Icma.az
close
up
RU
Zaman ütüsünə qarşı bir sığal əli Hamarlanmayan duyğular

Zaman ütüsünə qarşı bir sığal əli Hamarlanmayan duyğular

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

Zaman 2020-ci il 27 sentyabr tarixindən uzaqlaşdıqca, Qarabağ savaşının bizə yaşatdığı odlu-alovlu duyğular da yavaş-yavaş öləziyir. Artıq xalq olaraq həmin günləri daha təmkinlə, daha soyuqqanlı xatırlayırıq. Bundan da təbii heç nə yoxdur.

Zaman hər şeyi – tarixi, yaddaşı, münasibətləri – ütülədiyi kimi, duyğularımızın da üstündən ehtiyatla keçib hamarlaşdırır.

Beş ilin az, ya çox müddət olduğunu deyə bilmərəm. Çünki indi dayandığım tarixdən 2020-ci ilə boylanıb Vətən savaşımızı xatırlayanda, o hadisələrin dünən, yoxsa yüz il qabaq baş verdiyini aydınlaşdıra bilmirəm.

Beş il... Atası şəhid olanda hələ anasının bətnində uyuyan körpələr bu gün məktəb partası arxasına keçməyə hazırlaşır. Məktəbliləri universitetlərə qəbul olub, ali təhsil alanları isə çoxdan məzun olub iş masası arxasına keçib.

Bu gün rastıma bir şəkil çıxdı: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər.

Generalımızın anası Səmayə xanımın çöhrəsinə və ağ saçlarına, Leyla Əliyevanın tutduğu əlinə zillənib fikrə gedirəm, görəsən, bu beş il onun üçün necə keçib? 2020-ci il ona çox uzaq görünür ya elə dünən kimi, nə vaxtsa körpə Poladı qucağına aldığı gün kimi xatırlayır?

Bəs Polad Həşimovun yoldaşı, övladları necə xatırlayır 2020-ci ili, Vətən savaşını?

Vaxt hamı üçün eyni keçsə də, həmin o zaman ütüsü hər kəsin duyğularını, hisslərini eyni dərəcədə hamarlaşdırmır.

Şübhəsiz, bir şəhid anası, bir şəhid yoldaşı, bir şəhid övladı üçün bu beş ilin nə demək olduğunu biz bilmərik.

Zaman və xalq arasındakı münasibətləri həm də dövlət tənzimləməlidir deyə düşünürəm. Dövlət yaddaşımızın hansı qırışlarının açılmalı, hansının heç vaxt açılmamalı olduğunu yaxşı bilir. Çünki “unutmaq” həmişə yaxşı olmur, bunu bilirik.

Heç vaxt hamarlaşmayacaq duyğuların, hisslərin də sığalını dövlət çəkməlidir və çəkir də.

Tez-tez rastıma çıxır, Leyla Əliyeva və Arzu Əliyeva şəhid ailələri, şəhid övladları ilə görüşürlər, onlarla birgə bayram qeyd edirlər. "Mənim atam qəhrəmandı", Mənim oğlum qəhrəmandı" deyilən görüşlərdə iştirak edirlər.

Həmin o tədbirləri görəndə, başa düşürəm ki, düşmənə göstərməyə dəmir yumruğumuz olduğu kimi, doğmalara çəkməyə sığal əlimiz də var. Beş il çoxdur, yoxsa az, bilmirəm, amma Polad Həşimovun təbəssümünü, Xudayarın səsini unutmamaq üçün həmişə bir sığal əlimiz olmalıdır zaman ütüsünə qarşı. Yaxşı ki də var!

"Bu məhkəmə zalından da zərər çəkib gedirəm…" - İfadəmdə olmayanlar Alim Əzizağa Quliyev dünyasını dəyişdi Mədəniyyət abidələrinə pasport veriləcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://kulis.az
archiveBu xəbər 02 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri