Zaporojyedə hücumda 18 nəfər öldü
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Zaporojye vilayətinə endirdiyi aviazərbələr nəticəsində 18 nəfərin öldüyünü, 5 nəfərin yaralandığını açıqlayıb.
Gununesi.info xəbər verir ki, onun sözlərinə görə, Rusiya qüvvələri Komışuvaxa kəndində humanitar yardımın paylandığı məktəbə zərbə endirib.
“Rusiyanın Zaporojye vilayətinin Komışuvaxa yaşayış məntəqəsinə hücumu dəhşətli nəticələrə səbəb olub. Bu səhərdən etibarən yaşayış məntəqəsi bir neçə dəfə aviasiya bombaları ilə vurulub”, – Zelenski bildirib.
Onun sözlərinə görə, zərbələr humanitar məqsədlərlə istifadə olunan məktəbə endirilib. Həmin vaxt orada sakinlərə humanitar yardım paylanırmış. İlk aviazərbədən sonra daha doqquz bomba ilə təkrar hücum həyata keçirilib. Bu zərbələr insanların sığındığı sığınacağı hədəf alıb.
Ukrayna lideri qeyd edib ki, Rusiya hər həftə Komışuvaxada qalan sakinlərə məhz həmin ərazidə humanitar yardım paylandığını bilməyə bilməzdi.
Onun sözlərinə görə, bu hücum Rusiyanın gərginliyin azaldılmasında və real sülhün əldə olunmasında maraqlı olmadığını bir daha göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 Noyabr 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















