Zaporojyaya kütləvi hücum: yaralıların sayı 24 ə yüksəldi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Zaporojyaya hücumda yaralıların sayı 24-ə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə Zaporojya Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” kanalında məlumat verib.
“Düşmənin gecə hücumu nəticəsində ölənlərin sayı artıb. Artıq 24 nəfər tibbi yardıma müraciət edib”, – Fedorov bildirib.
Ən azı 12 nəfərin xəstəxanaya yerləşdirildiyi qeyd olunur.
Hazırda istintaq-əməliyyat qrupları, polis feldşerləri, partlayıcı texniki mütəxəssislər, kriminalistlər, xilasedicilər və ixtisaslaşmış şəhər xidmətləri hücumun baş verdiyi ərazilərdə fəaliyyətlərini davam etdirirlər.
Vətəndaşların məlumat verməsi üçün xüsusi məntəqələr yaradılıb.
Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci və 2-ci hissələri (müharibə cinayətləri) üzrə cinayət işi başlanıb.
Qeyd edək ki, avqustun 30-da Rusiya qüvvələri Zaporojyaya yeddi raket və altı pilotsuz uçuş aparatı ilə hücum edib. Nəticədə bir nəfər həlak olub, bir sənaye müəssisəsində isə yanğın baş verib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















