Icma.az
close
up
RU
Menu

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Zalım, yoxsa ədalətli?

Zalım, yoxsa ədalətli?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sizə təzadlı şəxsiyyətdən və şahdan danışan kitab təqdim edildiyini təsəvvür edin. Bu şah düşmənlərinə qarşı sərt və amansız, sadə insanlara qarşı isə rəhmli və ədalətlidir. Ölkəsinin azadlığı uğrunda dəridən-qabıqdan çıxır, dini ayrı-seçkiliyə qarşıdır, amma oğlunun gözlərini kor edir. Onun psixoloji və tarixi portretinə Eyvaz Zeynalovun qələmindən nəzər yetirsək, oxusaq və təhlil etsək, qarşımızda əhatəli və geniş romanı görərik. Əsas obraz olan Nadir şah Rusiya, Osmanlı və Moğol imperiyasının tuğyan etdiyi illərdə yaşayıb, hadisələrə şahid olub, düşmənlərlə mübarizə aparıb, islahatlar həyata keçirib və çətinliklərlə üzləşib.

Onun idarəetmə və təşkilatçılıq qabiliyyəti hələ yeniyetməlik vaxtından ətrafındakıları heyran edirdi. O ədalətli bölgü aparmağıyla, öz gücünə inanmağıyla, dava planları qurmağıyla, strateji bacarığıyla fərqlənirdi. Nadirin özgüvəni sayəsində hər kəs ona qarşı yox, məhz onun tərəfində olmaq istəyirdi. Müəllif qəhrəmanın mənəvi xüsusiyyətlərinin hələ yeniyetməlik vaxtından üzə çıxdığını uğurla yazıb və bizə çatdırıb.

Kitaba istinad etsək, görərik ki, 1647-1694-cü illərdə hakimiyyətdə olan şah II Səfi adını Şah Süleyman kimi dəyişdi. O böyük oğlunu öldürmüşdü, ikinci oğlu isə yanından qaçmışdı. Şahın oğullarına döyüş sənəti öyrədilmirdi, onlar gizli saxlanılırdı. Ölkədə mübarizə ruhu aşağı səviyyədə idi, saraylar əyləncə mərkəzinə çevrilmişdi. Yəqin ki, bu qısa cümlələr müəyyən mənada Səfəvi dövlətində olan tənəzzül və onun səbəbləri haqqında bizdə təsəvvür yaradır. Bundan əlavə, ölkənin vəziyyəti çətin, vergilər ağır, qara camaatın dərdi çox, rüşvətxorluq, özbaşınalıq, hərc-mərclik, xaos ərşə çıxmış səviyyədə idi.

Şah Hüseynin hakimiyyət illərində isə dövlət nəzarətçiləri qaçaq-quldura hücum etmək yerinə, özləri quldurluqla məşğul olurdular. Bu dövr ölkənin müdafiəsizliyi ilə, hərəmxanalara külli miqdarda pul xərclənməsi ilə, mollaların intriqası və fitnə-fəsadı ilə xarakterik idi.

Üstəlik, tarixin bütün dövrlərində olduğu kimi, bu zamanda da Rusiya kimi ikibaşlı siyasət yürüdən qonşumuz var idi. O hər yolla qonşu ərazilərə müdaxilə edirdi. Bir epizoda diqqət yetirsək, görərik ki, yazıçı öz əsərində I Pyotr sarayındakı söhbətlərə geniş yer verib. Bir erməniyə xəritə göstərən və "öz ölkəni bu xəritədə tap" deyən ölkə başçısının ikibaşlı sualları detallı şəkildə yazılıb. Həmin dialoqları romanın ən uğurlu hissəsi hesab etmək olar. Erməni isə Azərbaycanın qərb, Gürcüstanın cənub, Osmanlının şərq torpaqlarını göstərərək, öz ərazisi kimi təqdim edir. İsrail Ori adlı bu fırıldaqçı erməni özünü çara Avropada işğüzar əlaqələri olan diplomat kimi sırımaqla saxta iddialarına nail olmağa çalışırdı. Çar ona polkovnik rütbəsi, etimadnamə verməklə ondan faydalanmaq haqqında planlar qururdu. Müəllif hər iki tərəfin mənfəətlər əsasında hərəkət etdiyini kitabın ilk səhifələrindən diqqətimizə çatdırır.

Bu çətinliklərlə və çaxnaşmalarla dolu olan dövr Nadirin atasıyla mübahisəsi baxımından daha da beynimizi qarışdırır. Nadir atasına kənd məscidində oxunan azan səsindən tutmuş, abdəstə, mollaların qəbr üstündə dualar oxumasına, həcc, oruc və çadraya kimi suallar verir və "mən bunların hamsını qadağan edəcəyəm!" deyirdi.

Atası dünyasını dəyişdiyi gün isə mollanın oxuduğu çətin sözlərin mənasını başa düşməyib, əmisinə suallar verən Nadir "təlqin duası nəyə lazımdır, atam ərəb dilini bilmir, ana dilində dua oxumaq olmazdımı, ölü dua eşidirmi?" kimi cümlələrlə mollanı əsəbləşdirmişdi.

Atasının ölümündən sonra Əbivərd hakimi Baləli bəy Nadiri müdafiə dəstəsinə ehtiyat tüfəngçi kimi götürdü. Bu, onun həyatında döyüşlərlə zəngin ömrünün ilk addımlarına başladığı dövr kimi səciyyələndirilir.

Müəllif kitabında dövrün aydın mənzərəsi haqqında bizdə təsəvvürlər yaradır.

Səfəvilərin sərhədlərinin Amudəryadan Kürdüstana, Dağıstandan Oman dənizinə, Bəhreyn adalarına kimi uzanmasını qeyd edir, ən zəngin vilayət kimi Azərbaycanı göstərir.

Yazıçı, Şah Hüseyn çarhovuzlu bağında kef və əyləncəylə məşğul olanda, ölkənin sərhədlərində münaqişələrin davam etməsindən yazır. Çoxdandır ki, xoş xəbər almayan şah çapardan Əbivərdə hücum çəkən türkmənlərinin əzişdirlməsi müjdəsini alır və bu səbəbdən Nadiri sarayına dəvət edir. Nadir isə saraydan ağır təəssüratla ayrılır, mövhumatçıların davranışları onu çox narahat edir.

Hadisələrin sürətli inkişafı Əfqan Mahmudun İsfahana təntənəli şəkildə daxil olmasıyla, Şah Hüseynin hakimiyyəti könüllü surətdə təhvil verməsiylə davam edir. Farsdilli əfqanların sabunu ilk dəfə İsfahan bazarında qida bilib yeməklərini müəllif onların mədəni səviyyələrinin aşağı olmasını göstərməkçün qeyd edir. Əfqanların idarəçilik təcrübələrinin olmamasını, onların hakimiyyətə gəlməsinin ölkənin qeyri-inkişaf səbəbləri kimi qeyd edilən bu romanda.

Atasının devrildiyini eşidən Təhmasib Mirzə 1722-ci ildə Qəzvində özünü II Təhmasib elan etməsiylə hadisələr gərgin mərhələyə qədəm qoyur. Onun əhali arasında nüfuzu və dövlətçilik təcrübəsi olmaması səbəbiylə əfqan Mir Mahmud üzərinə qoşun göndərdi.

Hər kəsin bir az qüvvə toplayıb hakimiyyət iddiasına düşdüyü bu ağır dövrdə II Təhmasib qacarların başçısı Fətəli xanla razılaşıb, Məlik Mahmudun üstünə qoşun göndərdi.

Bu hadisə 1726-cı ildə baş verdi. 37 minlik avarlardan və kürdlərdən ibarət qoşunla Nadir Xorasanın şimal-şərq hissəsinə nəzarət edirdi. Az sonra müəllif onun Təhmasibin şəxsi muşaviri olmasını qeyd edərək, daha sonra Nadirin 1732-ci ilə qədər İsfahana gedib çıxan mübarizə və döyüş yoluna nəzər salır, vacib tarixi hadisələri yazır. Nadirin Osmanlıya qarşı müharibəyə başlaması onun gələcəkdə əhəmiyyətli sazişlərə imza atması ilə nəticələnəcəkdi. Hələ XIV ərsdə Osmanlıların aldığı Bağdad Nadirin qoşunları tərəfindən 1733-cü ildə mühasirəyə alındı. 1734-cü ildə Nadir qoşunları ilə Azərbaycana gəldi və 1735-ci ilin 21 martında Rusiya ilə müqavilə bağlandı. Həmin müqavilənin şərtlərinə görə Bakı və Salyan iki həftəyə, Dərbənd isə iki aya boşaldılmalı idi.

Nadir Bakı, Dərbənd və Salyana hakimlər təyin etdi və yeni Şamaxı Şirvanın mərkəzi oldu. Türk tayfalarını Abşeronun Zabrat, Keşlə və Sabunçu ərazilərilərinə yerləşdirdi. O vaxtdan bu ərazilər türk tayfa adları ilə adlandırıldı. 

I Pyotrun 13 il əvvəl 130 min rus əsgərinnin həyatı bahasına qazandığı işğalı Nadir bitirdi.

Dağıstan üzərində Nadirin hakimiyyətinin Rusiya tərəfindən tanınıması Osmanlını dəli etdi. Osmanlı hakimiyyəti Krım xanından ora qoşun yeritməsini istədi. 1735-ci ildə 53 minlik qoşunla Krım xanı Dağıstana üz tutdu. Rusiya isə 20 min qoşunu ilə Krımı xarabaya döndərmək qərarına gəldi. İstanbulda isə Nadirin Anadoluya yürüşə hazırlandığı xəbərinin yayılması Osmanlının əl-ayağa düşməsinə və sülh təklifinə razılaşmasına səbəb oldu.

Nadirin bir-birinin ardınca qazandığı qələbələr ardıcıllığını uzun müddət itirmir. Onun nüfuzu yüksəlir, adı kabus kimi qonşu dövlətlərin başçılarının yuxusuna girir. Nadir sanki özünü unudaraq bir məqsədə doğru irəliləyir. Onun məramı hələ kiçik yaşlarından başına qoyduğu ədalət idimi?

Bəlkə o din haqqında çoxlarının narazılığına səbəb olan düşüncələrini həyata keçirmək üçün tələsirdi?

Ümumiyyətlə, hakim xarakterli, qələbəyə meyilli, qanından döyüşkənlik axan insanların dərin qatlarına enmək maraqlı mövzudur. Həmişə mənə elə gəlib ki, onlar dərin adamlar deyillər. Çünki, dərin adam və ağıllı adam fərqli mövzudur. Hakimlər ağıllı ola bilərlər, tədbirli, çevik zehinli, taktiklər ustası, fəndgir ola bilərlər. Amma dərin adam öz təzadlarında boğulan adamdır. Dərin adam bir ömürboyu öz qatlarını aça bilmir və yaxud həmin qatlarını, sirrlərini açmaqla vaxtını keçirir. Dərin adam çox düşünür, düşünməsinə nisbətən az hərəkət edir. Dərin adamın idarəetmə qabiliyyəti zəif olur. Çünki, o özünü idarəetməklə məşğuldur. Ağıllı hakim, ağıllı başçı isə idarəetmə məsələrində bacarıqlıdır, dünyaya lider kimi gəlib. O hələ kiçik yaşlarından ətrafındakıları idarə edir. Bu onun genetik bağlarıyla da əlaqədar ola bilir. Bu baxımdan Nadir bir ölkənin, müəyyən tarixi dövrün taleyində müstəsna əhəmiyyəti olan şəxsdir. O tarixi idarə edir, tarixin onu idarəetməsinə imkan verməyəcək dərəcədə güclüdür. Bu güc daxildən gəlir, bu mənəvi və zehni gücdür. Bu gücə fiziki güc də qoşulanda Nadir bu günümüzdə belə adına əsərlər, məqalələr yazılacaq və araşdıralacaq şəxsiyyətə çevrilir. Kimsəyə kürəyini söykəmədən, kimsədən güc almadan irəliləyən insanlar yaza bilirlər: talelərini, həyatlarını, tarixi…

Təbii ki, Nadirin uğurlu hərbi yürüşləri Şah Təhmasibi qəzəbləndirir, onun narahatlığına səbəb olurdu. Tarixin bütün dövrlərində olduğu kimi şahın ətrafındakı fitnə-fəsadçılar münasibətlərin gərginləşməsində mühüm rol oynayırdılar. Əfqanlarla döyüşdə olan Nadirin geri dönəcəyinə inanmayan Təhmasib gələcəyə dair məkrli planlar qurmaqdan çəkinmirdi. Əgər Nadir qayıdarsa, Təhmasib onu aradan götürəcəkdi.

Tarixin sonrakı inkişafı, Təhmasibin bacarıqsız dövlət başçılığı, onun azyaşlı övladının taxta gətrilməsi, dolayı yolla idarəetmənin Nadirin əlinə keçməsi ilə davam etdi.

"Mən ölsəm də, süni və şiə ayrı-seçkiliyinə son qoyacağam və türkləri birləşdirəcəyəm" deyən Nadir həm də bilirdi ki, müəllifin dediyi kimi, din siyasətin ibtidası, amma çox qəliz, təhlükəli formasıdır.

"Hikkəni yeritmək üçün şah I İsmayıl kimi xalqı qılıncdan keçirəcəksən? "Yoxsa türk sultanı Quyuçu Muradın əliylə xalqı quyuya doldurmaq yolunu seçəcəksən?" sualına görəsən Nadir hansı cavabı vermişdi? XIV əsrə qədər Osmanlı da, Ağqoyunlu dövləti də Avropadan üstün idi. Şah İsmayılla Yavuz Sultan Səlim türk dünyasını məhzəbçiliyə qurban verdilər, qaranlığa gömdülər. Türkləri tarixin müəyyən dönəmində farsa, ərəbə yamaq, xidmətçi etdilər. Türklüyümüzə qayıtmalıyıq, amma Şah İsmayılın, Yavuz Sultan Səlimin yoluyla yox! Yalnız birinci Orxanın anasından başqa, türk sultanlarının hamısının anası əcnəbi idi". Bu son cümlələləri bəlkə müəllif bu gününüzdən Nadir şahın dövrünə boylanaraq, ona özünün iç səsi kimi ünvanlamışdı. Hər halda oxucunun da qəhrəmana verəcəyi çox sualları olacaq, kitabı oxuduqca baş rolla döyüşən, dərin düşüncələrə qərq olan, çətinliklər zamanı düşünmədən qərarlar verən əsas obraz oxucunu düşündürür. Tələbkar və zərrəbinlə kitabı təhlil edən oxucular həmişə kitabların əsl mahiyyətini anlayırlar. Onlar mühakimə etmir, onlar müzakirə edir və dövrün sosial-iqtisadi, siyasi mənzərəsini təsəvvür edir, özünü baş obrazın yerinə qoyur, həmin günlərdə necə davranmalı olduqlarını götür-qoy edirlər.

Kitabdan oxuduğum qısa hissəylə bu mətndəki mövzuların, sualların genişliyi arasında fərqi görürsünüzmü? Bu baxımdan əgər əsər tarixidirsə, o mütləq qollu-budaqlıdır, çoxşaxəlidir, müxtəlif fikirlərə səbəb olur.

Romanın tənqid ediləsi cəhətləri var və onu ayrı mətndə əhatə etməyi düşünürəm. Öz ölkəmizin və ümumiyyətlə dünyanın tarixini öyrənmək üçün tarixi əsərləri çox vacib və əhəmiyyətli hesab etməliyik...

Könül Nuriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Noyabr 2024 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see246

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see235

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see231

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see188

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see180

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see180

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see176

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see176

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see172

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see171

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see165

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see165

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see164

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see163

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see161

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see159

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see158

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see151

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see149

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri