DİM zal nəzarətçisi sertifikatı üçün yekun imtahanlara start verir
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlərlə təlim mərhələsi yekunlaşıb və hazırda yekun test imtahanına başlanılır.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Doğru.az”-a bildirilib ki, 2935 nəfər müraciətini təsdiq edib və tələblərə cavab verən 2236 nəfər müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsində vaxt seçimi edən 2000 namizədin 1585-i məqbul qiymətləndirilib, 180 nəfər qeyri-məqbulla, 235 nəfər isə iştirak etməyib. İlkin test imtahanı üçün vaxt seçimi edən 1491 namizəddən 1180-i növbəti mərhələyə keçib, 295 nəfər qeyri-məqbul, 16 nəfər iştirak etməyib. Təlimlər mərhələsi üçün qeydiyyatdan keçən 1157 namizəddən 1154 nəfər təlimdə iştirak edib.
Təlimlər bitdikdən sonra namizədlər imtahanın texnologiyası və prosedur qaydaları üzrə test imtahanına qeydiyyatdan keçirlər. Bu imtahandan ən az 60 faiz nəticə göstərən namizədlər məqbul hesab olunur. Təlimlərdə iştirak edən 1154 namizəddən 1105 nəfər yekun test imtahanı üçün vaxt seçib.
Namizədin yekun qiyməti ümumi intellektual səviyyəni yoxlayan testlərdən alınan balın 40 faizi və imtahan texnologiyası üzrə testdən toplanan balın 60 faizi toplanmaqla müəyyən olunur. Yekunda 60 faiz və daha çox nəticə göstərən namizədlər sertifikatla təltif olunur:
90 faiz və yuxarı – A kateqoriyası
60–90 faiz – B kateqoriyası
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 08 Yanvar 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















