlmişdi. 1983-cü ildən ədəbi-bədii yazıları ilə respublika mətbuatında çıxış edib. İlk mətbu şeirləri -“Karvan”, “Kamillik məsafəsi”, “Dəşti” Cəlilabad rayon qəzeti “Yeni gün”də dərc edilib. Dövri mətbuatda şeir və onlarla publisitik məqalələri vaxtaşırı çap olunub. 2008-ci ildə Zakir Sadatlının “Salam, baça” hekayəsi Mahmud Kaşğarinin doğumunun 1000 illiyi çərçivəsində YUNESKO-nun 24 türkdilli ölkənin yazarı arasında keçirdiyi ədəbiyyat müsabiqəsində 1574 əsər içində üç qalibdən biri olub. Əsər Azərbaycan üzrə 1-ci, Türk dünyası üzrə 3-cü yeri tutmuşdu. Bu əsər alman, ərəb, qazax, rus, tatar, türk dillərinə tərcümə edilərək nəşr edilmiş, Azərbaycanda isə 2012-ci ildə nəşr olunan “İraq olsun” sənədli povestinin tərkibində nəşr edilərək, oxuculara təqdim edilib. Ondan bizə “Əfqanıstan uçurumu” xatirə romanı, “İraq olsun” sənədli povesti, “Salam, baça” hekayəsi və başqa dəyərli əsərləri yadigar qalıb...
Zakir Sadatli Azərbaycan Xalq Cümhuriyyəti dövrünün görkəmli araçdırmaçı-tədqiqatçılarından olmaqla yanaşı, Cümhuriyyət dövrü fədailərindən bəhs edən onlarla tədqiqat-məqalənin müəllifi olub. O, həm də Azərbaycan Cümhuriyyəti fədailərindən biri olan, ömrüboyu mühacirətdə yaşayan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı tarixi memuarını Türkiyə türkcəsindən Azərbaycan dilinə çevirərək çap etdirib. Bu tarixi əsər o vaxt Azərbaycan və Türkiyədə böyük əks-səda doğurdu. Və yenidən Türkiyə türkcəsinə çevrilərək təkrar nəşr olundu. Zakir Sadatlı həmçinin mərhum Xanlar Bayramovla birlikdə yazılan “Onu Gəncə böyütmüşdür” kitabının həmmüəllifidir. Əsər görkəmli ictimi-siyasi xadim Tofiq Bağırovun həyat və ictimai-siyasi fəaliyyətindən bəhs edir. Şeir də yazırdı. Onun şeirləri respublika mətbuatında, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Füyuzat” jurnallarında, eləcə də Türkiyədə nəşr olunan “Kardeş qələmlər”, “Türk ocağı”, İraqda “Kardeşlik” dərgilərində, “Hürriyyət” qəzetində işıq üzü görüb. Əsərləri rus, türk, ərəb, alman və tatar dillərinə tərcümə olunaraq dünyanın bir çox ölkəsində nəşr edilib...
Zakir Sadatlı 2013-cü ilin fevral ayının 5-də 51 yaşında ikən vəfat edib. Məzarı Cəlilalabad rayonunun Sadatlı kəndindədir. Vəfatından sonra- 2015-ci ildə isə Zakir Sadatlının şeirlərindən ibarət “Mən varam dünyada” adlı şeirlər kitabı nəşr olunub…
…Yaşasaydı, mayın 15-də Zakir Sadatlının 65 yaşı tamam olacaqdı.
Göydən üç alma düşdü. Biri sənin, biri mənim, biri də heç kimin...
Bəli, nə vaxtsa Əfqanstan döyüşlərində iştirak edən, ölkənin ədəbi mühitində yaxşı tanınan Zakir Sadatlı da artıq bir nağılın qəhrəmanıdır. Söylədim ki, ruhu şad olsun və ruhuna rəhmətlər dilənilsin…

Dərin hüznlə, Elman Eldaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 May 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri