Icma.az
close
up
RU
Qubada müasir meyvəçilik və tingçilik üzrə təlim proqramına başlanılıb

Qubada müasir meyvəçilik və tingçilik üzrə təlim proqramına başlanılıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Aqrar Təlim Mərkəzi tərəfindən Quba rayonunda beynəlxalq təcrübəyə əsaslanan “Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı” mövzusunda təlim proqramına başlanılıb.

Proqramın əsas məqsədi meyvəçilik və tingçilik sahələrində müasir texnologiyaların tətbiqini genişləndirmək, beynəlxalq təcrübəni yerli mütəxəssis və fermerlər arasında yaymaq, sertifikatlı ting istehsalını təşviq etmək və intensiv bağçılığın inkişafına dəstək göstərməkdir.

AXA-nın sədri Sərdar Hacıyev müasir bağçılığın inkişafında keyfiyyətli və sertifikatlı ting istehsalının, düzgün sort və calaqaltı seçiminin, eləcə də elmi yanaşmaların istehsalata tətbiqinin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda tingçilik sahəsinin inkişafı, keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və aqrar innovasiyaların təşviqi əsas prioritetlər kimi müəyyən edilib. O, müasir bağçılığın davamlı inkişafı üçün dövlət qurumları, elmi müəssisələr, özəl sektor və fermerlər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

XQ xəbər verir ki, tədbirdə çıxış edənlər aqrar sektorun ölkə iqtisadiyyatında strateji əhəmiyyətindən və regionların sosial-iqtisadi inkişafında kənd təsərrüfatının rolundan bəhs ediblər. Quba rayonunun əlverişli təbii-iqlim şəraiti, zəngin meyvəçilik ənənələri və aqrar istehsal potensialının bu sahənin inkişafı üçün geniş imkanlar yaratdığı vurğulanıb. Həmçinin, mövcud potensialın daha səmərəli reallaşdırılması üçün müasir bağçılıq texnologiyalarının tətbiqinin, sağlam və sertifikatlı tinglərdən istifadənin genişləndirilməsinin, eləcə də meyvə istehsalında məhsuldarlıq və keyfiyyətin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Proqram çərçivəsində müasir meyvə tingliklərinin yaradılması, sertifikatlı ting istehsalı, sağlam və məhsuldar bağların salınması, eləcə də meyvəçiliyin inkişafında calaqaltı-sort kombinasiyalarının rolu mövzularında nəzəri və praktiki sessiyalar keçirilib.

Üç gün davam edəcək tədbir çərçivəsində əldə olunan bilik və təcrübənin daha geniş auditoriyaya çatdırılması, eləcə də iştirakçıların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqramın sonunda iştirakçılar Xaçmaz rayonunda yerləşən nümunəvi tingçilik təsərrüfatında praktiki məşğələlərə cəlb olunacaqlar. Bu yanaşma nəzəri biliklərin praktikada tətbiqinə və iştirakçıların peşəkar bacarıqlarının artırılmasına xidmət edir.

M.MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Noyabr 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri