“Zaqatala AGRO Industry” MMC bu il şimal qərb rayonlarında 209 hektar sahədə tütün əkib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zaqatala, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO Industry” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Qax və Şəki rayonlarında tütün əkini kampaniyası başa çatıb. Builki mövsümdə cəmiyyət tərəfindən həmin rayonlarda 209 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Bildirilib ki, tütün istehsalı ilə əlaqədar cari ildə cəmiyyət tərəfindən şimal-qərb rayonlarında 22 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkilən sahə 149 hektar təşkil edir. Eyni zamanda, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 60 hektar sahədə tütün əkilib.
Cəmiyyətdən verilən məlumata görə, təsərrüfatlarda yaşıl tütün yarpağının dəriminə yaxın günlərdə başlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 24 İyun 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















