Zal nəzarətçisi sertifikatı üçün 2326 nəfər müraciət edib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 24 sentyabr, AZƏRTAC
Zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, hazırda 2326 nəfər zal nəzarətçisi sertifikatı əldə etmək üçün elektron müraciət edib. İndiyədək 1224 namizədin müraciəti təsdiqlənib. Müraciəti təsdiq edilən namizədlər üçün müsahibə mərhələsi oktyabrın 1-dən başlanacaq. Namizədlər sistem vasitəsilə onlara təqdim edilən vaxtlardan özlərinə uyğun olan müsahibə vaxtını seçməlidirlər.
Xatırladaq ki, namizədlərə zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesinin hər bir mərhələsində yalnız bir dəfə iştirak etmək hüququ verilir. Müsahibədən keçən namizədlər müəyyən edilmiş vaxtda ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanı mərhələsinə dəvət edilirlər. Namizədin təhsil haqqında sənədləri və dövlət qulluğu sertifikatı DİM-in elektron bazası əsasında yoxlanılır. Müsahibələr DİM-in inzibati binasında və regional bölmə mərkəzlərində Mərkəzin məsul əməkdaşları tərəfindən aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 24 Sentyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















