Icma.az
close
up
RU
DİM zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün yekun imtahanlara başlayır

DİM zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün yekun imtahanlara başlayır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə təlimlər mərhələsi yekunlaşıb və yekun test imtahanı mərhələsinə başlanılır.

Dövlət İmtahan Mərkəzindən XQ-yə bildirilib ki, 2935 nəfər öz müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsi üçün vaxt seçimi edən 2000 namizəddən 1585 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb. 180 nəfər qeyri-məqbulla qiymətləndirilib, 235 nəfər isə bu mərhələdə iştirak etməyib. İlkin test imtahanı mərhələsi üçün vaxt seçimi edən 1491 namizəddən 1180 nəfər məqbul alaraq növbəti mərhələyə buraxılıb, 295 nəfər qeyri-məqbulla qiymətləndirilib, 16 nəfər isə bu mərhələdə iştirak etməyib. Təlimlər mərhələsi üçün qeydiyyatdan keçən 1157 namizəddən 1154 nəfər bu mərhələdə iştirak edib.

Təlimlər yekunlaşdıqdan sonra namizədlərin imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına qeydiyyatla bağlı bildiriş mobil telefonuna və elektron poçt ünvanına göndərilir. Namizəd elektron anketinə daxil olaraq yekun test imtahanı üçün qeydiyyatdan keçir. Bu imtahandan ən az 60 faiz müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur. Təlimlər mərhələsində iştirak edən 1154 namizəddən indiyə qədər 1105 nəfər imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanı üçün vaxt seçimi edib.

Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellektual səviyyəni yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanından topladığı balın 60 faizi toplanır. Yekunda 60 faiz və daha çox nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:

- 90 faiz və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;

- 60 faiz - 90 faiz intervalında nəticə göstərdikdə - B kateqoriyası.

Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri