Icma.az
close
up
RU
Zal nəzarətçisi işləmək istəyənlərin NƏZƏRİNƏ

Zal nəzarətçisi işləmək istəyənlərin NƏZƏRİNƏ

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərin təlimlər mərhələsi başa çatıb və yekun test imtahanı mərhələsinə başlanılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərdən müraciətini təsdiq edən 2650 nəfərdən 2259-u müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2086 namizəddən 1709 nəfəri məqbul alaraq növbəti mərhələyə buraxılıb, 185 nəfər qeyri-məqbulla qiymətləndirilib, 192 nəfər isə bu mərhələdə iştirak etməyib. İlkin test imtahanı mərhələsi üçün vaxt seçimi edən 1597 namizəddən 1228 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 347 nəfər qeyri-məqbulla qiymətləndirilib, 22 nəfər isə bu mərhələdə iştirak etməyib. Təlimlər mərhələsi üçün qeydiyyatdan keçən 1208 namizəddən 1204 nəfər bu mərhələdə iştirak edib.

Təlimlər yekunlaşdıqdan sonra namizədlərin imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına qeydiyyatla bağlı bildiriş mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq test imtahanının tarixini və saatını seçir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur. Təlimlər mərhələsində iştirak edən 1204 namizəddən indiyə qədər 1079 nəfər imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanı üçün vaxt seçimi edib.

Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellektual səviyyəni yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40 faizi ilə imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanından topladığı balın 60 faizi toplanır.

Yekunda 60 faiz və daha çox nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:

- 90 faiz və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;

- 60-90 faiz intervalında nəticə göstərdikdə - B kateqoriyası;

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə DİM-in saytından tanış ola bilərsiniz.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri