Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Zamanı və ölümü aşan sədaqət Adilə Nəzərova yazır

Zamanı və ölümü aşan sədaqət Adilə Nəzərova yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Adilə NƏZƏROVA
Filologiya üzrə fəlsəfə doktoru

Zamanın sürətlə axıb getdiyi, hisslərin ötəri, diqqətin isə saniyələrlə ölçüldüyü bir əsrdə yaşayırıq. Göndərdiyimiz adi bir qısa mesaja on dəqiqə cavab gəlməyəndə təlaşlanan, gərginləşən, inciyib küsən müasir insanın qarşısında Rafiq Əliyevin "unudulmaz ömür-gün yoldaşı Aidə xanımın əziz xatirəsinə" yazdığı on altı məktub tamam başqa bir aləmin, artıq unudulmaqda olan ilahi bir sevdanın qapılarını açır. Bu aləmdə məsafələr kilometrlərlə yox, dünya ilə ruhani sonsuzluq arasındakı ayrılıq və həsrətlə ölçülür. Bu aləmdə əbədiyyətə qədər cavabsız qalacağını bilə-bilə yazılan, lakin bircə an belə ümidi, sədaqəti və sevgini azaltmayan bir qəlb döyünür.

Tarix boyu insan qəlbi özünün ən böyük ağrılarını və ən uca sevdalarını həmişə kağızın bəyazlığına həvalə edib.

Böyük səfərlərin, fatehlik yürüşlərinin və imperiya əzəmətinin ortasında I Sultan Süleymanın Muhibbi təxəllüsü ilə Hürrəm Sultana yazdığı o coşqulu, imperiyadan da böyük sevgini pıçıldayan misralarını xatırlayaq...

Dünyanı fəth edən, imperiyaları diz çökdürən Napoleon Bonapartın döyüş meydanlarından Jozefinaya fəryad edərək yazdığı məktubları düşünək: "Sənsiz bir günüm belə keçmir... Sən mənim həm sevincim, həm də əzabım olan tək varlığımsan".

Frans Kafkanın Milenaya yazdığı, hər sözündə ruhun çırpıntısı, qorxusu və təmizliyi hiss olunan o həssas, incə sətirləri xatırlayaq: "Sən mənim üçün bir qadın deyilsən, bir insan da deyilsən... Sən bir fırtınasan, ya da keçmişin, gələcəyin mənə bəxş etdiyi bir möcüzəsən".

Fiziki ağrılarını, qırıq bədənini sevgisi ilə müalicə etməyə çalışan Frida Kahlonun Dieqo Rivera üçün vərəqlərə tökdüyü alovlu, çılğın hissləri; Stendalın Matildaya ünvanladığı, eşqin ən dərin psixologiyasını vərəq-vərəq işləyən məktublarını gözümüzün önünə gətirək.

Fransız poeziyasının fəxri Pol Eluardın Qalaya yazdığı ruhani nəğmələri, Honore de Balzakın Madam de Berniyə duyduğu sarsılmaz minnətdarlıq və sevgi dolu məktublarını, Əhməd Arifin Leyla Ərbilə Diyarbəkirdən, tənhalığın dərinliyindən həsrətlə hayqırdığı "Sənə gəlmək, sənə çatmaq istəyirəm..." pıçıltılarını və Nazim Hikmətin həbsxana künclərindən, dörd divar arasından Pirayəyə yolladığı, hər sətrində azadlıq və sevda qoxuyan o ölməz məktublarını xatırlayaq.

Bütün bu məktublar bir şeyi sübut edirdi: Sevgi yaşayan insan üçün bir sığınacaq, bir həyat fəlsəfəsidir.

Lakin professor Rafiq Əliyevin Aidə xanıma həsr etdiyi on altı məktubun böyüklüyü və fərqi ondadır ki, bu məktublar həyatda olan, hardasa yol gözləyən, başqa bir şəhərdə və ya otaqda nəfəs alan birinə yazılmayıb. Bu məktub on altı ildir dünyasını dəyişmiş, o biri aləmə köçmüş bir ruha yollanan, zamanı və ölümü aşan əbədiyyət namələridir. Hər ili bir əsrə bərabər olan on altı tənha il və hər aprelin 21-də əbədiyyətə ünvanlanan on altı müqəddəs dialoq...

Bu məktublar sadəcə xatirə yazıları, yaxud bir alimin gündəlik qeydləri də deyil. Bu, vida anında duyulan "Məni tək qoyub getmə!" pıçıltısına verilmiş əbədi sədaqət andıdır. Bu, ölümün cismən ayırdığı, lakin ruhən bir-birinə daha da pərçimlədiyi iki ömrün ölməz dastanıdır. Bütün kainatı və fizika qanunlarını bürüyən qeyri-səlis məntiqin banilərindən olan bir alim dərk edir ki, bu dünyada hər şeyin hesabını aparmaq olar, amma bir insanın içindəki sənsizlik və tənhalıq yükünü hesablamağa ilahi məntiqlərdən başqa heç bir elm yetməz.

Altıncı məktubda sanki bu adi riyaziyyatın və dünya məntiqinin iflası etiraf edilir: "İçimə həsrət yağışı yağır. Sən mənim içimdə sevinc, kədər, həyat eşqi olan dünyam idin, getdin dünyam boşaldı..." Bir insanın gedişi ilə kütləsi, çəkisi dəyişməyən bu dünyanın içinin bom-boş qalması eşqin o qeyri-adi hesabıdır. Məhz bu məqamda bir şeirimdə ifadə etmək istədiyim o fəlsəfi həqiqət boy göstərir:

Bu həsrət çəkiyə, ölçüyə gəlməz,

Onun tərəzisi ancaq qəlb olar.

Təkcə sevgidir ki, uymaz hesaba,

İkidən bir çıxsan sıfırı qalar.

Bəli, klassik arifmetikada ikidən bir çıxanda bir qalırsa, sevginin ilahi məntiqində iki nəfərdən ibarət o dünyadan biri gedəndə geridə təkcə sıfır və boşluq qalır. Lakin Rafiq müəllimin məktubları bu sıfırlanmış dünyanı hər il yeniden sevgi ilə doldura bilmək həqiqətidir. Çünki Rafiq Əliyevin ömrünü həsr etdiyi qeyri-səlis məntiqin dərin fəlsəfəsi də elə bunda gizlənib: məntiqin özü həyat kimi qeyri-səlisdir. Klassik düşüncənin 0 (yoxluq/ölüm) və 1 (varlıq/həyat) arasında çəkdiyi sərt sərhədlərə qarşı qeyri-səlis məntiq bildirir ki, həqiqətin 0 ilə 1 arasında sonsuz sayda dərəcələri və çalarları var. İnsan cismən bu dünyada olmaya bilər (0), amma onun xatirəsi, ruhu, geridə qoyduğu izləri və sevgisi ilə bu varlıq (1) dərəcəsinə doğru sonsuz bir işıq axını ilə davam edir. Rafiq müəllim öz məktubları ilə məhz bu sonsuzluq dərəcələrini yaşadır, yoxluqla varlıq arasında sevgi ilə hörülmüş o müqəddəs körpünü qurur.

Məktubların hər sətrində bəşəri duyğuların ən zərif inciləri gizlənib. Başdaşındakı fotoşəkildən boylanan, kədərli və yol çəkən o gözlər - "Gözlərin buraxmır məni..." nidası ilə hər addımda müəllifi izləyir. O gözlər bir insanın kədərindən çox itirilmiş doğma Ağdamın, Şuşanın, yarımçıq qalmış gəncliyin, dünya ədalətsizliyinin və hüzursuzluğunun yükünü daşıyır. Ramiz Rövşənin misralarındakı "qara paltarlı qadın" obrazına qarşı müəllifin xatirələrində yaşatdığı və vüsala çatacağı gün arzuladığı o işıqlı, ümid dolu "çəhrayı paltarlı qadın" arzusu göstərir ki, həqiqi sevgi qaranlığa deyil, işığa, vüsala və yenidən qovuşacağı o cənnət görüşünə köklənib.

Tənhalıq nədir? Məktublar göstərir ki, tənhalıq ətrafında kimsənin olmaması yox, ruhunu anlayan yeganə insanın yoxluğudur. Evə gəlib qapının zəngini çalanda açanın olmamasıdır, səfərə çıxanda arxanca su səpən bir cüt mehriban əlin yoxluğudur, minlərlə insanın, yüzlərlə alqışın, mükafatın içində məhz onun pıçıltısını axtarmaqdır. İnsan tək valideynlərindən yetim qalmır; insan ömür-gün yoldaşını, ruhunun yarısını itirəndə də bu dünyada yetim qalır.

Süleymanın Hürrəmə, Napoleonun Jozefinaya, Kafkanın Milenaya, Əhməd Arifin Leylaya, Nazim Hikmətin Pirayəyə yazdığı məktublar eşqin yer üzündəki ehtirası və dastanıdırsa, Rafiq Əliyevin on altı məktubda sübut etdiyi ən böyük həqiqət budur: Sevgi ölümdən də güclüdür və unudulmayanlar əsla ölmürlər!

Bu həqiqətin və əbədi sədaqətin ən ülvi möhürü isə Rafiq müəllimin hər məktubun sonuna həkk etdiyi iki müqəddəs ifadədə gizlənib: "Görüşənədək" və "Sənin Rafiqin". 

"Görüşənədək..." bir vidadan çox, ölümdən də güclü əbədi ümidin və gələcək vüsala olan ilahi inamın nidasıdır. Müəllif "Əlvida" deyib nöqtə qoymur, "Görüşənədək" deyərək ruhların ayrılmadığını, bu ayrılığın müvəqqəti bir dayanacaq olduğunu bəyan edir.

Bütün elmi titulların, akademik adların və fani dünyanın fövqünə ucalan "Sənin Rafiqin" imzası zamanın dayandığı anı nümayiş etdirir - il ötür, yaş üstünə yaş gəlir, dünya dəyişir, lakin Rafiq müəllim Aidə xanımın qarşısında həmişə ilk günkü saf sevgisi və sonsuz aidiyyəti ilə eynidir: O, sadəcə "Sənin Rafiqin"dir.

Cismən yoxluq ruhun varlığı qarşısında acizdir. Əkildiyi bəhrə verən yasəmən ağaclarında, divarlardan boylanan qoşa şəkillərdə, dünyaya gələn və böyüyən nəvələrin nailiyyətlərində, beynəlxalq kürsülərdə qazanılan zəfərlərə yazılan ithaflarda Aidə xanım yaşayır. Bu, bir sevginin ölüm üzərində qazandığı təntənəli qələbədir.

On altıncı məktubun sonundakı o sarsıdıcı etiraf - "Bu son biz qovuşanda olacaq. O qapalı kitab açılacaq..." sətirləri ölümün və varlığın ən böyük sirrinə işıq tutur. Bütün ömrünü mürəkkəb sistemlərin dili olan elmə həsr etmiş bir alim üçün ölüm - daxilinə boylana bilmədiyimiz o böyük "qara qutu", sirri yalnız ilahi qovuşmada çözüləcək qapalı bir kitabdır. Müəllif bilir ki, o kitab açılanda ayrılıq da, həsrət də öz sonuna çatacaq və əbədi Həqiqət bəyan olacaq.

Bu məktublar yerlə göy arasında ucaldılmış müqəddəs bir məhəbbət körpüsüdür. Bu körpünün bir ucunda qələmi, siqaret tüstüsü və bitməyən kədəri ilə ölməz bir sevdanı yaşadan Rafiq müəllim, digər ucunda isə onu çəhrayı paltarda, gözlərində vüsal gününün sevinc göz yaşları ilə gözləyən Aidə xanım dayanır.

Bu məktublar bəşəriyyətə verilən əbədi bir dərsdir: Əsl sevgi cavab gözləmədən sevməkdir. Əsl sədaqət illərin soyuğuna rəğmən ocağı söndürməməkdir. Və əsl ömür arxanda məzar daşına yox, bir insan qəlbinə həkk olunmuş əbədi bir dastan buraxıb getməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Avqust 2026 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri