Icma.az
close
up
RU
Zamanı aşan söz

Zamanı aşan söz

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nigar CƏRULLA QIZI
Fəlsəfə elmləri doktoru, professor, Erciyes Universiteti, Türkiyə 

 Azərbaycandan uzaqda yaşadığım üçün maraq və ixtisas sahəmə uyğun orada çap olunan kitabları gec əldə edirəm. Yay tətilində Bakıya gedəndə alıdğın kitabların da hamısını tez və diqqətlə oxuya bilmirəm. Bəzilərini səthi gözdən keçirirəm, bəzilərini isə "sonra oxuyaram" deyib kitab rəfimə qoyuram. Bəzən sonra  oxuyacağım kitabları unuduram. Məqalə və ya kitab üzərində işləyərkən yadıma düşür ki, bir vaxtlar almış olduğum, amma oxumadığım kitab var və həmin kitabın məzmununa nəzər salıb, mənim işlədiyim mövzu ilə əlaqəli nə kimi məlumatlar olduğunu öyrənmək istəyirəm.

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə 2024-cü ildə “Elm və təhsil” nəşriyyatında çap olunan “Tanrıçılıq” kitabını görəndə onu əlimdən yerə qoya bilmədim. Kitabın səhifələrini çevirdikcə sanki onu su kimi içirdim. Bəzən gözlərim dolur sözər, sətirlər bir-birinə qarışırdı. Çünki kitabın yazarı Arif Rəhimoğlunun keşməkeşli həyatını, Milli Azadlıq Hərəkatındakı  mübarizəsi və etdiyimiz söhbətlər gözlərimin önündən sinema lenti kimi keçirdi.

Arif Rəhimoğlunun tanrıcılıq mövzusundakı söhbətlərini, internetdən oxuduğu məruzələri bir neçə dəfə dinləmişdim. Hər dəfə də xahiş etmişdim ki, dediklərini, yazdıqlarını toparlayıb kitab şəkilində çap etdirsin. Lakin xəstəliyi ona əvvəlki kimi məhsuldar işləməyə imkanını vermirdi. Son dövrlərdə isə, yeni əsərlər yazmasından çox sağlığını qoruması mənim üçün də, dostları və ailə üzvləri üçün də daha önəmli olmuşdu, 

Lakin dostlarının, xüsusən də məslək dostlarının bəziləri bizimlə eyni fikrdə deyildi. Onun daha çox yazmasını, söylədiklərini, düşündüklərini yazıya köçürməsini istəyirdilər. Arif bəyi sağlamlığı, vətəndən uzaqda olduğundan gərəkli qaynaqları əldə edə bilməmədiyi ilə hesablaşmayaraq onu yazmağa təhrik edənlərdə acığım tuturdu.  Hansımızın haqlı olduğunu demək çətindir. Arif Rəhimoğlu 2022-ci il aprelin 3-də Yöteburqda (İsveç) dünyasını dəyişəndə ailəüzvləri, qohumları, dostları kədərləndilr, ah-uf edərək göz yaşı tökdülər. Bütün əzizlərinin itirənlər kimi bizlərin də “yaraları qaysaq bağlamağa başladı”. Onun yazmağa və düşüncələrini kağıza köçürməyə “məcbur edənlər”  Arif Rəhimoğlu haqqında deyilənləri, yazılanları xatirələr kitabı halına salmaqlan kifayətlənmədilər, müxtəlif illərdə yazdığı, çoxunu qəzet və jurnallarda dərc etdirdiyi məqalələrini bir yerə toplayıb 2022-ci ildə “Dilimiz və tariximiz” adlı altında nəşr etdirdilər. Bu Arif Rəhimoğlunun yaradıcılığı, türkologiya ilə maraqlananların işini asanlaşdırdı, qaynaqları əlçatmazlıqdan qurtardı.

Arif Rəhimoğlunun uzun illər üzərində çalışdığı “Milli kimlik şüuru” adlı kitabının nəşr olunacağına ümid edirdim. Lakin, “Milli kimlik şüuru” kitabı yerinə “Tanrıçılıq” adlı əsəri gördüm və bu, mənim üçün gözlənilməz, lakin çox sevindirici bir hal oldu. Kitabın nəşri münasibətilə Arif

Rəhimoğlunun ailəsinə və nəşrə hazırlayanlara öz təşəkkürümü bildirmək istədim. Təəssüf ki, bir çox tanınmış və istedadlı alimlərimizin dünyasını dəyişməsindən sonra, onların kitabları, yarımçıq əlyazmaları və sənədləri bəzən əhəmiyyətsiz hesab edilərək zibil yeşiyinə atılıb. Arif Rəhimoğlunun irsi isə belə olmadı.  

Arif Rəhimoğlu dilçi alim, milli düşüncəli ideoloq olmaqla yanaşı gözəl redaktor idi. Olduqca təvazıkar olduğundan çox vaxt redaktə etdiyi əsərlərə öz adını və soyadını qoymurdu. Tanışların çoxu da nəinki kitablarını, hətda çapa göndərdikləri məqalələri də Arif Rəhimoğluna redaktəyə verirdilər. O da sakitcə və yüksək səviyyədə, dilimizin qaydalarına uyğun redaktə edirdi. Redaktə işi zərgər dəqiqliyi tələb edir. 2000-ci ildə nəşr etdirdiyim “Fəlsəfi bədii fikir tarixində şəxsiyyət konsepsiyası” kitabımı Arif Rəhimoğlu redaktə etmişdi. Onun sözə necə həssas yanaşdığının, fikirlərin oxucuya aydın və anlaşıqlı şəkildə çatdırılmasının, həmçinin dilimizin təmizliyinin qorunmasına heyran qalmışdım. 

Arif Rəhimoğlunun əsərlərini layiqli birşəkildə nəşrə hazırlamaq hər redaktorun bacara biləcəyi iş deyil. Müəllif sağ ikən redaktə prosesi zamanı qarşıya çıxan anlaşmazlıqları onunla məsləhətləşərək aradan qaldırmaq mümkündür. Lakin müəllif dünyasını dəyişdikdən sonra, bu cür məsələlərin həlli tamamilə redaktorun üzərinə düşür.

Bu baxımdan, “Tanrıçılıq” kitabının redaktoru, filologiya elmləri doktoru Əfzələddin Əsgərin işini təqdirəlayiq hesab edirəm. O, Arif Rəhimoğlunun əlyazmasına böyük həssaslıqla yanaşıb və oxuculara müəllifin yazmaq istədiyi, lakin yaza bilmədiyi fikirlər haqqında ümumi məlumat verərək, əsəri nəşrə hazırlamağa müvəffəq olub.

Kitabı oxuduqca, gözlərimizin qarşısında zəhmətsevər bir araşdırıcının və dəyərli pedaqoqun surəti canlanır. Arif Rəhimoğlu, Naxçıvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyərkən, tələbələrini Muxtar Respublikanın şəhər, qəsəbə və kəndlərinə folklor və dialekt toplamağa apararkən, onlara aşağıdakı təlimatı hazırlamışdır. Bu haqda kitabın ön söz müəllifi, filologiya elmləri doktoru Əfzələddin Əsgər yazır:

1. Tələbələrin vaxtını düzgün qiymətləndirmək üçün öncədən vacib sorğuları hazırlayır.

2. Tələbələrin söyləyicilərlə rahat təmas qura bilmələrini, söhbəti lazımi istiqamətə yönəltmələrini və yalnız vacib materialları toplamalarını təmin etmək üçün sorğuları qruplaşdırır.

3. Araşdırma prosesində tələbələrin tanış olduğu yeni anlayışlara diqqət etmələrini və gələcəkdə onların üzərində işləyəcəklərini vurğulayır.

4. Araşdırmaların nəticəsi olaraq, tələbələrin əldə etdikləri məlumatları dərc etməklə onları yeni araşdırmalar aparmağa təşviq edir.

Arif Rəhimoğlu, bir alim olaraq hər zaman keçmişlə gələcəyin, qədimliklə çağdaşlığın arasında körpü yaratmağa çalışmış və məqsədi zamanın hər iki tərəfini birləşdirmək, bütöv bir şəkildə təqdim etmək olmuşdur. Onun əsərlərində hər hansı bir araşdırma tarixin süzgəcindən keçir və açıq şəkildə təqdim edilir. Bununla əlaqədar olaraq, onun heç bir məqaləsi və ya kitabı yoxdur ki, verdiyi informasiya oxucuda sorğu yaratmasın. Elm adamı olaraq, hər bir elmi işə başlamazdan əvvəl mövzu ətrafında olan və hətta ağızdan-ağıza keçən hər bir informasiyaya önəm vermiş, topladığı materialı yorulmadan və zaman məfhumundan asılı olmayaraq, hər bir xırda detala qədər incələmişdir.

Arif  Rəhimoğlunun “Tanrıçılıq” kitabı geniş auditoriya üçün deyil, bilim insanları üçün yazılmış elmi araşdırmadır.

“Tanrı anlayışına baxışlar. Tanrı və Din” adlı birinci bölümdə müəllif, tanrıçılıq və çoxtanrılıqla bağlı bütün anlayışları ətraflı şəkildə incələməyi qarşısına məqsəd qoymuş və təkcə bu bölümdə deyil, bütün bölümlərdə məqsədinə nail olmuşdur. Bu bölümdə Arif Rəhimoğlu, dünyada mövcud olan əsas dinləri daha dərindən başa düşmək məqsədilə tarixin ən qədim qatlarına enmiş, Tanrıçılığın əsas dəyərlərini araşdırmış və hətta az tədqiq edilmiş “əyə” anlayışına da toxunmuşdur.

Birinci bölümdə Arif Rəhimoğlu, tanrıçılığı dinlərlə müqayisə edərək oxucuya təqdim edir və İslam dinindən fərqli olaraq “atalar tapınışına” və “təbiət tapınışına”, Xristianlıqdan fərqli olaraq isə “təbiət tapınışına” və “yasaq tapınışına” daha çox yer verildiyini vurğulayır.

Dinlərdən fərqli olaraq, Tanrıçılıqda ibadət özülləri içərisində duaya və bədduaya, nəzir verməyə, bayram mərasimlərinin keçirilməsinə xüsusi yer ayrılmasını, Tanrıçılığın əxlaq özülləri içərisində isə aşağıdakı dəyərlərin yüksək tutulduğunu özəlliklə açıqlayır:

1. alplıq,
2. bilgəlik,
3. tüzlük (düzlük),
4. əliaçıqlılıq.

Bunlarla yanaşı, bölümdə təktanrıçılıq, çoxtanrıçılıq, ikilitanrılıq, tekeltanrılıq, baştanrılıq və digər anlayışlar təfsilatlı şəkildə təhlil edilir.

Vurğulamaq lazımdır ki, Arif Rəhimoğlu  anlayışı çox diqqətlə araşdırdıqdan  sonra ondan istifadə edir, linqvist olaraq hər bir sözün kökünə enir, etimologiyasını oxucuya tam olaraq açıqlayır və nəticədə etiraz edilməyəcək fikirlər ortaya qoyur.   Aşağıda verilən elmi işin araşdırma metodikası onun alim olaraq dəsti-xətlərindən biridir: “Doğru düşüncədir və elə biz də məhz tarixin böyük təktanrıçı dinlərini (İslam, Xristianlıq, Yəhudilik) başlanğıc nöqtəsi alır, bilinən bu dinlərdən bilinməyənə – uyqar toplumların monoteist dinlərdən öncəki Ulu Varlıq/Tək Tanrı anlayışına yetməyə daha çox önəm veririk. Ancaq bu yanaşım gözardı edilməyəcək bir gerçəkliyi də gərəkdirir: bilinən bilinməyən paradiqmasına Aristotelin formal məntiqi baxımından yox, Lütfi Zadənin bəlirsiz məntiqi (qeyri səlis məntiq) baxımından yanaşılmalıdır. Yəni, bilinəndən bilinməyənə yetmə işi birbaşa yox, aşamalı biçimdə olmalı və araşdırma sürəci bilinən bilinməyən kimi ikidəyərli bir xətt üzrə deyil, çeşidli keyfiyyət durumları gözə alınmaqla bilinən, daha az bilinən, bilinməyən, ən çox bilinməyən yönündə aparılmalıdır. Burada bilinən - Yəhudilik, Xristianlıq və İslamın tam oturuşub doqmalaşmış təktanrıçı görüşləri; daha az bilinən - hər üç monoteist dinin yiyə durmağa çalışdığı təktanrıçı İbrahim dini; bilinməyən - uyqar toplumların monoteist dinlərdən öncə var olan ilkin təktanrıçı görüşləri; ən çox bilinməyən isə - tarixi ilkəl toplumların olası Ulu Varlıq/Tək Tanrı anlayışı deməkdir”.  (s.49) 

Kitabın ikinci bölümü, “Təktanrıçılığın ulu öndəri Hz. İbrahim Peyğəmbər” adlanır və tam olaraq İbrahim Peyğəmbərə, onun soykökünə və sülaləsinə həsr edilmişdir. Bu bölümdə Arif Rəhimoğlu alim simasının özünəməxsusluğunu tam şəkildə nümayiş etdirir və İbrahim Peyğəmbəri detallı şəkildə araşdırır. Məhz bu bölümdə Arif bəyin böyük dilçi alim olduğunun şahidi oluruq. O, İbrahim Peyğəmbəri tarix, coğrafiya, din tarixi və linqvistika perspektivlərindən incələyərək, dərin araşdırmalar apardıqdan sonra aşağıdakı nəticəyə gəlir: “Öncə də dediyimiz kimi, Hz.İbrahim Kəngər (Şumer) kökənli bir şəxsdir və Kəngər (Şumer) dili ilə Türk dilləri arasında qohumluq düşüncəsi isə var olan bilimsəl görüşlərdən biridir.

Biz bu görüşün doğruluğuna inandığımız üçün Abram adını Türk dilləri özülündə açıqlayır və öz açıqlamamızı Hz.İbrahimin Kəngər (Şumer) kökənli olmasını doğrulayan bir tutalqa sayırıq. Eyni zamanda, düşünürük ki, Kəngər (Şumer) kökənli Hz.İbrahim uruğunun sonrakı qurşaqlarda assimilyasiya olunaraq samiləşməsi (Крамер, 2010, Глава 8) – İshaq qolunun israilliləşməsi və İsmayıl qolunun da ərəbləşməsi Hz.İbrahimin özünü də öncədən Sami saymaq anlamına gəlməz. Etnik kökən əyin paltarı deyil ki, bir anda çıxarıb başqasını geyəsən və özünü istədiyin boydan sayasan. Bu cür ani dəyişmə dində ola bilər (bir anda iman gətirib hansısa dinə keçmək olar), etnik  kimlik isə çox tutucudur və asanlıqla dəyişməz. Ona görə də, biz Hz.İbrahimi Batı Samtoplumu içərisində təktanrıçı dinin ilk inananı – ilk təktanrıçı mömin sayır və məhz bu anlamda onu üç Sami dinindən hər birinin qurucu atası hesab edirik. Başqa sözlə, Hz.İbrahim təktanrıçı bir din atası olaraq ilk Yəhudi, ilk Müsəlman, ilk Xristian sayıla (ya da bu üç dindən birinə daha yaxın olması dartışıla) bilər, ancaq düşünürük ki, onun etnik kökəni heç də dəyişməyəcək və Abram - Hz.İbrahim yalnız Kəngər (Şumer) olaraq qalacaqdır” (s.79).

Kitabda, İbrahim Peyğəmbərin dindəki inqilabi fikirlərini əsaslandıraraq yazıb yaratdığını dəfələrlə vurğulayan Arif Rəhimoğlu qeyd edir: “İnanclı bir təktanrıçı olan Hz.İbrahimin insan qurbanı istəməyən gerçək Tək Tanrını seçəcəyi özlüyündə aydındır, ancaq iş Hz.İbrahimdə yox, onun doğru yola yönəltməyə çalışdığı Sami toplumundadır. O Sami toplumu ki, ilk uşağı, ilk doğulan mal-qaranı, ilk toxumu... qurban olaraq odda yandırmağı istəyən bütləri öz tanrıları sayır və onlara tapınırdılar. Ona görə də, biz Hz.İbrahimin seçimini yalnız özünə bağlı şəxsi bir seçim saymırıq, düşünürük ki, bu seçim insanlıq yolunu azmış, çağaları və körpə uşaqları yandırıb qurban verməyi gələnəyə çevirmiş bir topluma doğru yolu göstərmə seçimidir. Özü də bu seçim Hz.İbrahimin bəyəndiyi və Sami toplumuna örnək göstərdiyi bir Kəngər kültür dəyəri olmaqla sınırlanmır, həm də Ulu Tanrının öz seçimi olduğu üçün daha böyük anlam daşıyır və qurban sorunu ilə bağlı Ulu Tanrının bəyəndiyi doğru yolu insanlığa tanıdır”. (s.123)... Beləliklə, sonucda təktanrıçılığın çoxtanrıçılığı yenməsi Hz.İbrahimin başlatdığı yolun doğruluğunu ortaya qoydu və bununla da insanlığın üzqarası olan insan qurbanı sorunu biryolluq sıradan çıxdı. (s.125) 

Kitabın “Tanrıçılığın Özülləri” adlı üçüncü bölməsində Arif Rəhimoğlu hər zaman olduğu kimi, “tanrı” sözünü aydınlaşdırmaq üçün sözün əski və ilkin biçiminə üz tutmuş, yalnız 10 səhifə yazabilmiş və bilim insanları üçün çox dəyərli olan fikirlərini tamamlayamayıb, heyif ki, yarımçıq buraxmalı olmuşdur.

185 səhifəlik elmi əsərində Arif Rəhimoğlu bir-birindən dəyərli 176 qaynaqdan istifadə etmişdir. Onun necə bir araşdırıcı olduğunu bildiyim üçün, bu qaynaqları sətir-sətir oxuduğuna əminəm. O, mövzu ilə bağlı heç bir zaman yalnız bir qaynaqla kifayətlənmir, çelişkili və bəzən bir-birinə zidd fikirlər irəli sürən qaynaqları araşdırdıqdan sonra tutarlı nəticələr əldə edib oxucu ilə bölüşür.

Məqsədini geniş spektrdə açıqlamaq üçün o, toxunduğu mövzunun üzərində öncə çalışan bütün bilim insanlarının elmi əsərlərini analiz edib dəyərləndirərək, onlara sonsuz sayğı göstərərək öz versiyasını irəli sürür. Yazarın metodikası əsərində toxunduğu mövzuların hərtərəfliliyi və anı modulyasiyalardan istifadə edərək elmi nəticələrə varması ilə fərqlənir. 

Arif Rəhimoğlunun yazı dili Azərbaycan Türkcəsinin tam olaraq musiqili, axıcı bir dil olduğunu, bu dilin zənginliyini, fikir tamlığını təqdim etməklə yanaşı, eyni zamanda dilçilər üçün bir tədris qaynağı olduğunu göstərir. Kitab, Azərbaycan Türkcəsinə çoxşaxəlilik gətirən yeni terminlərlə zəngindir. Dilçi alim olaraq, Arif Rəhimoğlu alınma terminləri Azərbaycan Türkcəsinə bir-birindən orijinal tərcümələrlə vermişdir: Anoxraizm – yeniçağ, salnamə – illərlik, patriarx – ilkata, matriarx – ilkana, linqvistik – dildaxili, ekstralinqvistik – dilxarici, qaynaq -tutalqa, tsiklik - dönültü, tərəddüt etmək - ikirçinmək, sərbəst qadın - gəzərgi, sait və samit səslər - ünlü və ünsüz səslər, təsəvvür – sanıltı, unifikasiya - birəlləşmə, siyahı - sadalaq, planet – səyyarə, gəzəgən,  determinator – bilərtəc, aydınlaşdırıcı işarələr və s. Bundan əlavə, o, araşdırma zamanı bir çox terminlərə aydınlıq gətirərək onları açıqlayır: Magiya, fetişizm, eminalizm, diffuzionizm, apokrif, emanizm, demon, r və fikrini belə izah edir: “Bizcə, qeyri-səlis məntiq terminindəki qeyri-səlis sözü (hərfən: axıcı, səlis) çox uğursuzdur və Azərbaycan Türkcəsində onun doğru qarşılığı tapılmalıdır. Türkiyə Türkcəsindəki bulanık mantık deyimi İngiliscə Fuzzy logic termininin doğru qarşılığı olsa da, bizə elə gəlir ki, Azərbaycan Türkcəsində bu qarşılığı bulanıq sözü ilə deyil, bəlirsiz sözü ilə vermək daha düzgün və anlayışın mahiyyətinə daha uyğun olar. Ona görə də, biz bəlirsiz sözünü termin kimi qəbul edir və Lütfi Ələsgərzadə məntiqini onun doğma ana dilində qeyri-səlis məntiq, yaxud bulanıq məntiq yox, məhz bəlirsiz məntiq adlandırırıq. (s.49)”  

Arif Rəhimoğlu yarımçıq qalmış “Tanrıçılıq” kitabında, sanki ömrünün sona yetəcəyini bilərək, türksoylu xalqların gənc alimlərinə və gələcəyə yönəlik bir-birindən maraqlı və elm üçün dəyərli olan mövzuların araşdırılmasını tövsiyə edərək yazır: “Tanrıçılıqda Tək Tanrı inancı başlıca yer tutur, ondan sonra isə atalar ruhu tapınışı (kultu), təbiət tapınışı (kultu) vb. inanclar böyük önəm daşıyır. Yeri gəlmişkən, nə qədər təəssüflənsək də, təbiət tapınışının çox önəmli bir dəyəri olan “əyə”  anlayışı ilə bağlı araşdırmaların bir çoxunda indiyədək Azərbaycan gözardı edilmiş və sanki Azərbaycanda “əyə” anlayışı yoxmuş kimi davranılmışdır (s.11)”. Və ya, “Tanrıçılıq dininin də özümlü inanc, ibadət və əxlaq özülləri var. Şübhəsiz, Tanrıçılığın istər inanc, istər ibadət, istərsə də əxlaq özüllərini daha dərindən və daha geniş incələmək, bu özüllər sırasında nələrin olub-olmadığını, olanların da mahiyyətinin necəliyini bəlirləmək gələcək araşdırmaların boynuna düşür (s.13)”  

Araşdırıcı Arif Rəhimoğlu tanrıçılığı öyrənərkən, Midiya gələnəyində nədən peyğəmbərlik sisteminin yayğın olmadığına da diqqət yetirir. Bu qənaətə gəlir ki, Zərdüştün özünü peyğəmbər kimi tanıtmasına səbəb, Midiyada sürgün həyatı yaşayan Yəhudilərin təsiri ilə baş vermişdir.

Arif Rəhimoğlu, tanrıçılığın yəhudilik, Xristianlıq və İslam kimi dinlərə çevrilməməsinə də aydınlıq gətirməyə çalışır. Əldə etdiyi faktlara dayanaraq aşağıdakı qənaətə gəlir: “Bizcə, təktanrıçılığın dəyişikliyə uğrayıb pozulması ilə ortaya çıxan Ülgen-Erlik qarşıdaş ikiliyinə məhz Altay Türkləri yiyə durduğu üçün o, Tanrıçılıqdan tam qopa və gəlişib ayrıca bir yeni dinə çevrilə bilmədi...   Düşünürük ki, bu yanlışlığın başlıca nədəni bütövlükdə uyqar toplumların Ulu Varlıq/Tək Tanrı anlayışı ilə çağdaş ilkəl toplumların Ulu Varlıq/Tək Tanrı anlayışı arasındakı ayrıntıların gözardı edilməsində aranmalıdır. Bu ayrıntılar gələcəkdə bir-bir araşdırılmalı və bəlirlənməlidir. Təbii ki, Ülgen - Erlik qarşıdaş ikiliyində Tanrıçılığın qorunma düzeyi, dəyişikliyə uğrama və bunda Ari (Fars-Əfqan...) tayfalarının payı sorunu özəl geniş araşdırmalar gərəkdirir” (s.37). 

Arif Rəhimoğlunun “Tanrıçılıq” kitabı, onun ensiklopedik bilgisi və akademik düşüncə tərzini əks etdirən dəyərli bir əsərdir. Yazar, bu əsərdə təməlli bilimlərin məntiqli gedişatından çıxan nəticələr ilə oxucuları valeh edir və bütün kitablarında olduğu kimi dərin araşdırmalar nəticəsində əldə edilən yenilikləri təqdim edir. 

Arif Rəhimoğlunun bu mövzu ətrafında daha çox araşdırma aparacağı şübhəsizdir, amma zaman ona imkan vermədi.

Kitab, tarixi keçmişimiz, mədəniyyətimiz və düşüncə tərzlərimiz haqqında çox mühüm məlumatlar təqdim edir. Arif Rəhimoğlu, "Tanrıçılıq" anlayışının müxtəlif aspektlərini araşdıraraq, bu mövzunun həm dini, həm də mədəni perspektivlərini müasir dövrün şərtlərinə uyğun şəkildə təqdim edir. Qazaxıstanda bəzi araşdırıcıların Tanrıçılığı dövlətin rəsmi dini kimi qəbul etdirməyə çalışmaları kontekstində, bu əsər Tanrıçılığın belə bir statusa yüksəlməsinin yanlış olduğunu vurğulayır. Onun bu mövzuda irəli sürdüyü mülahizələr, təbii olaraq, dinlərin və mədəniyyətlərin müxtəlifliyinə hörmət göstərməyin vacibliyini göstərir.

Bu kitab həm də, dövlət siyasətindən kənarda olan dini inancların necə qiymətləndirilməsi və təhlil edilməsi mövzusunda mülahizələr təqdim edir.

Arif Rəhimoğlu, “Quran”, “İncil” və “Tövrat” kimi yazılı müqəddəs kitabları olan dinlərin dövlətdən ayrılığını müdafiə edərək, Tanrıçılığın dövlətdə rəsmi dini olaraq qəbul edilməməsi məsələsinə diqqət çəkir. Onun fikrincə, yazılı müqəddəs kitabı olmayan Tanrıçılığı belə bir statusa qaldırmaq yanlış olardı.

Arif bəyin “Tanrıçılıq” əsəri, linqvistik əsaslardan başlayaraq ruhani dəyərlərə qədər geniş bir spektri əhatə edir. Bu əsər həm dilçilik, həm də din tarixi üzrə çalışan alimlər üçün yeni perspektivlər təqdim edir və gənc alimlər üçün qiymətli bir laboratoriya funksiyasını yerinə yetirir.   Bu əsər eyni zamanda “Qurani Kərim”in  təfsirçiləri üçün yeni bilik mənbəyi olacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 15 May 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sevilya” evdə 3 xala sevindi 8 oyundan sonra

14 May 2025 01:32see186

Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir

14 May 2025 02:03see157

Hüseyn Həsənov axtarışa verildi

14 May 2025 19:38see141

Qurbanlar susur, cinayətlər genişlənir: İnsan alverinə qarşı mübarizədə yeni səfərbərlik elan edilib

14 May 2025 03:50see141

Tramp: ABŞ və Çin sıçrayışla ticarət razılaşmalarına nail olublar

14 May 2025 01:01see139

iOS və iPadOS versiyalarında ciddi təhlükəsizlik boşluqları

14 May 2025 03:32see137

Braziliyalı futbolçunun yolu haradı?

15 May 2025 00:09see119

Telekanallara rəhbərlik edənlər kimlərdir?

14 May 2025 17:11see118

Biznes qura biləcəyiniz Avropa ölkələri: Vergilər çox aşağıdır…

14 May 2025 23:14see115

Hər gün iylədiyi bu şeyə görə xəstəliyə tutuldu, ağciyəri çökdü FOTO

14 May 2025 01:02see115

Bilik və bacarığı yüksək bakalavrlar magistrlardan daha yaxşı maaş ala bilirlər Ramin Nurəliyev

14 May 2025 17:32see114

Quru incirin qadınlar və kişilər üçün faydaları

14 May 2025 09:37see114

Maradonanın qızı atasının ölməzdən əvvəlki vəziyyətindən danışıb

14 May 2025 02:24see114

Ən az yanacaq işlədən 10 avtomobil modeli: 2025 ci ilin reytinqi

14 May 2025 13:05see114

İçdiyiniz suya bir parça əlavə edin Dəyişimə inanmayacaqsınız

14 May 2025 03:03see113

KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib

14 May 2025 06:57see112

Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib, özü Türkiyəyə getməyəcək

15 May 2025 00:10see111

Bakının bu qəsəbəsinə, nə təcili yardım maşını gedə bilir, nə də taksi VİDEO

14 May 2025 10:28see111

AvtoVAZ Active Cross u təqdim edib…

14 May 2025 23:56see111

Oturaq həyat tərzinin daha bir gözlənilməz riski...

14 May 2025 23:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri