Icma.az
close
up
RU
Əli Şirin Şükürlü: Biristiqamətli zaman: əbədilik mövcuddurmu?

Əli Şirin Şükürlü: Biristiqamətli zaman: əbədilik mövcuddurmu?

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

   (fəlsəfi esse)

     Zaman niyə bir istiqamətli – keçmişdən gələcəyə doğru axır. Biz niyə keçmişi xatırlayır, gələcək barədə təsəvvürə malik deyilik, nəhayət, əbədilik varmı? Bütün bu sualların doğurduğu perspektivlər bəlkə də bu anlayışın bir kəmiyyət göstəricisi olaraq istifadə edildiyi elm sahələri (məsələn, riyaziyyat, fizika) üçün bir elə də əhəmiyyət kəsb etmir, amma elm fəlsəfəsinə baş qoşdunsa vəziyyət dəyişir. Axı bu halda dünyanı tam şəkildə anlamaq istəyirsən.

    Zaman bir istiqamətli axır, keçmişdən gələcəyə doğru, əgər doğurdan da axırsa. Bir çox alim və filosoflar bu fikirədir: zaman subyektiv anlayışdır, idrakın reallığı dərketmə ölçüsü olaraq, hadisə və hərəkətin dəyişməsini xarakterizə edir. Yəni düşüncədən kənar mövcud olan obyektiv reallıq deyil. Bütün hallarda yuxarıdakı suallar aktuallığını saxlayır. Yəni zaman insan düşüncəsindən kənarda mövcud reallıqdır və yaxud tərsinə, fərq etməz bu sualların doğurduğu perspektivlərin elmi-fəlsəfi konteksində izahı var. Və bu essedə çalışmışıq ki, oxuyub öyrəndiklərimizi bir balaca improvizə edərək bunlara qısa şərh və izah verək.

     Kainatda entropiya – nizamsızlığın səviyyəsi getdikcə artır. Hər şey köhnəlir, tükənir, tədricən tükənmə yoxolma ilə nəticələnir. İsti soyuğa çevrilir, buz əriyir, sınan əşya öz-özünə bərpa olunmur. Dağılma prosesi yaranmadan rahat baş verir. Dünyada nizam az, nizamsızlıq isə həddən çoxdur və artım da durmadan baş verir. Kənar müdaxilə olmadan bu kimi proseslərin tərsinə baş verməsi mümkünsüzdür. Hətta sınan fincanın qalıqlarını təsadüfi qaydada yığmaqla (bu təsadüfiliyin kənar müdaxilə olmadığını hesab etsək də) onu  təzədən bərpa etmək istəsək belə, tam bərpası ehtimalı olduqca çox kiçik, bəlkə də sıfıra bərabərdir.

    Nizamdan nizamsızlığa hərəkət düşüncəmizi də ardınca aparır; bir istiqamət boyu – tükənməyə sarı; keçmişdən gələcəyə doğru. Çünki varlığımız – fiziki mövcudluq göstəricisi olan bədənimiz bu termodinamik axının bir hissəsidir. Kosmoloji modellərə əsasən, Kainat yaranışda çox nizamlı vəziyyətdə olub. Yox, əgər yaranışda xaotiklik – nizamsızlıq olsaydı, o zaman entropiya da baş verməz, entropiyaya uyğun zaman axını da mövcud olmazdı. Qavrama, yaddaş, səbəbiyyət əlaqəsi entropiya artımı ilə bağlıdır. İnsan yalnız entropiya artımının doğurduğu gələcəyə doğru zaman axınında yalnız keçmişi xatırlayır. Bu biristiqamətli axın ona gələcəyin (bəzi hipotezlərə görə, gələcək də keçmiş kimi mövcuddur) qavrayışa, yaddaşa köçməsinə imkan vermir.  

    İndi isə fərz edək kainatda əksinə proses baş verir. Entropiya azalır, yəni nizamsızlıqdan nizama doğru hərəkət baş verir. Heç bir müdaxilə olmadan öz-özünə soyuq su istiyə, sınan fincan gerçək halına çevrilər. O zaman düşüncəmiz də nizamsızlıqdan nizama doru qurular – zaman tərsinə axar: keçmişə doğru. Mövcud olan hər şey yenilənər, dağılan hər şey bərpa olunar, hətta yox olan var olar. Yaddaşımız da əks istiqamətdə yazılardı; gələcəkdən keçmişə doğru.

     Elmin gəldiyi qənayətə görə isə kainatda entropiya – nizamsızlıq durmadan artır və entropiyanın maksimum qiymətində ( buna “Kainatın istilik ölümü” deyilir) – tükənmə anında zaman axını: keçmiş və gələcək mövcud olmayacaq, “həmişə indi”  - əbədilik yaranacaq. Elmi-fəlsəfi düşüncənin bu refleksiyası isə teoloji sistemlərin “kainatın əbədilik vəziyyətinin mövcudluğu” konsepsiyası ilə üst-üstə düşür.

  İdrakınız işıqlı olsun!

   P.S.   Ədəbi suprematizm: elm, fəlsəfə və ədəbiyyat vəhdətində bir bədii mətni konteksə uyğun hesab edirəm:

          Ədəbi suprematizm:

              tərsinə zaman

                (şeir-esse)

gəlin

zamanın tərsinə gərdişinə baxaq. bəli. bəli,

məhz tərsinə gərdişinə

gözlənilmədən doğulan birinin timsalında.

hamı heyrət içində donub qalmışdı

doğum evində. ana çevirib üzünü divara

hönkürürdü dəhşət içində; körpəsi

qoca doğulmuşdu – mocüzəyə bax.

hərarət hiss elədi ana üzündə. yanağında gəzən

bambalaca barmaqlardan içinə süzülən xoş duyğuların

bir anda oyatdığı analıq sevgisiylə çevrilib

bağrına basdı qoca körpəsini.

bir qucaqlıq qoca gəlmişdi dünyaya.

bir neçə gün sonra

tutub qocasının əlindən evinə döndü ana.

sevdi qocasını kiçildə-kiçildə.

yaşıdı körpələr böyüdükcə, o kiçilirdi. yaşlanma – böyümək imiş demə.

o kiçilirdi; başqa münasib ad tapa bilmir adam bu vəziyyətdə.

o kiçilirdi, yəni böyüyürdü tərsinə.

əvvəl ortayaş adama çevrildi, sonra cavana.

qoluna taxdığı saatın əqrəbləri tərsinə fırlanırdı.

tərsinə dəyişirdi təqvimdəki günlər də; ayın 30-u,

sonra 29-u, ... beləcə 1-i son günü olurdu yaşadığı ayların.

illər də beləcə

tərsinə vurudu ömrünü başa.

tərsinə yaşayırdı zamanı. çayda axına qarşı üzən adama bənzəyirdi

hamının bir istiqamətli xətt boyunca yaşadığı məkanda.

amma nə qədər çətin olsa da

hamı kimi sevir, hamı kim sevinir, hamı kimi qüssələnirdi.

sonra yeniyetməyə çevrildi, sonra uşağa.

bir gün həmyaşıd oldu oğluyla, getdi məktəbə.

bir günsə həmyaşıdı nəvəsiylə əl-ələ tutub yollandı bağçaya.

bir günsə çevrilib körpəyə köçdü dünyadan.

ana qocalıb ölmüşdü, görmədi körpəsini.

tərsinə gərdişinə baxdıq zamanın

gözlənilmədən qoca doğulan birinin timsalında.

Amma nəticə eyni; zaman

eyni nöqtədə qapandı deyəsən

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri