Icma.az
close
up
RU
Zal Yusifovun oğlunun işində zərərçəkən DANIŞDI: Obyektimi 850 minə satdı

Zal Yusifovun oğlunun işində zərərçəkən DANIŞDI: Obyektimi 850 minə satdı

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkənlərin ifadəsi ilə davam edib.

Zərərçəkən Rəfael Həsənovun anket məlumatları dəqiqləşdiriləndə onun əvvəllər Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə məhkum olduğunu və 2 il cəza çəkdiyini aydın olub. R. Həsənov ifadəsində məbləğin İlham Abbasova verildiyini, İslam Yusifovu tanımadığını bildirib:

"Pulu verəndə Yusifov orada olub, onu belə tanıdım. İlham deyirdi ki, onun dövlət qurumunda tanışları var, oğlum Həsəni ora işə düzəldəcək. Oğlum Moskvada hüquqşünaslıq üzrə təhsil alıb. İlhama etibar etməyimin səbəbi onunla əvvəl iş görməyim və onun bir neçə il qabaq bizə Gənclik ətrafında ev satması olub. Kimin vasitəsilə işə düzəldəcək, heç vaxt ad çəkməmişdi.

Mən Rusiyada olanda oğlum Həsəndən eşitdim ki, İslam adlı oğlan var, bizə köməklik edəcək. İlham dedi ki, pulu düzəldin. Məndən 360 min manat pul istədi. 85000 - 90000 manatım çatmırdı. Dedi ki, 350 000 kömək edən vəzifəli şəxsə çatacaq, 10000 də mənə qalacaq. Obyektin satılmasımı İlhama etibar etdim. Obyekti İlham 850 000-ə satıb. Obyektin satışından banka ödəyəndən sonra özümə 90 000 qaldı".

Təqsirləndirilən İlham Abbasov isə zərərçəkənə etiraz edib:

 "Birinci obyektlə bağlı müraciət edib. Satmaq üçün saytlara qoyduq, obyekti İslamla 850 000-ə satmışıq. Obyektin banka 690 000 manat borcu vardı. İslamın xahişinə əsasən mən bu işə qoşulmuşam. Şikayətçiyəm, pulumu istəyirəm".

Növbəti məhkəmə 6 marta təyin olunub.

Xatırladaq ki, ittihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.

Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib.  Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər. 

Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Fevral 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri